[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə69/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   65   66   67   68   69   70   71   72   ...   282

135 

 

bölgəni  tərk  et mələ ri  və  mahalın  türk-müsəlman  əhalisinin  erməni-daşnakların  təcavüzü,  soyqırımı  siyas əti  ilə  üzü zə  



qalması, burada güclü dövlət quru munun və nizami hərb i qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdı. Belə bir ağ ır şəraitdə 

bölgənin türk-müsəlman əhalisinin başbilən ləri və öndə gedənləri məhəlli siyasi-dövlət qurumu yaratmaq qənaətinə gəld ilər. 

Onların  bu  qənaəti,  əsasən,  aşağıdakı  səbəblərlə  izah  olunurdu:  birincisi,  ermən i-daşnakların  bölgəyə  dair  əsassız  ərazi 

iddiaların ı  gerçəkləşdirmələrinə,  burada  öz  hakimiyyətlərini  yaratmalarına,  yerli  türk-müsəlman  əhalisinin  soyqırımına 

imkan  vermə mək,  ikincisi,  hə min  dövrdə  Qafqazda  gedən  proseslər  və  baş  verən  hadisələrlə  ə laqədar  A zərbaycandan 

müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalın ın tezliklə A zərbaycan Xalq Cü mhuriyyətinə qatılmasına nail olmaq. 

Ordubad Milli  Ko mitəsinin sədri Mir  Hidayət Seyidzadənin A zərbaycan Xalq Cü mhuriyyətinin Na zirlər  Şurasının  

sədri  Fətəli  xan  Xoyskiyə  göndərdiyi  1918  il  22  dekabr  tarixli  bəyanatından bəlli  olur  ki,  bölgədə  siyasi  birliy in  -  Ara z 

Respublikasının  yaradılması  təşəbbüsü  ilə  Naxçıvan,  Şərur  müsəlmanları  çıxış  etmişlər  və  onların  təklifi  ilə  bu  prosesə 

ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidzadə bu  mühü m təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı: 

Tiflisə  və  Gəncəyə  yolla rın  bağlan ması;  türklərin  Ordubaddan  getmələri  ilə   əlaqədar  o laraq  şəhərə  yardım  -  ərzaq  

gətirilməsinin   dayandırılması;  b ir  sıra  əngəllərin  təşkilatı  (M illi  Ko mitəni)  zə iflət məsi  və  kimə   tabe  olmağın,  kimdən  

göstəriş almağ ın bilin məməsi;  Naxçıvan və Şərur  müsəlman larının da bu cür vəziyyətə düçar olmaları və  müsəlman - Araz 

dövlətini  yaratmaq  qərarına  gəlin məsi;  Araz  höku mətinin  də  Gəncə  Höku məti  (Azərbaycan  Xalq   Cü mhuriyyəti)  ilə 

yaxınlaşmaq  istəməsi.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  xarici  işlər  naziri  Məmməd  Yusif  Cəfərovun  hökumətin  Baş  naziri 

Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919 il 17 iyun tarixli mə ktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan 

getdikdən sonra Naxç ıvan bölgəsinin Ermənistan tərəfindən işğal olun maq təhlükəsi  mahalın yerli əhalisinin Ara z  Cü mhu-

riyyətini  yarat maq la,  ö zünün  müvəqqəti  (yəni  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  birləşənədək)  müstəqilliyin i  elan  

etməsiylə nəticə lən mişdir. 

Araz Türk  Cü mhuriyyətinin  Nazirlər Şurasının  sədri  Əmir bəy  Əkbərzadə bölgə əhalisi arasında və siyasi dairə-

lərdə  ço x  bacarıqlı,  vətənpərvər  və  millətsevər  bir  şəxsiyyət  kimi  dəyərləndirilirdi.  Os manlı  dövlətinin  Ara z  Türk 

Cü mhuriyyəti  höku məti  yanındakı  daimi  hərb i  müşaviri  Xəlil  bəy,  Kəlbalı  xan,  Cəfərqulu  xan,  Abbasqulu  xan  və  b.  da 

Cü mhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında id ilər. 

Araz  Türk  Cü mhuriyyətinin  hərbi  naziri  İbrahim  bəy  Cahangirzadənin  rəhbərliy i  ilə  qısa  müddətdə silahlı  qüv-

vələr  yaradılmışdı.  Bu  hərbi  h issələr  -  könüllü  xa lq  dəstələri  20  tabordan  (batalyondan)  ibarət  idi.  Hə min  taborlardan  4-ü  

Naxçıvanda,  3-ü  Şərur-Dərələyəzdə,  d igərləri  isə  Ordubad,  Ved ibasar,  Qəmərli  və  s.  ərazilərdə  yerləşdirilmişdi.  Tabor 

ko mandirlərindən  Kəblə   Mu xtar  (Nehrə m),  Kəblə   Kərim  (Cəhri),  İbrahimxə lil  A xundov  (Ordubad),  Həsən  Şahverdioğlu 

(Şərur-Dərələyəz) və b. Araz Türk Cü mhuriyyəti ərazilərinin erməni quldur dəstələrinin silahlı basqınlarından müdafiəsində 

xüsusilə  fərqlən mişdilər.  Araz  Türk  Cü mhuriyyətinin  hərbi  hissələrinin   yaradılmasında  və  onların  fəaliyyətinin  təşkilində 

Osmanlı  dövlətinin  9-cu ordusunun  komandanı  Yaqub  Şevqi  paşa  və  9-cu diviziya  ko mandiri  polkovnik  Rüştü bəyin  böyük 

əməyi olmuşdu. Araz Türk  Cü mhuriyyəti Azərbaycan Xalq Cü mhuriyyəti  ilə sıx əlaqələr yaratmağa çalış mış və ona qatıl-

maq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən də müvafıq  işlər görülmüşdü. "Azərbaycan 

Xalq  Cü mhuriyyəti  Parlamentinin  təsisi  haqqında  qanun"da  Azərbaycan  Parlamentinə  Naxçıvan,  Şərur  və  Ordubaddan  üç 

nəfər  millət  vəkilinin  seçilməsi  nəzə rdə  tutulmuşdu.  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parla mentinin  açılışında  Araz  Türk 

Cü mhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təşkili Araz 

Türk  Cü mhuriyyətinin  türk-müsəlman   əhalisi  tərəfindən  razılıqla  qarşılan mışdı.  Ordubaddan  səlahiyyətli  müvəkkil 

A.Hacıyevin imzası ilə Azərbaycan Parlamentinə ünvanlanan təbrik teleqramında həmin  mahalın əhalisi bu qurumu özlərinin  

ali qanunverici hakimiyyət orqanı kimi q iy mətləndirmiş və ona hər cür yardım göstərməyə hazır o lduqlarını b ild irmişdi. 

Araz  Türk  Cü mhuriyyəti  Bakıda  fəaliyyət  göstərən  bir  sıra  ictimai  siyasi  qurumlarla  da  sıx  əlaqələrə  malik  ol-

muşdur.  Onun  nümayəndəsi  P.Bayrambəyov  İrəvan  quberniyası  ictimai  xadimlərinin  1919  il  yanvarın  2-də  keçirilən 

müşavirəsində iştirak və çıxış etmişdir. P.Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli duru mu və 

Araz  Cü mhuriyyətinin  yaranması  tarixi  barədə  ətraflı  məlu mat  vermişdi.  Həmin  müşavirənin  qərarında  Ermənistan 

Respublikasında  türk-müsəlman  əhaliyə  qarşı  yeridilən  soyqırımı  siyasətinə  son  qoyulması  üçün  tədbirlər  görülməsi,  bu 

məqsədlə  də  bölgəyə  qarışıq  tərkibli  ko missiya  göndərilməsi,  Ba kıda kı  ingilis  general-qubernatoru  Tomsonla  mü zakirə lər 

aparılması,  müvafıq  qurumlara  me morandu mlar  verilməsi  və  s.  nəzərdə  tutulurdu.  Keçmiş  İrəvan  quberniyası 

müsəlman larının  yenicə  yaradılan  "Həmyerlilər"  cəmiyyətinin  toplantısında  (1919,  6  yanvar)  isə  Mirabbas  Mirbağırovun 

xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P.Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli 

xan  Xoyski ilə görüşünün keçirilməsi ra zılaşdırıld ı. Qaçqınlara ayrılan bir  milyon manat vəsaitdən 900000  manat Na xç ıvana 

aparılmaq üçün P.Bayrambəyova verilmişdi. 

Araz  Türk  Cü mhuriyyətinin  geniş səlahiyyətlərə  malik  olan  və  Azərbaycan  Xalq  Cümhuriyyəti  Höku mətinə  ezam 

edilən  xüsusi  nümayəndə  heyəti  1919  il  martın  8-də  Na xç ıvandan  Bakıya  gəlmişdi.  Tərkibinə  görkə mli  şair  və  dra maturq 

Hüseyn  Cavidin  də  daxil  o lduğu  həmin  nü mayəndə  heyəti  Azərbaycan  Xalq  Cü mhuriyyəti  rəhbərliyi  ilə  müəyyən 

məsləhətləşmələ r aparmışdı. Özünün çox ağır iqtisadi- 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə