199
AZƏRB AYCANIN DOVLƏT MÜS TƏQĠLLĠYĠNĠN ELAN EDĠL MƏS Ġ HAQQINDA QƏRAR Azərbaycan
Milli Şurasının qərarına (1918, 28 may) əsasən, Azərbaycanın müstəqilliyini rəsmən elan edən sənəd. Ətraflı məlu mat
üçün (bax İstiqlai bəyannaməsi).
AZƏRB AYCANIN GÜRCÜS TANDA DĠPLOMA TĠK NÜMAYƏNDƏ LĠYĠ - Azə rbaycan Xalq Cü mhu-
riyyətini Gürcüstan Respublikasında tə msil edən elç ilik. 1918 ilin iyun ayında təsis edilmişdi. Azərbaycan Milli Şurasının
üzvü Məmməd Yusif Cəfərov Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi təyin olunmuşdu. Azərbaycan
Höku məti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf
etdirilməsində bu nümayəndəliy in misilsiz ro lu oldu. M.Y.Cə fərovun 1918 il iyunun 21-də Xaric i İşlər Na zirliy inə
ünvanladığı məxfi məlu matında Gü rcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş
Zaqafqaziya höku mətinin əmlakın ın bölüşdürülməsi təklifi, Gü rcüstandakı alman alayın ın Bakıya hərəkət etmək n iyyəti
haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, A zərbaycan Höku mətin in
mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi ko missiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan
hökumətlərinə çatdırsın.
Qeyd etmə k la zımd ır ki, Azə rbaycanın Gürcüstandakı diplo mat ik nü mayəndəsi ilk va xt lar A zərbaycan Höku mə -
tinin tapşırıqların ı Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki A zərbaycan Höku məti
yalnız 1918 il sentyabrın 12-də Ermənistan Respublikasında dip lo matik nümayəndəlik yaratmağı qərara ald ı. 1918 il
avqustun 15-də Mə mməd Yusif Cəfə rov Azərbaycan Höku məti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər
vəkili A.Ca ma lyana nota verərə k, Andronikin başçılığı ilə e rməni hərb i h issələrinin Zəngəzur və Şuşa bölgələrinə
soxulmasını A zərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərb i b irləşmələrin dərhal geri
çağırılmasın ı tələb etmişdi.
Azərbaycan Höku mət inin 1918 il, 12 iyul tarixli qərarı ilə Azə rbaycanın Gürcüstandakı dip lo matik nümayəndə-
liy inin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edild i. 1919 ilin yazında Denikin təh-
lükəsinə qarşı hərbi əməkdaşlığı təşkil etmək üçün diplo matik nü mayəndəlik yanında hərbi attaşe vəzifəsi təsis edildi və
Azərbaycan hərbi na zirin in təqdimatı ilə podpolkovnik Mə mməd bəy Əliyev 1919 il apre lin 8-də bu vəzifəyə təyin edildi.
1919 il mayın 26-da isə Gürcüstandakı dip lo matik nü mayəndəlik yanında Azərbaycan Maliyyə Nazirliyinin agentliyi
yaradıldı. Avqustun 25-də ona Tiflisdə Azərbaycan Dövlət bankının agenti vəzifəsini icra etmək də həvalə olundu.
Azərbaycanın Gürcüstandakı diplo mat ik nü mayəndəliyi Borçalı qə zasının a zərbaycanlı əhalisinin hüquqların ın qo-
runması, onların ermən i və gürcü silahlı dəstələrin in basqınlarından müdafiəsi üçün də fəal iş aparırdı. 1919 il avqustun
sonunda M.Y.Cəfə rov Almaniya höku mətinin Qafqa zdakı nü mayəndəsi general fon Kresso 3 dəfə müraciət et miş,
Borçalı qəzasında anarxiyaya və azərbaycanlı əhaliyə qarşı ö zbaşınalığa son qoyulması üçün beynəlxalq ko missiya
yaradılmasın ı və qəzan ın özündə təhqiqat aparılmasını təklif etmişdi.
1918 ilin dekabrından M.Y.Cəfərov Azərbaycan Parlamentinin üzvü kimi Bakıda çalışdığından, Azərbaycanın
Gü rcüstandakı diplo matik nü mayəndəliy inə onun müavini Faris bəy Vəkilov rəhbərlik etmişdir. F.Vəkilov 1919 il
yanvarın 16-da Azərbaycan Höku mətin in başçısı Fətəli xan Xoyskiyə göndərdiyi teleqramda türk qoşununun Qars vila-
yətindən geri çəkilməsindən sonra həmin əra zinin Gü rcüstan və Ermən istan tərəfindən işğal olunmaq təhlükəsi haqqında
mə lu mat vermiş, təcili tədbirlər görülməsi zəruriliy ini qeyd etmişdi. Azə rbaycan Höku mət inin tapşırığı ilə F.Və kilov
1919 il iyulun 12-də Cənubi Qafqa zdakı Britaniya qüvvələrinin ko mandanı general Q.N.Koriyə nota verərək İrəvan
quberniyasında yaşayan azərbaycanlıların Ermənistan nizami ordusu tərəfindən qətl və qarətlərə məru z qalmasına qəti
etiraz bildirmiş, dinc əhaliyə qarşı kütləv i zorakılıqlara son qoyulması üçün Ermənistan hökumətinə təsir göstərilməsini
tələb etmişdi.
1920 il fevralın 6-da F.Vəkilov Azərbaycan Xalq Cü mhuriyyətinin Gürcüstan Respublikasındakı dip lo matik
nümayəndəsi təyin edild i. O, 1920 il aprelin 9-da Tiflisdə işə başlamış Cənubi Qafqaz respublikaları nü mayəndələrin in
konfransında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak etmişdi. Aprelin 19-da A zərbaycanın Gürcüstandakı
diplo matik nümayəndəliyi yanında konsulluq şöbəsi yaradıldı. Şöbəyə R.Nəcəfov müdir təyin edildi. Konsulluq şöbəsi
Gü rcüstandakı A zərbaycan vətəndaşlarına ticarət işlərində, əmlak, vərəsəlik məsələləri ilə bağlı mübahisələrdə qanun
çərçivəsində yardım göstərməli id i.
Azərbaycanın Gürcüstandakı dip lo matik nü mayəndəliy i ö z fəaliyyəti ilə iki ölkə a rasında norma l münasibətlər
qurulması və inkişaf etdirilməsində, Azə rbaycan Höku məti ilə Tiflisdəki Antanta təmsilç ilə ri və d igər xa ric i missiyalar
arasında əlaqələr saxlanılmasında mühüm ro l oynadı.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;
Документы и материалы по внешней политике Закавказья и Грузии, Тифлис, 1919.
AZƏRBAYCANIN ĠRANDA DĠPLOMATĠK NÜMAYƏNDƏLĠYĠ - A zərbaycan Xalq Cü mhuriyyətini İran
dövlətində təmsil edən elçilik. A zərbaycan müstəqillik qazandıqdan dərhal sonra İranla normal qonşuluq və dostluq
münasibətləri yaratmağa başladı. Azərbaycan Höku məti 1918 il sentyabrın 12-də İrana nümayəndə - işlər vəkili təyin
etməyi qəra ra ald ı. La kin İran tərə fi ilk va xtla r Azə rbaycan Xalq Cü mhuriyyətini tanımaq və onunla diplo matik ə laqələr
qurmaqdan imtina etdi. 1918 il sentyabrın 6-da Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd
Əmin Rəsulzadə Azərbaycan xarici işlər nazirinə məlu mat verd i ki, Şimali A zərbaycanda müstəqil dövlətin yaradılması
barədə İstiqlal bəyannaməsinin surətini