[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə111/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   107   108   109   110   111   112   113   114   ...   282

199 

 

 



 

 

AZƏRB AYCANIN  DOVLƏT  MÜS TƏQĠLLĠYĠNĠN  ELAN  EDĠL MƏS Ġ  HAQQINDA  QƏRAR  Azərbaycan 

Milli Şurasının  qərarına  (1918,  28  may)  əsasən,  Azərbaycanın  müstəqilliyini  rəsmən  elan  edən  sənəd.  Ətraflı  məlu mat 

üçün (bax İstiqlai bəyannaməsi). 



AZƏRB AYCANIN  GÜRCÜS TANDA  DĠPLOMA TĠK  NÜMAYƏNDƏ LĠYĠ  -  Azə rbaycan  Xalq   Cü mhu-

riyyətini Gürcüstan Respublikasında tə msil edən elç ilik. 1918 ilin iyun ayında təsis edilmişdi. Azərbaycan Milli Şurasının 

üzvü  Məmməd  Yusif  Cəfərov  Azərbaycanın  Gürcüstanda  diplomatik  nümayəndəsi  təyin  olunmuşdu.  Azərbaycan 

Höku məti  Gəncəyə  köçdükdən  (1918,16  iyun)  sonra  iki  ölkə  arasında  müntəzəm  əlaqələrin  qurulması  və  inkişaf 

etdirilməsində  bu  nümayəndəliy in  misilsiz  ro lu  oldu.  M.Y.Cə fərovun  1918  il  iyunun  21-də  Xaric i  İşlər  Na zirliy inə 

ünvanladığı  məxfi  məlu matında  Gü rcüstan  hökumətinin   Azərbaycanla  münasibətləri  yaxşılaşdırmaq   istəyi,  keçmiş 

Zaqafqaziya höku mətinin əmlakın ın bölüşdürülməsi təklifi,  Gü rcüstandakı alman alayın ın Bakıya hərəkət etmək n iyyəti 

haqqında  bilgi  verildi.  İyunun  22-də  isə  Azərbaycan  xarici  işlər  naziri  ona  tapşırıq  verdi  ki,  A zərbaycan  Höku mətin in 

mübahisəli ərazilər  məsələsinə baxılması üçün xüsusi ko missiya yaradılması haqqında təklifini  Gürcüstan və Ermənistan 

hökumətlərinə çatdırsın. 

Qeyd etmə k la zımd ır  ki, Azə rbaycanın  Gürcüstandakı diplo mat ik nü mayəndəsi ilk va xt lar A zərbaycan Höku mə -

tinin  tapşırıqların ı  Ermənistan  hökumətinə  çatdırmaq  funksiyasını  da  icra  etməli  oldu.  Çünki  A zərbaycan  Höku məti 

yalnız  1918  il  sentyabrın  12-də  Ermənistan  Respublikasında  dip lo matik  nümayəndəlik  yaratmağı  qərara  ald ı.  1918  il 

avqustun 15-də Mə mməd  Yusif  Cəfə rov Azərbaycan Höku məti adından Ermənistan Respublikasının  Gürcüstandakı işlər 

vəkili  A.Ca ma lyana  nota  verərə k,  Andronikin  başçılığı  ilə  e rməni  hərb i  h issələrinin   Zəngəzur  və  Şuşa  bölgələrinə 

soxulmasını A zərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərb i b irləşmələrin  dərhal geri 

çağırılmasın ı tələb etmişdi. 

Azərbaycan Höku mət inin  1918  il, 12 iyul tarixli qərarı ilə  Azə rbaycanın  Gürcüstandakı dip lo matik nümayəndə-

liy inin  1  katib,  1  kargüzar,  1  makinaçı və 1 kuryerdən  ibarət ştat tərkibi  müəyyən edild i.  1919  ilin yazında Denikin təh-

lükəsinə qarşı hərbi əməkdaşlığı təşkil etmək üçün diplo matik nü mayəndəlik yanında hərbi attaşe vəzifəsi təsis edildi və 

Azərbaycan hərbi na zirin in təqdimatı ilə  podpolkovnik Mə mməd bəy Əliyev 1919 il apre lin 8-də bu vəzifəyə təyin edildi. 

1919  il  mayın  26-da  isə  Gürcüstandakı  dip lo matik  nü mayəndəlik  yanında  Azərbaycan  Maliyyə  Nazirliyinin   agentliyi 

yaradıldı. Avqustun 25-də ona Tiflisdə Azərbaycan Dövlət bankının agenti vəzifəsini icra etmək də həvalə olundu. 

Azərbaycanın Gürcüstandakı diplo mat ik nü mayəndəliyi Borçalı qə zasının a zərbaycanlı əhalisinin hüquqların ın qo-

runması, onların ermən i və gürcü silahlı dəstələrin in basqınlarından  müdafiəsi üçün də fəal  iş aparırdı. 1919 il avqustun  

sonunda  M.Y.Cəfə rov  Almaniya    höku mətinin  Qafqa zdakı  nü mayəndəsi  general  fon  Kresso  3  dəfə  müraciət  et miş, 

Borçalı  qəzasında  anarxiyaya  və  azərbaycanlı  əhaliyə  qarşı  ö zbaşınalığa  son  qoyulması  üçün  beynəlxalq  ko missiya 

yaradılmasın ı və qəzan ın özündə təhqiqat aparılmasını təklif etmişdi. 

1918  ilin  dekabrından  M.Y.Cəfərov  Azərbaycan  Parlamentinin   üzvü  kimi  Bakıda  çalışdığından,  Azərbaycanın 

Gü rcüstandakı  diplo matik  nü mayəndəliy inə  onun  müavini  Faris  bəy  Vəkilov  rəhbərlik  etmişdir.  F.Vəkilov  1919  il 

yanvarın 16-da Azərbaycan Höku mətin in başçısı Fətəli  xan  Xoyskiyə göndərdiyi teleqramda türk qoşununun Qars vila-

yətindən geri çəkilməsindən sonra həmin əra zinin  Gü rcüstan və Ermən istan tərəfindən işğal olunmaq təhlükəsi haqqında 

mə lu mat  vermiş,  təcili  tədbirlər  görülməsi  zəruriliy ini  qeyd  etmişdi.  Azə rbaycan  Höku mət inin  tapşırığı  ilə   F.Və kilov 

1919  il  iyulun  12-də  Cənubi  Qafqa zdakı  Britaniya  qüvvələrinin  ko mandanı  general  Q.N.Koriyə  nota  verərək  İrəvan 

quberniyasında  yaşayan  azərbaycanlıların  Ermənistan  nizami  ordusu  tərəfindən  qətl  və  qarətlərə  məru z  qalmasına  qəti 

etiraz bildirmiş, dinc əhaliyə qarşı  kütləv i  zorakılıqlara son qoyulması üçün Ermənistan hökumətinə təsir göstərilməsini 

tələb etmişdi. 

1920  il  fevralın  6-da  F.Vəkilov  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Gürcüstan  Respublikasındakı  dip lo matik 

nümayəndəsi təyin edild i. O,  1920  il aprelin  9-da Tiflisdə işə başlamış  Cənubi  Qafqaz  respublikaları nü mayəndələrin in 

konfransında  Azərbaycan  nümayəndə  heyətinin  üzvü  kimi  iştirak  etmişdi.  Aprelin  19-da  A zərbaycanın  Gürcüstandakı 

diplo matik  nümayəndəliyi  yanında  konsulluq  şöbəsi  yaradıldı.  Şöbəyə  R.Nəcəfov  müdir  təyin  edildi.  Konsulluq  şöbəsi 

Gü rcüstandakı  A zərbaycan  vətəndaşlarına  ticarət  işlərində,  əmlak,  vərəsəlik  məsələləri  ilə  bağlı  mübahisələrdə  qanun 

çərçivəsində yardım göstərməli id i. 

Azərbaycanın  Gürcüstandakı  dip lo matik  nü mayəndəliy i  ö z  fəaliyyəti  ilə  iki  ölkə  a rasında  norma l  münasibətlər 

qurulması və  inkişaf etdirilməsində, Azə rbaycan Höku məti  ilə  Tiflisdəki Antanta təmsilç ilə ri və d igər  xa ric i  missiyalar 

arasında əlaqələr saxlanılmasında mühüm ro l oynadı. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская   Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы),  Б.,  1998; 

Документы и материалы по внешней политике Закавказья и Грузии,  Тифлис, 1919.

 

 

AZƏRBAYCANIN  ĠRANDA  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyətini  İran 

dövlətində  təmsil  edən  elçilik.  A zərbaycan  müstəqillik  qazandıqdan  dərhal  sonra  İranla  normal  qonşuluq  və  dostluq 

münasibətləri  yaratmağa  başladı.  Azərbaycan  Höku məti  1918  il  sentyabrın  12-də  İrana  nümayəndə  -  işlər  vəkili  təyin 

etməyi qəra ra ald ı.  La kin İran tərə fi  ilk va xtla r Azə rbaycan Xalq Cü mhuriyyətini tanımaq və onunla diplo matik ə laqələr 

qurmaqdan  imtina  etdi.  1918  il  sentyabrın  6-da  Azərbaycanın  İstanbuldakı  nümayəndə  heyətinin  başçısı  Məhəmməd 

Əmin  Rəsulzadə Azərbaycan  xarici işlər nazirinə  məlu mat verd i  ki, Şimali A zərbaycanda müstəqil dövlətin yaradılması 

barədə İstiqlal bəyannaməsinin surətini 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə