[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə114/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   110   111   112   113   114   115   116   117   ...   282

204 

 

C.Rüstəmbəyov  1919  il  oktyabrın  22-də  Azərbaycan  Xarici  İşlər  Nazirliy inə  ünvanladığı  məruzədə  son 



günlərdə  4  dəfə  Taqanroqa  gedərək,  Denikinlə  görüşməyə  cəhd  göstərməsi,  lakin   rədd  cavabı  alması,  Denikinin  

Azərbaycanı  Dağıstan  üsyançılarına  yardım  göstərmə kdə  günahlandırması,  Ya la mada  güclü  qarnizon  sa xlan ması  və  

Bakının  müdafiə  qabiliyyətinin  möhkə mləndirilməsinin  Könüllü  orduya  qarşı  çevrilməsini  iddia  et məsinə  dair  ondan 

bilgi alması və bunlarla bağlı Denikinin A zərbaycana qarşı təcavüzünün açıq-aşkar artması haqqında məlu mat vermişdi. 

Bu mə lu matdan sonra Azərbaycan Xaric i İşlər Nazirliyi Qafqazdakı ingilis, fransız nümayəndəliklərinə mü raciət edərə k 

Denikin  ordusunun Azərbaycana hücum təhlü kəsinə qarşı tədbirlə r görü lməsini istəmişdi. 1919 ilin sonunda Denikinin  

Kuban Radasına qanlı divan tutması və Azərbaycana qarşı açıq  düşmənçilik  münasibəti bəsləməsi nəticəsində Azər-

baycanın diplomatik nümayəndəsi Yekaterinodarı tərk edərək Bakıya döndü. 



 

Əd:  Aзepбaйджанская  Демократическая    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы),  Б., 

1998;  Nəsibzadə N., Azərbaycanın xarici siyasəti B., 1996. 



 

AZƏRBAYCANIN  MÜSTƏQĠLLĠYĠNĠN  AVROPA  DÖVLƏTLƏRĠ  TƏRƏFĠNDƏN  DE-FAKTO 

TANINMAS ININ  BAYRAM  EDĠLMƏS Ġ  -  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin  müstəqilliy inin  beynəlxa lq  alə mdə  

tanınması  münasibətilə Höku mətin qərarı  ilə  keçirilmiş bayram tədbirləri.  Paris sülh konfransının (1919-20) iştirakçısı 

olan dövlətlərin Ali Şurası tərəfindən 1920  il yanvarın 11-də Azərbaycanın müstəqilliy inin de-fakto tanınması  münasi-

bətilə yanvarın  14-də  Ba kıda və ölkənin d igər bö lgələrində təntənəli bayra m  mə rasimlə ri  keçirilmişdi. Na zirlər Şura -

sının qərarı  ilə  fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi  münasibətilə  xalq  

bayramında  iştirak  etmək  üçün  maaşları  saxlanılmaqla  bütün  fəhlə  və  qulluqçular  həmin  gün  işdən  azad  edilsinlər. 

Höku mət, eyni  zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: s əhər saat 11-də Təzəpir  məscidində dualar 

oxun malı,  saat  12-də  Parlamentin  təntənəli  iclası  açılmalı,  saat  13-də  Hürriyyət  meydanında  Milli  Ordunun  rəsmi 

keçid i olmalı, saat 14-də Xarici İşlər Nazirliy ində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər 

saat  7-dən  11-ə  kimi  və  gündüz  saat  3-dən  axşa ma  qədər  ca maatı  pulsuz  daşıması  və  gecə  vaxtı  payta xtın  ç ıraqban 

edilməsi barədə də sərəncam verilmişdi. 

Proqra ma əsasən, başda Nazirlər Şu rasının sədri olmaqla A zərbaycan Xalq  Cü mhuriyyəti  Höku mətin in nazir-

ləri,  Parla ment  üzv ləri,  şəhər  ülə ması  Təzəp ir  məscidində  toplandı.  Şey xü lisla m  bayra m  xütbəsini  o xuduqdan sonra 

təntənəli surətdə elan etdi: "Camaat, bu giin  şərəfli və  böyük  gündür.  İslamın  əziz günüdür.  Bayramdır!".  Nazirlə r 

Şurasının  sədri  Nəsib  bəy  Yusifbəyli:  "Bu  sizin  arzunuzd ur.  Hürr  və  müstəqil  qalmaq  istədiniz,  nail  oldunuz—  

Xarici  işlər naziri Fətəli  xan  Xoyski: "28 may 1918 ildə Azərbaycan istiqlaliyyətini aləmə bildirdi. Bu gün o  istiqlal 



təsdiq edilir". Məhə mməd Əmin Rəsulzadə: "Bir kərə yüksələn bayraq bir daha enməz! — deyirdik. Bu gün kamali-

cürət və iftixarla küçə və bazarda deyiriz: bir dəfə yüksələn bayraq bir daha enməz! ". 

Bakı  bayram  libası  geyin mişdi.  Hətta,  erməni  vandalların ın  yandırdığ ı  İs mailiyyə  belə  bayraq  və  şüarlarla 

bəzədilmişdi.  Hər  tərə fdən  musiqi  sədaları  ucalırd ı.  M illi  bayraqla rla  bə zədilmiş  avtomobillər  küçələrdə  şütüyür, 

aktyorlar  milli  və  tarixi  geyimlə rdə  keç mişi  canlandırırdılar.  Dəstənin  önündə  at  üstündə  Mirzağa  Əliyev  gedird i. 

Təzəpirdən qayıdan Nəsib bəy Yusifbəylini  xa lq çiy inlə ri üstündə Parla mentə aparırdı. Parla mentin qarşısında yığ ılan  

izdiha m  isə  Məhəmməd  Əmin  Rəsulzadəni  tələb  edirdi.  Binaya  axışan  insanlar  onu əl  üstündə  Parlamentin  eyvanına 

çıxard ı. Məhəmməd Əmin Rəsulzadə atəşin bir nitq ilə öz  istiqlalını dünyaya qəbul etdirmiş Azərbaycan  xalq ını təbrik 

etdi. 


Əd: Süleymanov M., Müsəlman dünyasında ilk xalq cümhuriyyəti, B., 1999. 

 

AZƏRBAYCANIN  TÜRKĠYƏDƏ  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  –  A zərbaycan  Xalq  

Cü mhuriyyətini  Osman lı dövlətində təmsil edən elçilik. A zərbaycanla Türkiyə arasında  ilk dip lo matik təmaslar  1918 

ilin   yazında  Trab zon  və  Batu m  sülh  konfranslarından  başlandı.  1918  il  iyunun  18-də  isə  A zərbaycan  Höku məti 

İstanbula  ilk  nü mayəndə  heyəti  göndərdi.  Türkiyə  höku məti  və  rəsmi  dairələrində  yaxşı  tanınan  Məhəmməd  Əmin  

Rəsulzadənin  başçılıq  etdiy i  nü mayəndə  heyətinə  Xəlil  bəy  Xasməmmədov  və  Aslan  bəy  Səfikürdsk i  daxil  idilə r. 

Nü mayəndəlik  İstanbulda  keçirilməsi  nəzərdə  tutulan  beynəlxalq  konfransda  iştirak  etməli  idi.  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  Höku məti  nü mayəndə  heyətinə,  həmçin in,  Os manlı  dövləti  ilə  hərb i,  iqtisadi,  nəqliyyat  və  maliyyə 

sahələri üzrə müqavilələ r bağla maq üçün etimadna mə vermişdi. 

İyunun  24-də  İstanbula  çatan  Azərbaycan  nümayəndələri  Osmanlı  höku mətinin  başçısı  Tələt  paşa  və  digər 

hökumət  ü zvləri  ilə  görüşlər  keçirməyə,  A zərbaycan  Xalq  Cü mhuriyyəti  haqqında  türk  ictimaiyyətinə  məlu matlar 

çatdırmağa  başladılar,  mətbuata  çoxsaylı  müsahibələr  verd ilər.  Nü mayəndələr  Azərbaycanın  öz  müstəqilliyin i  elan  

etməsini  beynəlxa lq  a lə mə  b ild irmək  üçün  də  mühüm  addımlar  atdılar.  İstiqlal  bəyannaməsinin  tam  mətn ini  İstan-

bulda olan bütün səfirlik və  konsulluqlara təqdim etdilər, Alman iya, Avstriya-Macarıstan və Bo lqarıstan diplomatları 

ilə  görüşlər  keçirdilər.  1918  ilin  yayında  Birinci  dünya  müharib əsi  (1914-18)  cəbhələ rində  Dörd lər  ittifaqının  

uğursuzluqları İstanbul konfransının başlanmasına imkan  verməsə də, Azərbaycan nümayəndəliy i  Os manlı höku məti 

üzvləri  ilə ço x əhəmiyyətli razılaş malara nail oldu. 1918  il sentyabrın 16-da İstanbuldakı nümayəndə heyətinin başçısı 

M.Ə.Rəsulzadə  Os manlı  tərəfi  ilə  ticarət  müqaviləsi,  A zərbaycan  Höku mətinə  dərhal  avans  kimi  500  min  türk  lirəsi 

verilməsi haqqında  mə xfi  müqavilə  imzala mış, sentyabrın sonunda Türkiyə  Dəniz  Na zirliy inin  mətbəəsində Azərbay-

can pulları çap edilməsi haqqında razılıq əldə etmişdi.  

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə