201
buradakı İran konsulluğuna təqdim etmiş, İran konsulu isə bu sənədi zərfə qoyub geri qaytarmış, ona əlavə olun-muş
vərəqdə bildirmişdi ki, o, Azə rbaycan adında dövlətin müstəqilliy ini tanımır.
1918 ilin yazında Os manlı qoşunlarının Cənubi Azərbaycana da xil olmasından sonra Şimali Azə rbaycan təbə-
ələrinin mənafeyini qoramaq məqsədilə Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başladı. Konsulluğa ilk dövrdə
Teymur bəy Məlik-Aslanov, sonra Yusif Ziya və Rauf bəy başçılıq et mişdilər. Türk qoşunlarının 1918 ilin noyabrında
Cənubi Azə rbaycanı tərk et məsindən sonra İran höku məti bu konsulluğu bağladı.
İranla ilk diplo matik münasibətlər 1919 ilin martında Azərbaycan Xalq Cü mhuriyyətinin Tehrana fövqəladə mis-
siya göndərməsi ilə quruldu. İs mayıl xan Ziyad xan ın (Ziyad xanov) başçılıq etdiy i bu missiya şah hökuməti ilə İran ın
Bakıda və Gəncədə, A zərbaycanın isə Tehran, Təbriz, Rəşt və Məşhəddə diplomatik nü mayəndəliklər açmaq təklifini
mü zakirə etdi. 1919 il iyulun 16-da Azərbaycan Höku məti İranda diplo matik nü mayəndəlik təsis etmək haqqında qərar
çıxardı. Azərbaycan xarici işlər nazirin in müavin i Adil xan Ziyad xan isə nü mayəndəliyin başçısı təyin o lundu. Azər-
baycanın diplomatik nümayəndəsi Tehranda şah və hökumət üzvləri tərəfindən hörmətlə qəbul edild i. Şah Azərbaycan
Xalq Cü mhuriyyətin in Təbrizdə və digər şəhərlərdə daimi rəs mi nü mayəndəliklərinin açılmasına razılıq verd i. 1920 il
fevralın 4-də Ənzəlidə Azərbaycanın vitse-konsulluğu yaradıldı. 1920 il aprelin 1-dən isə Azərbaycan Xalq
Cü mhuriyyətinin Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Məşhəddə vitse-konsulluğu, Əhər və Xoy şəhərlərində
konsul agentlikləri təsis edildi.
Azərbaycanın diplo mat ik nümayəndəliy i iki ölkə arasında ticarət ə laqələ rin in in kişaf etdirilməsi, iqtisadiyyat,
nəqliyyat və digər sahələrdə müqavilə lər bağlan ması üçün danışıqla ra başladı. A.Ziyad xan İranda yaşayan azərbaycan-
lıların mədəni-maarif işlərinə xüsusi diqqət yetirirdi. O, 1920 ilin əvvəlində Azərbaycan xarici işlər nazirinə ünvanladığı
mə ktubda diplo matik nü mayəndəliyin xeyriyyə cəmiyyəti və Azə rbaycan türkcəsini öyrədən cəmiyyət yaratdığını, dul
qadınlara və yetimlərə yardım göstərmək, türk d ilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və sair işlər görə b ilmək
üçün maddi vəsaitə ehtiyacı olduğunu bildirmişdi. A.Ziyad xanov Naxçıvandan didərgin düşənlərə yard ım göstərilməsi,
İran ermən ilərinin Naxçıvana hücumunun qarşısının alın ması istiqamətində də fəal iş aparırd ı.
İrandakı Azərbaycan nümayəndəliy i ölkədə baş verən ictimai-siyasi proseslər, İrandakı azərbaycanlıların vəziy -
yəti, onların Azə rbaycan Cü mhuriyyətinə münasibətləri haqqında Ba kıya müntə zə m məlu mat göndərirdi. A.Ziyadxanov
1920 ilin martında xarici işlər nazirinə məktubunda yazırdı: "İran A zərbaycanında İrandan ayrılmaq və Azərbaycan Xalq
Cü mhuriyyətinə b irləşmək istiqamətində... təbliğat gedir. Azərbaycan... bu hadisələrdən ö z maraq ları xeyrinə istifadə
etmə lid ir". Aprelin 11-də göndərilən mə ktubda isə bildirilirdi: "İran sürünür; ...keç miş ə zə mətdən əsər-əla mət qalmay ıb...
Farsların bizim respublikaya münasibəti o qədər də yaxşı deyil, İran A zərbaycanı türkləri isə əksinə, b izə qardaşcasına və
dostcasına münasibət bəsləyirlər. İran A zərbaycanı... müstəqilliyə və Farsistandan ayrılmağa can atır". Aprelin 12-də
göndərilən məktubda Cənubi Azərbaycanda inqilab i əhvali-ruhiyyənin gücləndiyi daha aydın qeyd edilirdi: "İran
azərbaycanlıları açıq de-
202
yirlər ki, A zərbaycan azərbaycanlıla r üçündür, ...nə va xta qədər Tehrandan göndərilən fars hakimlərini do landıracağıq".
Azərbaycan diplo matik nümayəndəsinin bu mə lu matları elə hə min dövrdə Təbrizdə Şey x Məhə mməd Xiyaba-
ninin rəhbərliyi a ltında milli-de mokrat ik, azad lıq mübarizəsinin başlan ması, Azə rbaycanın cənubunda "Azadıstan"
adlandırılan milli dövlətin yaradılması ilə təsdiqləndi. A zərbaycanın şimalı ilə cənubunun birləşməsi üçün real imkan
yarandı. Lakin bir neçə gün sonra Şimali A zərbaycanın Sovet Rusiyası tərəfindən işğalı, daha sonra isə Xiyabani
hərəkatının qan içərisində boğulması bu imkanın reallaşdırılmasının qarşısın ı a ldı. Azə rbaycan Xalq Cü mhuriyyətinin
İranla diplo matik əlaqə yaratması, müvəqqəti də olsa, iki ölkə arasında normal qonşuluq münasibətlərin in qurulmasına,
bölgədə əminamanlığın bərqərar edilməsinə səbəb oldu.
Əd:.
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;
Nəsibzadə N., Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-
1920-ci illər), B., 1993.
AZƏRBAYCANIN ĠS TĠQLALĠYYƏTĠ HAQQINDA TELEQRAM - Azərbaycan Xalq Cü mhuriyyəti Nazirlər
Şurasının sədri Fətəli xan Xoyskin in Azərbaycanın istiqlaliyyətinin elan o lunması barədə 1918 il mayın 30-da dünyanın
əsas siyasi mərkəzlərinə (İstanbul, Berlin, Vyana, Paris, London, Ro ma, Vaşinqton, Sofiya, Bu xarest, Tehran, Madrid,
Haaqa, Moskva, Stokholm, Kiyev, Kristianiya (Oslo), Kopenhagen, Tokio) radioteleqrafla gönd ərdiyi məlu mat, mühüm
tarixi sənəd.
Sənəddə bildirilirdi ki, Gü rcüstanın ittifaqdan çıxması ilə Zaqafqaziya Federativ Respublikası dağılmış, A zərbaycan
Milli Şurası 1918 il may ın 28-də Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul etmişdir. Teleqramın
göndərildiyi dövlətlərin xarici işlər nazirlərindən xahiş olunurdu ki, bu barədə öz höku mətlərin i məlu matlandırsınlar.
Hə min məlu matda Höku mət in müvəqqəti olaraq Ye lizavetpolda (Gəncə) yerləşdiyi göstərilird i. Bu məlu mat ı Tiflisdən
xarici ölkə paytaxtlarına çatdırmaq çətin olduğundan, Fətəli xan Xoyski teleqramın rus və fransız d illərində mətnin i b irbaşa
radio vasitəsilə İstanbula çatdırmaq və oradan dünyaya yaymaq üçün Batumda olan Azərbaycan Xalq Cü mhuriyyəti xa ric i
işlər naziri Məmməd Həsən Hacınskiyə göndərmişdi.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика, Б., 1998; Aзepбaйджанская
Pecnублика. Документы и материалы (1918-1920 гг.) Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-
1920-ci illər), B., 1993.
AZƏRBAYCANIN KRIMDA DĠPLOMATĠK NÜMAYƏNDƏLĠYĠ – A zərbaycan Xalq Cü mhuriyyətinin
Krım höku məti və qardaş Krım türkləri (tatarları) ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. Krım höku məti 1918 il
İyunun 25-də Simferopolda yaradılmışdı. Baş naziri general-leytenant Məmməd bəy Sulkeviç, xarici işlər naziri Cəfər
əfəndi Sey id Əh məd idi. A zərbaycan Höku məti 1918 il o ktyabrın 23-də Krım türklərini və bölgədə yaşayan digər xalqları
təmsil edən bu höku mət yanında dip lo matik nü mayəndəlik təsis etməyi qəra ra a ldı. 1918 il noyabrın 1-dən A zərbaycanın
Ukraynadakı dip lo matik nümayəndəsi Mir Yusif Vəzirova (Çəmən zəminli) Azərbaycan Xalq Cü mhuriyyətini Krımda da
təmsil et mə k tapşırıld ı. Öz növbəsində, Krım höku mət i də qarşılıqlı ə laqələ r yarat maq, Qa ra dəniz hövzəsi, xüsusən də
limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini mü zakirə etmək üçün öz nü mayəndəsiƏli Aleksandroviçi 1918 il
noyabrm əvvəlində Azə rbaycana göndərdi
.