204
C.Rüstəmbəyov 1919 il oktyabrın 22-də Azərbaycan Xarici İşlər Nazirliy inə ünvanladığı məruzədə son
günlərdə 4 dəfə Taqanroqa gedərək, Denikinlə görüşməyə cəhd göstərməsi, lakin rədd cavabı alması, Denikinin
Azərbaycanı Dağıstan üsyançılarına yardım göstərmə kdə günahlandırması, Ya la mada güclü qarnizon sa xlan ması və
Bakının müdafiə qabiliyyətinin möhkə mləndirilməsinin Könüllü orduya qarşı çevrilməsini iddia et məsinə dair ondan
bilgi alması və bunlarla bağlı Denikinin A zərbaycana qarşı təcavüzünün açıq-aşkar artması haqqında məlu mat vermişdi.
Bu mə lu matdan sonra Azərbaycan Xaric i İşlər Nazirliyi Qafqazdakı ingilis, fransız nümayəndəliklərinə mü raciət edərə k
Denikin ordusunun Azərbaycana hücum təhlü kəsinə qarşı tədbirlə r görü lməsini istəmişdi. 1919 ilin sonunda Denikinin
Kuban Radasına qanlı divan tutması və Azərbaycana qarşı açıq düşmənçilik münasibəti bəsləməsi nəticəsində Azər-
baycanın diplomatik nümayəndəsi Yekaterinodarı tərk edərək Bakıya döndü.
Əd: Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б.,
1998; Nəsibzadə N., Azərbaycanın xarici siyasəti B., 1996.
AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠN AVROPA DÖVLƏTLƏRĠ TƏRƏFĠNDƏN DE-FAKTO
TANINMAS ININ BAYRAM EDĠLMƏS Ġ - Azə rbaycan Xalq Cü mhuriyyətinin müstəqilliy inin beynəlxa lq alə mdə
tanınması münasibətilə Höku mətin qərarı ilə keçirilmiş bayram tədbirləri. Paris sülh konfransının (1919-20) iştirakçısı
olan dövlətlərin Ali Şurası tərəfindən 1920 il yanvarın 11-də Azərbaycanın müstəqilliy inin de-fakto tanınması münasi-
bətilə yanvarın 14-də Ba kıda və ölkənin d igər bö lgələrində təntənəli bayra m mə rasimlə ri keçirilmişdi. Na zirlər Şura -
sının qərarı ilə fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi münasibətilə xalq
bayramında iştirak etmək üçün maaşları saxlanılmaqla bütün fəhlə və qulluqçular həmin gün işdən azad edilsinlər.
Höku mət, eyni zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: s əhər saat 11-də Təzəpir məscidində dualar
oxun malı, saat 12-də Parlamentin təntənəli iclası açılmalı, saat 13-də Hürriyyət meydanında Milli Ordunun rəsmi
keçid i olmalı, saat 14-də Xarici İşlər Nazirliy ində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər
saat 7-dən 11-ə kimi və gündüz saat 3-dən axşa ma qədər ca maatı pulsuz daşıması və gecə vaxtı payta xtın ç ıraqban
edilməsi barədə də sərəncam verilmişdi.
Proqra ma əsasən, başda Nazirlər Şu rasının sədri olmaqla A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in nazir-
ləri, Parla ment üzv ləri, şəhər ülə ması Təzəp ir məscidində toplandı. Şey xü lisla m bayra m xütbəsini o xuduqdan sonra
təntənəli surətdə elan etdi: "Camaat, bu giin şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır!". Nazirlə r
Şurasının sədri Nəsib bəy Yusifbəyli: "Bu sizin arzunuzd ur. Hürr və müstəqil qalmaq istədiniz, nail oldunuz— "
Xarici işlər naziri Fətəli xan Xoyski: "28 may 1918 ildə Azərbaycan istiqlaliyyətini aləmə bildirdi. Bu gün o istiqlal
təsdiq edilir". Məhə mməd Əmin Rəsulzadə:
"Bir kərə yüksələn bayraq bir daha enməz! — deyirdik. Bu gün kamali-
cürət və iftixarla küçə və bazarda deyiriz: bir dəfə yüksələn bayraq bir daha enməz! ".
Bakı bayram libası geyin mişdi. Hətta, erməni vandalların ın yandırdığ ı İs mailiyyə belə bayraq və şüarlarla
bəzədilmişdi. Hər tərə fdən musiqi sədaları ucalırd ı. M illi bayraqla rla bə zədilmiş avtomobillər küçələrdə şütüyür,
aktyorlar milli və tarixi geyimlə rdə keç mişi canlandırırdılar. Dəstənin önündə at üstündə Mirzağa Əliyev gedird i.
Təzəpirdən qayıdan Nəsib bəy Yusifbəylini xa lq çiy inlə ri üstündə Parla mentə aparırdı. Parla mentin qarşısında yığ ılan
izdiha m isə Məhəmməd Əmin Rəsulzadəni tələb edirdi. Binaya axışan insanlar onu əl üstündə Parlamentin eyvanına
çıxard ı. Məhəmməd Əmin Rəsulzadə atəşin bir nitq ilə öz istiqlalını dünyaya qəbul etdirmiş Azərbaycan xalq ını təbrik
etdi.
Əd: Süleymanov M., Müsəlman dünyasında ilk xalq
cümhuriyyəti, B., 1999.
AZƏRBAYCANIN TÜRKĠYƏDƏ DĠPLOMATĠK NÜMAYƏNDƏLĠYĠ – A zərbaycan Xalq
Cü mhuriyyətini Osman lı dövlətində təmsil edən elçilik. A zərbaycanla Türkiyə arasında ilk dip lo matik təmaslar 1918
ilin yazında Trab zon və Batu m sülh konfranslarından başlandı. 1918 il iyunun 18-də isə A zərbaycan Höku məti
İstanbula ilk nü mayəndə heyəti göndərdi. Türkiyə höku məti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin
Rəsulzadənin başçılıq etdiy i nü mayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdsk i daxil idilə r.
Nü mayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. A zərbaycan Xalq
Cü mhuriyyəti Höku məti nü mayəndə heyətinə, həmçin in, Os manlı dövləti ilə hərb i, iqtisadi, nəqliyyat və maliyyə
sahələri üzrə müqavilələ r bağla maq üçün etimadna mə vermişdi.
İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı höku mətinin başçısı Tələt paşa və digər
hökumət ü zvləri ilə görüşlər keçirməyə, A zərbaycan Xalq Cü mhuriyyəti haqqında türk ictimaiyyətinə məlu matlar
çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verd ilər. Nü mayəndələr Azərbaycanın öz müstəqilliyin i elan
etməsini beynəlxa lq a lə mə b ild irmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətn ini İstan-
bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Alman iya, Avstriya-Macarıstan və Bo lqarıstan diplomatları
ilə görüşlər keçirdilər. 1918 ilin yayında Birinci dünya müharib əsi (1914-18) cəbhələ rində Dörd lər ittifaqının
uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliy i Os manlı höku məti
üzvləri ilə ço x əhəmiyyətli razılaş malara nail oldu. 1918 il sentyabrın 16-da İstanbuldakı nümayəndə heyətinin başçısı
M.Ə.Rəsulzadə Os manlı tərəfi ilə ticarət müqaviləsi, A zərbaycan Höku mətinə dərhal avans kimi 500 min türk lirəsi
verilməsi haqqında mə xfi müqavilə imzala mış, sentyabrın sonunda Türkiyə Dəniz Na zirliy inin mətbəəsində Azərbay-
can pulları çap edilməsi haqqında razılıq əldə etmişdi.