233
1919
il noyabrın 1-nə o lan məlu mata görə, BHİŞ-ə 16həmkarlar ittifaq ı daxil id i. Şura eser-menşeviklərin
təsiri a ltında id i. Bakı Xa lq Ko missarları Sovetinin (BXKS) hakimiyyəti dövründə Şuraya rəhbərlik bolşeviklə rin ə linə
keçdi. BXKS-n in süqutundan sonra həmkarlar ittifaqlarına nəzarət etmək uğrunda bolşeviklərlə eser-menşeviklər
arasında mübarizə yenidən q ızışdı. Bu mübarizə 1919 ilin yazında bolşeviklərin həmkarlar ittifaqları ü zərində tam
nəzarəti ilə nəticələndi. Sentyabrda bolşeviklər sağ sosiallistlərin son dayağı olan BHİŞ-i ə lə keç ird ilə r. Bolşevik-
lərin bu quruma rəhbərliy i hə mka rlar ittifaq larını A zərbaycan Xalq Cü mhuriyyəti hakimiyyətinə qarşı mübarizədə
mürtəce alətə çevird i.
BHİŞ Bakı proletariatının ko llektiv müqavilən in bağlan ması uğrunda mübarizəsində, mədən-zavod ko missiya-
larının təşkilində mühü m ro l oynamışdı. O, sahibkarların qanunsuz hərəkətlərinə qarşı həmkarlar ittifaq larının
mübarizəsində fəal təşkilatçılıq işi görür, əmək haqqının artırılması, əməkçilərin mü xtəlif kateqoriyaları üçün sabit
əmək haqqı dərəcələrinin işlənib hazırlan masında, həbs olunmuş rəhbərlərin azad edilməsində, həmkarlar ittifaq larının
fəaliyyətinin leqa llaşdırılmasında fəhlə lərin tələb lərini dəstəkləyirdi.
1920
ilin iyununda vahid respublika orqanın ın – A zərbaycan Hə mkarlar İtt ifaqla rı Şu rasının
yaradılmasındansonra BHİŞ ləğv edilmişdir.
BAKI HƏRBĠ GENERAL-QUBERNATORU -Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Bakı ətrafında
müdafiə sistemi yaratmaq, şəhərdə asayişi təmin etmək, vətəndaşların əmin-aman lığını qoru maq, cinayətkarlığın və
dövlətə qarşı təxribatların qarşısını almaq məqsədilə yaradılmış xüsusi qurum. Bakı hərb i general-qubernatoru vəzifəsi,
bundan əvvəl Dövlət Müdafiə Ko mitəsinin qərarı ilə (1919, 13 sentyabr) Bakı İstehkamç ılar hiss əsinin rəisi təyin
edilmiş general-mayor Murad Gəray Tlexasa (əvvəlki vəzifələrində qalmaqla) həvalə o lunmuşdu. Bu orqan mülki
idarəçiliklə inzibati idarəçiliyi özündə birləşdirmə klə geniş səlahiyyətlərə malik idi. M.G.Tle xas Bakının hərbi general-
qubernatoru kimi imza ladığ ı 1 saylı ə mrində öz qarşısında aşağıdakı və zifə lərin durduğunu bildirirdi: Bakı general-
qubernatorluğunda cinayətkarlığın aradan qaldırılması; general-qubernatorluqda şəxsi və ictimai maraqlara və dövlətin
əmin-aman lığ ına meylli olan əhalin in işlərinə geniş yardım göstərilməsi; milliyyətindən, məzhəbindən, ictimai
vəziyyətindən asılı o lmayaraq, hər b ir vətəndaşın mənafelə rinin qorun ması; asayişi, ə min-a manlığı və dövlət quru-
luşunu pozmağa çalışanlara qarşı amansız mübarizə aparılması və s.
Bakın ın hərbi general-qubernatoru Murad Gəray Tlexas şəhər ətrafının müdafiə sistemin in qurulmasına
rəhbərlik et mə klə yanaşı, onun daxilində asayiş yaradılmasını da ciddi nəza rət altında saxlayırdı. Onun 1919 il
noyabrın 24-də imzalad ığı xüsusi əmrlə, müvafiq icazə olmadan, küçə toplantıların ın, mitinq və nümayişlərin
keçirilməsi qadağan edildi. Aprel işğalından (1920) sonra Bakı hərbi general-qubernatoru M.G.Tlexas bolşeviklər
tərəfindən həbs edildi və bolşevik Əli Bayra movun öldürülməsində ittiha m o lunaraq güllə ləndi.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., M ehmandarov, B., 2000.
BAKI HƏRBĠ QARNĠZONU - Bakı şəhərində və onun ətrafında yerləşdirilmiş bütün hərbi hissələri,
təşkilatla rı, hərb i təhsil müəssisələrini özündə birləşdirən hərbi quru m. Bakı hə rbi qarnizonu Azərbaycan Xalq Cü m-
huriyyəti dövründə 1918 il sentyabrın 15-də A zərbaycan hərbi qüvvələri və Qafqaz İslam Ordusu şəhəri a zad etdikdən
sonra formalaşdırılmağa başlandı. Tərkibinə həm Azərbaycan, həm də türk hərbi hissələri daxil olan Qafqaz İslam
Ordusunun qərargah rəisi Nazim bəy Bakın ın ilk hərbi ko mendantı təyin edilmişdi. 1918 il noyabrın 17-də müttəfiq
dövlətlər adından Bakıya daxil olan ingilis hərbi qüvvələri buradakı türk qoşun hissələri ilə bərabər, A zərbaycan
ordusunun bütün hərbi hissələrinin, bölmə və strukturlarının da şəhərdən çıxarılmasın ı tələb etdilər. Beləliklə, Bakı
hərbi qarnizonu ləğv edildi.
Bakı hərbi qarnizonu 1919 il aprelin 5-də yenidən formalaşdırılmağa başladı. İng ilis qüvvələri ko mandan-
lığ ının razılığ ına əsasən, həmin gün Azərbaycan Xalq Cü mhuriyyəti ordusunun Birinci tatar süvari alayı, b ir p iyada
taboru və bir topçu batareyası Bakıya da xil o ldu. Bakıya da xil olan qüvv ələrə Birinci tatar süvari alayının komandiri
polkovnik Ağalarov rəhbərlik edird i. Ona, eyni zamanda, Bakı qarnizonunun rəisi vəzifəsi həvalə olun muşdu. Bakı
şəhərinin ko mendantı isə podpolkovnik A zad Vəzirov təyin edilmişdi (1919 il iyulun 9-da ona polkovnik rütbəsi
verilmişdi).
Bakıda hərb i hissələrin sayının artması və hərbi strukturların genişlən məsi, həmçinin, şəhərin paytaxt kimi
əhəmiyyəti nəzərə alınaraq hərbi nazirin 1919 il 7 avqust tarixli əmri ilə ko mendant vəzifəsinə general-mayor statusu
verild i. İstefada olan general-mayor Firidun bəy Vəzirov Bakı ko mendantı təyin edildi və Aprei işğalına (1920) qədər
bu vəzifən i daşıdı. Əvvəlki ko mendant polkovnik Azad Və zirov müavin vəzifəsində saxlanıldı.
1919 il avqustun 16-da İkinci piyada diviziyasının ko mandiri general-mayor İbrahim ağa Usubov Bakı hərb i
qarnizonunun rəisi təyin edildi. 1919 il sentyabrın 9-da Bakı İstehka mçılar h iss əsinin rəisi təyin edilmiş general-mayor
Murad Gəray Tle xas, eyni za manda, Ba kı qarn izonunun rəisi oldu. Hə min il dekabrın 10-dan isə Ba kı İstehkamç ıla r
hissəsinin və Ba kı qarn izonunun rəisi vəzifəsi general-mayor Həbib bəy Səlimova həvalə edildi. 1920 ilin fevra lında
həm də Ba kı İstehka mçılar hiss əsinin rəisi təyin