[]



Yüklə 250,74 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix02.10.2017
ölçüsü250,74 Kb.
#2998
1   2   3   4   5   6   7

 



                                                                     



İkinci fəsil 

 

18.06.2010-cu il 

“ TG “ cəbhəsi, Seyidin postu. 

 

Bu  gün  lap  isti  idi,  ya  da  adama  bel



ə  gəlirdi.  Bir  də  ki,  isti 

olacaq d


ə, yayın oğlan çağıydı, ancaq buna isti demək olmazdı. 

Vallah,  el

ə  bil  torpaqdan  od  qalxırdı.  Sanki  Günəş  dağların 

arxas


ına keçdikcə, torpaqdan qalxan isti daha da artırdı... 

- Bu gün n

ə yaman sakitlikdir, yəqin istiyə görə öz yuvalarına 

ç

əkilib yatıblar, - deyə əsgərlərdən biri dilləndi. 



- Bu sakitliyin bir zibili 

çıxacaq - Seyid cavab verdi. 

Axşamın  qaranlığı  ilə  şərəfsizlərin  ilk  güllələri  gəlməyə 

başladı. Çox maraqlı idi. Həmişəkindən fərqli olaraq əsgərlərin 

“trassuyuşşi” adlandırdığı işıqlandırıcı - yandırıcı güllələrlə düz 

blindajın  üstünə  atırdılar.  Ara-sıra  ön  müşahidə  məntəqəsinin 

qarşısına  “AQS”  mərmiləri  də  düşüb  partlayırdı.  Sanki 

özl


ərinin  bu  cür  blindajlarının  olamamağının  paxıllığını 

ç

əkirdilər... 



H

ətta  düzün  ortasında  güllənin  altındakı  yaxşı  səngərə  də 

paxıllıq  edir  bu  şərəfsizlər...  Çox  maraqlıdır  ki,  əziyyət  çəkib 

özl


əri  düzəltmək  istəmir,  hazırına  nazir  olmaq  istəyir  bu 

şərəfsizlər... Özlərində olmayan (nəyi var ki, bu bədbəxtlərin) 

yaxşı bir şey gördükdə, əvvəlcə istərlər ağlayıb-sıtqamaqla ona 

sahib  olsunlar.  Gördükd

ə  ki,  bir  şey  hasil  olmur,  başlayarlar 

xoruzlanmağa - bəs burda mənəm, Bağdadda kor xəlifə, bu saat 

onu verm

əlisən mənə. Bu variant da kara gəlməyəndə, zora əl 

atarlar, 

əl-altdan iş görərlər, ayaq altını qazarlar, mənim deyil, 

qoy,  onun  da 

olmasın  deyib  dağıdarlar,  yandırarlar,  məhv 

ed

ərlər bu şərəfsizlər... Bu da onların xislətindən  irəli gəlir. 




 

10 


Odur  ki,  bel

ə bir vəziyyət Seyidin diqqətindən qaça bilməzdi. 

Bu 

şərəfsizlər  kimə  nəyi  nişan  verirlər?  Anlaya  bilmədim  – 



düşündü Seyid. 

Seyid 


tranşeylə ön müşahidə məntəqəsinə getdi. 

Hava 


qaraldıqca  dığaların  atdıqları  yerlər  açıq-aşkar  bilinirdi. 

H

əmişə  atdıqları  yerdən  -  öz  yuvalarından  atırdılar.  Nədənsə, 



bu  s

əhnə  həmişə  “Tom  və  Ceri”  cizgi  filmini  xatırladırdı 

Seyid

ə.  Özündən  asılı  deyildi,  neyləsin?  Həmişə  də  onlar 



atmağa  başlayanda  üzündə  xəfif  təbəssüm  cizgiləri  yaranırdı. 

İndi də üzündə təbəssüm, inşallah, hamınızı elə o yuvalarda su 

il

ə  boğacayıq,  sizə  heç  güllə  də  düşmür.  Düşüncəli  halda 



blindaja 

qayıtdı. - Bu “Hücum” əmri nə vaxt olacaq, ay Allah? 

Sualı burğu kimi beynini deşdi Seyidin... 



Şəxsi  heyəti  örtülü  meydançada  düz!  –  deyə  köməkçisinə 

göst


əriş verdi. 

“SİLAHA” – köməkçinin komandası eşidildi.               

Əsgərlər  bir  göz  qırpımında  silah-sursatlarını  götürüb  örtülü 

meydançada düzüldül

ər.  

Seyid  silah 



otağına  keçdi.  “Ya Allah,  sən özün  kömək  ol!» – 

nidası silah otağının ən uzaq küncündəki, ən kiçik çatdakı, ən 

xırda cücünü də oyatdı. O, heç xəyalına belə gətirə bilməzdi ki, 

bir neç


ə saatdan sonra nələr olacaq?.. Seyid, sadəcə, uşaq vaxtı 

dön


ə-dönə  oxuduğu  “Koroğlu”  dastanından  yadında  qalan 

Koroğlunun hər səfər qabağı “altdan geyinib üstdən qıfıllandı, 

üstd

ən  geyinib  altandan  qıfıllandı”  deyimi  ilə  gerçəkləşən, 



“yayda bürüncəyini götür, qışda özün bilərsən” atalar sözü ilə 

min  ill


ərin  süzgəcindən  süzülüb  gələn,  igid  ehtiyatı  əldən 

verm


əz  prinsipinin  tələblərinə  uyğun  hərəkət  edirdi.  O, 

d

əfələrlə komandirlərindən eşitmişdi ki, adi bir kibrit çöpünün 



d

ə həyati əhəmiyyəti ola bilər. Çox gözəl bilirdi ki, qalibiyyətli 

döyüş  yaxşı  hazırlıqdan  çox  asılıdır.  Odur  ki,  ehtiyatı  əldən 



 

11 


verm

əzdi  heç vaxt.  Bura  döyüş bölgəsidir,  hər  an hər  şey  ola 

bil

ər.  Əsgər  hər  an  ən  qızğın,  həlledici  döyüşə  girməyə  hazır 



olmalıdır.  

Düşünə-düşünə əsgərlərin “lifçik” dediyi üzərində silah-sursat 

daşımaq  üçün  çoxlu  cibləri,  arxasında  çantası  olan  jiletini 

geyindi. Özünün ikid

əstəkli qatlama avtomatını götürdü, əlavə 

sandıqları “lifçik”-in ciblərinə yerləşdirdi, Nə qədər yerləşdirə 

bildis

ə, o qədər əl qumbaraları götürdü, “lifçik”-in arxa cibinə 



əlavə patron və əl qumbaralarını yerləşdirdi. Çıxmaq istəyirdi 

ki,  üst-

başına  bir  də  baxdı  –  bu,  “yüz  ölç,  bir  biç”  məsəlinin 

t

ələblərindən  irəli  gəlirdi.  İki  ədəd  də  tüstü  şaşkası  götürdü. 



Silah 

otağının  qapısından  çıxarkən  gözü  divardakı  jilkaya 

sataşdı. Onu da götürüb şalvarın yan cibinə qoydu. Bayıra bir 

addım  atmışdı  ki,  “FARAĞAT”  -  köməkçinin  komandası 

eşidildi. Bu vaxt Seyidin kölgəsi örtülü meydançaya çıxmışdı.  

Seyid  örtülü  meydançaya 

çıxdı,  döyüşə  hazır  vəziyyətdə,  bir 

c

ərgə düzülmüş əsgərləri gözdən keçirdi. Köməkçi sıradan bir 



addım qabağa çıxıb məruzə etdi:  

Yoldaş gizir, döyüş heyəti döyüşə hazırdır! 



- Azad!- dey

ə Seyidin amiranə səsi sükutu pozdu. 

Hamınız  diqqətlə  dinləyin.  -  Seyid  döyüş  tapşırığını  və 



hesabatı  bir  daha  əsgərlərin  diqqətinə  çatdırmağa  başladı.  - 

Əsas  hesabatı  hamı  bilir,  bu  olacaq  “A”  qaydası,  yəni  bu 

qaydada 

hamı  həmişəki  qaydada  öz  yerlərini  tutur,  əmri 

m

əndən  alır.  Yox,  əgər  qeyri-adi  nəsə  olsa,  keçəcəyik  “B” 



qaydasına.  “B”  nədi?  Bu  qaydada  mən  yoxam,  əmr  və 

göst


ərişləri  nə  qədər  sağdı,  köməkçidən  alarsınız.  Əgər  işdi, 

ona  da  n

əsə  olsa,  onda  hər  kəs  özünə  komandirdir.  Heç  kim 

əlavə kömək gələnə qədər durduğu yerdən bir addım da kənara 

atmır,  tualet  kimi  dayandığınız  yerdən  istifadə  edə  bilərsiniz. 

İcazə verirəm. Lazım gəlsə, hamı dayandığı yerdə ölür, ancaq 




Yüklə 250,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə