[]



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə25/319
tarix15.07.2018
ölçüsü20,19 Mb.
#56002
1   ...   21   22   23   24   25   26   27   28   ...   319

39 

 

 



"Ġqbal"ın  məramı rus çarizmin in  köçürmə və ruslaĢdırma, Avropa ölkələrinin  ġərqdə  müstəmləkəçilik siyasətinin 

tənqidinə həsr olunmuĢ məqalə lərdə qabarıq surətdə əks olunmuĢdur. 

Qəzetdə  milli  istiqlal  və  dirçə liĢə  gedən  yolda  maarifın,  mə ktəbin  xa lqa  ya xınlaĢdırılmasının,  gənc  nəslin  milli 

tarixə ,  dil  və   ədəbiyyata  bağlılıq   ruhunda  tərbiyə  o lunmasın ın  əhə miyyəti  xüsusilə  qabardılırdı.  "Ġqbal"ın   milli  istiqlal 

uğrunda  baĢladığı  mübarizə  " Yeni  Ġqbal"  və  "Açıq  söz"  qəzetlərində  davam  etdirilmiĢdir.  ―Ġqbal‖ın  naĢir  və  baĢ 

mühərrirləri, müəlliflərin in böyük əksəriyyəti sonralar Azərbaycan Xalq Cü mhuriyyətinin qurucuları oldular. 



Əd:. Mirəhmədov Ə., Mətbuat, "Azərbaycan ədəbiyyatı tarixi", 3 cilddə, c.2., B., 1960; Zamanova A., "Ġqbal" qəzeti mətbuatın ictimai mövqeyi 

və vəzifələri haqqında, "Dil və ədəbiyyat" məcmuəsi, 1998, № 2. 

 

ĠLDIRIM    Çingiz (Çingiz Ġldırım oğlu   S u  11 a n o v ;  10.7.1890,  Qubadlı  -  1937)  - A zərbaycanda bolĢevizmin  

görkəmli  nü mayəndələrindən  biri.  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  devrilməsində  və  bolĢeviklərin  hakimiyyətə 

gəlməsində  mühüm  rol  oynamıĢdır.  1898-1905  illə rdə  ġuĢa,  1906-09  illərdə  Vlad iqafqaz  rea lnı 

mə ktəblərində  təhsil  a lmıĢdır.  1916  ildə  Petroqrad  Poli  te xnik  Ġnstitutunun  dağ-mədən    Ģöbəsini 

mühəndis-metallurq  ixtisası  üzrə  b itirmiĢ,  1917  ilin  sonunadək  oradakı  "Ayvaz"  zavodunda 

mühəndis  iĢləmiĢdir.    Oktyabr  çevriliĢində  (1917)  iĢtirak  etmiĢdir.      1918    ildən    Rusiya  Sovet 

Federativ Sosialist Respublikası  Xalq  Ko missarları  Soveti yanında Rusiya müs əlmanlarının  iĢləri  

üzrə  müvəkkil,    ġimal  Vilayəti  Ko mmunaları  Ġttifaqın ın  milli  iĢlər  ko missarlığında  Petroqrad 

müsəlman  Ģöbəsinin sədri o lmuĢ, Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinin  üzvü  seçilmiĢdir. 

1919 ilin əvvəlində Xalq  Cü mhuriyyətinin devrilməsində iĢtira k et mək üçün bolĢeviklər tərə findən 

Azərbaycana  göndərilmiĢ,  Qarabağda,  Ba kıda  inqilabi  iĢ  aparmıĢdır.  Bakı  limanı  rəisinin   baĢ 

kö məkçisi iĢləyərkən dəniz ekspedisiya dəstəsinə daxil olan qayıq larla bolĢeviklər üçün HəĢtərxana 

gizlincə  neft  və  neft  məhsullarının  yola  salın masını,  sovet  Rusiyasından  isə  Bakıya  pul,  döyüĢ 

sursatı,  siyasi  ədəbiyyat  və  s.  çatdırılmasını  təmin  etmiĢdir.  Çingiz  Ġldırım,  həm  də,  hərbi  limanın  rəis  müavini  təyin 

olunmuĢdu. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  polisinin  limanda  və  dənizdə  görəcəyi  tədbirlə ri  əvvəlcədən  bilir  və  bolĢevikləri 

mə lu matlandırırdı.  Xə zər hərbi donanması gə milərinin  HəĢtərxana və  Krasnovodska aparılması plan ının ha zırlan masında 

baĢlıca rol oynayırdı. 1920  ilin yanvarından Rusiya Ko mmunist (bolĢeviklər) Partiyasının -  RK(b)  P-nin ü zvü olan Çingiz 

Ġldırım A zərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinə qarĢı silah lı üsyanın hazırlan masında mühü m rol oynamıĢ, onun təklifı 

ilə o rduda və donanmada gizli bolĢevik təbliğat Ģöbələri yarad ılmıĢdı.  RK(b ) P  Qafqa z Ölkə Ko mitəsinin qərarına əsasən, 

donanmanın  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinə  qarĢı  əməliyyatına  ko mandanlıq  etmək  Çingiz  Ġldırıma 

tapĢırılmıĢdı. 

1920  il  aprelin  27-də   Çingiz  Ġld ırım  Bakı  yunkerlər  mə ktəbini,  polis  idarəsini,  Bayılda  hərb i  silah  anbarını  ə lə 

keçirmiĢ, onun əmri  ilə hərb i donanmanın gəmiləri topların ı  Cü mhuriyyət Höku mətin in və Parlamentin yerləĢdiyi binalara 

tuĢlamıĢdı. Çingiz Ġldırım "Qırmızı hərbi donanma" adından Azərbaycan Hö ku mətinə və Parlamentinə hakimiyyətin dərhal 

"ġura  höku mətinə"  verilməsini  tələb   edən  ultimatum  vermiĢdi.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  devrild ikdən  sonra 

Azərbaycan SSR-in  ilk hərbi-dəniz  iĢləri  ko missarı təyin olun muĢ, Sovet hakimiyyətinin  qurulmasında  xid mətlə rinə görə 

RSFSR-in  Qırmızı  DöyüĢ  Bayrağı  o rdeni  ilə  tə ltif  edilmiĢdi  (1920,  5  may).  Bo lĢeviklə r  məqsədlərinə  nail  olduqdan  az 

sonra,  Azərbaycan  SSR  ordusunu  müstəqilləĢdirməyə  təĢəbbüs  göstərdiyinə  görə  Çingiz  Ġldırımı  hərbi  iĢlərdən 

uzaqlaĢdırdılar.  Bundan  sonra  Çing iz  Ġld ırım  bir  ço x  döylət  və  təsərrüfat  vəzifələrində  çahĢmıĢ,  1929-37  illərdə 

Maqnitoqorsk və Krivoy-Roq metallurgiya ko mb inatlarının t ikintisinə rəhbərlik et miĢdir. Repressiyaya məruz qalmıĢdır. 

Əd.: K at i b l i  M.,  Çingiz Ġldırım,  B., 1964;  Миндлин  Э.М.Начало Магнитогорска,   M.-Л., 1931;  Полонский  Л.,Комиссар  Ильдрым, M., 

1969; По светлому пути Октября. Статьи, речи и воспоминания Б ., 1977. 

 

ĠLHAQÇILAR  - 1918 ilin yayında türk hərb i hissələrin in ermən i-daĢnak quldurları tərəfindən soyqırımına  məru z 

qalan  Azərbaycan  kö məyinə  gəlməsi  ilə  bağlı  olaraq,  ö lkə   da xilində  Os manlı  dövlətinin  tərkib inə  qatılmağı  təbliğ  edən 

qüvvələr.  19  əsrin  sonu  -  20  əsrin  əvvəllərində  Rusiyanın  müsəlman  xalqların ın  istiqlal  mübarizəsində  onların  birliyin i 

nəzərdə  tutan  "Ġttihadi-isla m"  (isla m  b irliy i)  ideologiyası  geniĢ  yayılmıĢdı.  Hərə katın  təĢkilatlan ması  dövründə  onun 

daxilində dərin siyasi qütbləĢmə baĢ verdi. "Ġttihadi-isla m" hərəkatın ı bütün müs əlman  xa lqla rın ın vahid bir dövlət halında 

birləĢməsi  kimi  fərz  edən  mühafizə kar  qüvvələr  a zlıqda  qaldılar.  Lakin  ermən ilə rin  1917-18  illərdə  Azə rbaycan  xa lqına 

qarĢı həyata keçird ikləri soyqırımları bu qüvvələrin yenidən fəallaĢ masına əlveriĢli  imkan yaratdı.  Ölkədə baĢ alıb gedən 

anarxiya  və  xaosa,  milli  qırğına  və  təsərrüfatın  dağılmasına  qarĢı  mübarizədə  milli  hakimiyyətin  zə ifliyini  görən 

Azərbaycan əhalisi  içərisində Os manlı dövlətinə  ilhaq olun maq  ideyasının geniĢ  yayılması  təbii  hal  idi.  Be lə  bir  Ģəraitdə 

ilhaqçıların  uğur  qazanacaqları  Ģübhə  doğurmurdu.  Odur  ki,  bir  sıra  nüfuzlu  xadimlər  bu  dövrdə  Milli  ġuranın  və 

Höku mətin   fəaliyyətindən  narazı  qald ıqları  üçün,  bəzən   də  Ģəxsi  motivlərə  görə  ilhaqçılara  qoĢulmuĢdular.  Bunun 

nəticəsində Azərbaycan Xalq Cü mhuriyyəti 1918 il iyunun ortalarında ilk ciddi siyasi böhranla qarĢılaĢmalı oldu. Ağır siyasi 

Ģəraitdə  gedən  bu  ixtilaflar  sonda  istiqlalçıların  (Azərbaycanın  müstəqilliy inə  tərəfdar  olan  qüvvələrin)  qələbəsi  ilə 

nəticələndi (ba x, hə mç inin "İyun böhranı"). 



ĠNGĠLĠSLƏR BAKIDA (1918-19) - Birinci dünya müharibəsi (1914-18) illərində Böyük Britaniya silah lı qüvvələ 

 

 



 

 

 




Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə