[]



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə307/319
tarix15.07.2018
ölçüsü20,19 Mb.
#56002
1   ...   303   304   305   306   307   308   309   310   ...   319

455 

 

Qars və  Batu m Tü rkiyəyə verilməli id i. Zaqafqaziya seymi  Brest sülhünün bu Ģ ərtini qəbul et məd i və  bildird i  ki, 



RSFSR  Xalq  Ko missarları  Sovetinin  hakimiyyətini  heç  vaxt  qəbul  etməmiĢdir.  Türkiyə  isə  Brest  sülhünün  qerarlarına 

əsaslanaraq, Qars, Batu m və Ərdəhanı dərhal boĢaltmağı Zaqafqaziya sey mindən tələb  etdi. Belə b ir Ģəraitdə 1918 il mar-

tın  14-də  Trab zonda  Türkiyə  ilə  Zaqafqaziya  seymi  arasında  sülh  konfransı  açıld ı  (bax  Trabzon  konfransı).  Türkiyə 

nümayəndəliyi  Zaqafqaziya  seymindən  müstəqilliy inin  elan  ed ilməsini  əsas  Ģərtlərdən  biri  kimi  qoyurdu.  Müstəqilliyin  

elan edilmə məsi Türkiyənin damĢıq lara  ma rağın ı  zəiflətdi. A.Çxen keli et iraf edird i ki, "Türkiyə, obyektiv olaraq, Cənubi 

Qafqazın  müstəqilliy inin elan edilməsində  maraq lıd ır.  Cənubi Qafqazın  müstəqilliyi Ģimaldan Türkiyənin təhlükəsizliy ini 

təmin  edir".  Türkiyə  tərəfi  Cənubi  Qafqa zın  idarəç ilik  formasının,  onun  s ərhədlərinin,  dövlət  dili  və  din inin,  hə mç inin  

Osmanlı imperiyasına münasibətinin resmən müəyyən edilməsi məsələlərin in mü zakirə olun masının zəruriliyin i qeyd etdi. 

Cənubi  Qafqa z  nü mayəndəliy i  qoyulan  məsələ lərlə  bağlı  xüsusi  bəyanatla  çıxıĢ  edərə k  göstərdi  ki,  regionun  dövlət 

idarəçiliyi  forması  Seym tərəfindən iĢlənərək,  De mo kratik  Federativ  Respublika fo rmasında qalacaqdır; Cənubi  Qafqa zın  

ərazisinə Bakı,  Yelizavetpol, Ġrəvan, Tiflis, Kutaisi quberniyaları, Batu m və Qars vilayətləri, Su xu mi və Zaqatala dairələri 

daxildir. Dağıstan vilayəti və Qara dəniz sahili quberniyala rı məsələsi onla rın Sey mə  nümayəndə göndərməsinə qədər açıq  

qalır;  rəsmi  dil  hələlik  rus  dilidir,  lakin  hazırlanan  konstitusiyada  gürcü,  türk  və  ermən i  dillərin in  dövlət  dili  kimi 

tanınacağını elan etməyə əsas vardır.  Bəyanatda, həmçin in,  Cənubi Qafqazda vicdan azadlığı haqqında qanunun fəaliyyət 

göstərəcəyi, qəbul ediləcək konstitusiyada isə dinin dövlətdən ayrılacağı da xüsusi vurğulanırdı. 

Zaqafqaziya  seymi da xilində milli fra ksiyala r a rasında yekdillik yo x idi. Bu a mil Trabzon danıĢıqlarında özünü daha 

qabarıq büruzə verdi. Belə ki, ermənilər Qars vilayətinin böyük bir hissəsinin, gürcü nümayəndələri Ərdəhanın və Batu mun 

Osmanlılara  verilməsinə  ciddi  etiraz  etdiler.  Azərbaycan  nümayəndəsi  X.Xasməmmədov  isə  Türkiyəyə  güzəĢtə  gedilən 

ərazilərin  siyahısından  Batumun  çıxarılmasını  təklif  etdi.  O,  Bakı  neft  kəmərin in  son  məntəqəsi  olan  Batumun  Cənubi 

Qafqazın  tərkib ində  saxlanılmasını  Azərbaycan  neft  sənayesinin  mənafeyinə  uyğun  sayırdı.  Çünki,  Batum  Azərbaycanın 

dünya okeanına yeganə çıxıĢ qapısı idi. 

Martda  bolĢeviklərin  daĢnaklarla  birlikdə  Bakıda  hakimiyyəti  ələ  keçirmek  üçün  qaldırdığı  qiyam  və  azərbay-

canlılann görünməmiĢ qəddarlıq la  kütləvi surətdə  məhv edilməsi, soyqırımlarına Azərbaycanın digər ərazilərində də geniĢ 

miqyasda həyata keçirilməsi Zaqafqa ziya seymi da xilindəki  ziddiyyətləri gücləndirdi. A zərbaycandakı qanh cinayətləri  ilə  

bir va xtda  ermən ilə r Türkiyədə, xüsusilə Ərzuru mda  da böyük vəhĢiliklər törətdilər. Bütün bunlar Türkiyə ilə  aparılan istər 

Trabzon,  istərsə  də  Batum  danıĢıqla rında  Zaqafqa ziya  seyminin   vəziyyətini  çətinləĢdirdi.  Aprelin  13-də  Sey min, 

hökumətin   və  fraksiya  nü mayəndələrinin  b irgə  iclasında  Türkiyə  ilə  danıĢıqların  gediĢi  mü zakirə  olundu.  Sey m  həmin 

iclasda Trab zon danıĢıqların ı dayandırmaq  və Türkiyə ilə müharibəyə hazırlaĢmaq  haqqında qərar qəbul etdi. Ölkədə hərbi 

vəziyyət  elan   edildi  və   Y.Gegeçkori,  N.Ra miĢvili  və  X.Ka rçikyandan  ibarət  Ali  Müdafıə  ġurası  yarad ıld ı.  Azərbaycan 

nümayəndəsinin  bu  ġuraya  daxil  ed ilməməsindən  əsas  məqsəd  müsəlman  fraksiyasının  hadisələrin  gediĢinə  təsir 

imkanlarını aradan qaldırmaq idi. Lakin  bu tədbirlər də Türkiyə qoĢunlarının  irəliləməsini dayandıra bilməd i və onlar 1918 

il aprelin 14-də Batumu tutdular. 

1918  il  apre lin  22-də  müsəlman  fra ksiyasının  təkidi  ilə  Zaqafqa ziya  seyminin  geniĢ  iclası  keç irildi  və  müstəqil, 

demokratik,  federat iv  Zaqafqa ziya   Respublikasımn   elan   olun ması  haqqında  q ətnamə   qəbul  ed ild i.  Aprelin   20-də 

azərbaycanlılara qarĢı  Ba kı soyqırımla rı  ilə bağlı  məsələnin  mü za kirəsi za manı yaran mıĢ höku mət böhranın bir nəticəsi də 

bu  oldu  ki,  Y.Gegeçkorin in  baĢçılıq  etdiyi  Zaqafqaziya  höku məti  istefa  verdi.  Zaqafqaziya  seymi  həmin  gün  aĢağıdakı 

tərkibdə yeni Zaqafqaziya höku mət ini təsdiq etdi:  1. A.Çxenke li  - baĢ nazir və  xa ric i iĢlə r na ziri;  2.  N.Ra miĢ vili - da xili 

iĢlər naziri;  3. A.Xatisyan -  maliyyə naziri;  4.  Xudadat bəy Melik-Aslanov - yollar naziri;  5.  Fətəli  xan Xoyski - ədliyyə 

naziri;  6.  Q.Geo rqadze  -  hərbi  na zir;  7.  N.Xo meriki  -  kənd  təsərrüfatı  naziri;  8.  Nəsib  bəl  Yusifbəyli  -  maarif  naziri;  9. 

Məmməd  Həsən Hac ınski -tica rət naziri; 10. A.Saa kyan - ə rzaq naziri; 11. R.Ka zaçnuni - ictimai mə iĢət xid məti naziri; 12. 

A.Erzikyan -ə mə k naziri; və  13. Ġbrah im  Heydərov - Dövlət nə zaret naziri.  Bununla, höku mətdə əsas postları gürcülər və 

ermənilər ə lə keç irdilər. 

Zaqafqaziyada  vəziyyət  getdikcə  pisləĢirdi,  çünki  müs təqilliyin   elanından  sonra  Zaqafqaziya  Federativ  Respubli-

kasının  nə  daxili,  nə  də  xarici  siyasətində  ciddi  b ir  dəyiĢiklik  baĢ  verməmiĢdi.  Siyasi  partiyaların   nümayəndələri 

Zaqafqaziya  seymində ü mu mi dil tapa bilmird ilə r, onların ü mu mi fəa liyyət proqra mı yo x  idi və  fra ksiyaların hər biri ö z 

siyasi xəttin i həyata keç irməyə ça lıĢırdı. 

1918  il  mayın  sonuncu  ongünlüyündə  Zaqafqaziya  seyminin  dağılacağı  açıq-aydın  hiss  olunurdu.  Azərbaycan nü-

mayəndəliyinə məlu m olmuĢdu ki, Sey min  gürcü fraksiyası  Batu mda Almaniya  nümayəndəliyi ilə  gizli danıĢıqlar aparır və 

Gü rcüstanın  müstəqilliyini  elan  etməyə  hazırlaĢır.  Elə  həmin  günlərdə  seymin  sosial-demokrat  fraksiyasının  lideri 

Ġ.Q.Sereteli  Cənubi Qafqaz  xalqlarının  konfederasiya halında birləĢ mək  ideyasının özünü doğrultmadığın ı bildirdi. Sereteli 

Türkiyə  ilə  Batu m  danıĢıqlarında  təklənmələrin i  bəhanə  gətirərək,  Gü rcüstanın  Seymdən  çıxıb,  müstəqil  respublika  elan 

olunmasını  zəruri  hesab  etdi.  Mayın  25-də  Sey mdə  iclasa  sədrlik  edən  F.Xoyski  Cənubi  Qafqaz  xalqları  b irliyin in 

zəruriliyini  əsaslandırmaqla  yanaĢı,  gürcü  nümayəndəliyinin  a rzularmın   əleyhinə  ç ıxmadı,  eyni  za manda  bildirdi  ki, 

Azərbaycan türklə ri də belə bir addım at ma lı olacaqlar. 

 

 

 



 

 

 




Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə