[]



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə310/319
tarix15.07.2018
ölçüsü20,19 Mb.
#56002
1   ...   306   307   308   309   310   311   312   313   ...   319

458 

 

iclası  keçirild i.  Ġclasda  Cənubi  Qafqazda  siyasi 



vəziyyətin dəyiĢilməsi ilə  əlaqədar olaraq  o xun muĢ rəsmi 

bəyanatda  deyilirdi  ki,  Zaqafqaziya  seymin in  gürcü 

fraksiyası,  gürcü  sülh  nümayəndə  heyətinin  ü zvləri 

Batu mda  gizli  danıĢıqlar  aparır,  ayrılmağa  və 

Gü rcüstanın  müstəqilliyin i  elan  etməyə  hazırlaĢırlar. 

Müsəlman  fraksiyasının  bununla  bağlı  qəbul  etdiyi 

qətnamədə  göstərilird i  ki,  " Gürcüstan  öz  müstəqilliy ini 

elan  etdiyi  halda,  biz  də  öz  tərəfimizdən  Azərbaycanın 

müstəqilliy ini  elan  etməliyik".  Daxili  ziddiyyətlərin  

kəskin ləĢməsi, 

hə mç inin 

xarici 


amillərin 

təsiri 


nəticəsində  Seym  dağıldı.  1918  il  may ın  27-də  artıq  

keçmiĢ  Sey min   Müsəlman  fraksiyası  yaran mıĢ  siyasi 

vəziyyəti müza kirə  et mək üçün fövqəladə ic las çağırd ı və  

Müvəqqəti  Milli  ġura  yaratmaq  qərara  almd ı  (bax 



Azərbaycan Milli Şurası). 

Zaqafqaziya  seymindəki  Müsəlman  fraksiyasının  

bütün  fəaliyyəti  taleyüklü  məsələlərdə  A zərbaycan 

xalq ının  maraqlarını  qorumaqdan  ibarət  olmuĢdur. 

Zaqafqaziya   seyminin  Müsəlman  fra ksiyası  gələcə k 

müstəqil  dövlətin  -  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  

idarə  o lunması,  min illik  qədim  dövlətçilik  ənənələrinin  

bərpası üçün mühüm təcrübə mə ktəbi keçdi. 



Əd.: A zərbaycan tarixi, 7 cüddə, c.5, B., 2001; Ġsgəndərov A., Azərbaycan Xalq Cü mhuriyyəti, B., 2003. 

ZAQAFQAZĠYA S EYMĠNĠN TORPAQ ĠS LAHATl HAQQINDA   QANUNUNUN   LƏĞVĠ   HAQQINDA  

QƏRAR  - A zərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin  qəbul etdiyi mühü m sənədlərdən biri. 1918 il iyunun 22-də qəbul 

olunmuĢdur.  BeĢ  bənddən  ibarət  bu  qərara  əsasən,  Məclisi-Müəssisan  çağırılana  qədər  Zaqafqaziya  seyminin   torpaq 

islahatı  haqqında  qanununun  icrası  dayandırılrdı.  Zəbt  edilmiĢ  Ģəxsi  mü lkiyyət  olan  və  xəzinəyə  məxsus  torpaqlar  geri 

qaytarılmal id i.  Əkinçilik nazirinə Məclisi-Müəssisana çıxarmaq üçün torpaq məsələsinə dair  materiallar toplamaq, habelə 

torpaq komitələ rin in yenidən təĢkili və ya ləğvi, torpaq pulu ödəniĢləri haqqında mə ruzə lər hazırla maq tapĢırılmıĢdı. 

ZAQAFQAZĠYADA  MÜSƏLMANLARA QARġI  ZORAKILIĞIN  ARAġDIRILMASI  ÜÇÜN  FÖVQƏ LADƏ 

TƏHQĠQAT  KOMĠSSĠYAS ININ  TƏġKĠLĠ  HAQQINDA  QƏRAR  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətin in 

qəbul  etdiyi  ən  mühü m  sənədlərdən  biri.  1918  il  iyulun  15-də  qəbul  olun muĢdur.  Qəra rda  xa ric i  iĢlər  nazirinə  Avropa 

müharibəsinin  (Birinci  dünya  müharibəsinin)  baĢlandığı  vaxtdan  Zaqafqaziyada  müs əlmanlara  qarĢı  zorakılığını 

araĢdınlması üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmaq tapĢırılmıĢdı. 



ZAQATALA  -  A zərbaycan  Xalq  Cü mhuriyyətində  qubernatorluq  və  onun  mərkə zi  Ģəhəri.  A zərbaycanın  tarixi  

ərazilərini  olan  Car-Balakən  camaatlığı  və  Ġlisu  sultanlığın ın  torpaqlarını  əhatə  edirdi.  Car-Balakən  camaatlığı  Rusiya 

imperiyasının  qoĢunları  tərəfindən  1803  ildə  iĢğal  edilmiĢdi.  Tərəflər  arasında  imzalan mıĢ  müqaviləyə  görə  camaatlıq 

daxili ida rəçilik sistemin i sa xla mıĢdı.  La kin ça r höku məti 1830  il  Car-Ba lakən üsyanını bəhanə gətirərə k, ca maatlığ ı ləğv 

etmiĢ, onun əsasında Car vilayəti təĢkil o lunmuĢ, burada  müvəqqəti idarə orqanı yarad ılmıĢdı. 1840 il 10 aprel qanunu ilə 

Car  vilayəti  Ba lakən   qəzası  adlandırılmıĢ  və  Azə rbaycanın  bu  ərazisi  xüsusi  məqsədlə  Gürcü-Ġmereti  quberniyasının 

tərkib inə da xil edilmiĢdi.  Ba la kən qəzası  1842 ildə  Ca r-Ba lakən  dairəsinə  çevrildi.  1844  ildə  Ġlisu sultanı Dan iyal bəyin 

üsyam yatırıldıqdan sonra sultanlıq da ləğv olundu, apreldə  Car-Balakən və  Ġlisu torpaqlarında  Car-Balakən hərbi dairəsi 

təĢkil edildi.  Dağıstan vilayətinin idarəç iliy i haqqında 1860  il  5 apre l tarixli  əsasnaməyə uyğun olaraq, Ca r-Ba lakən hərbi 

dairəsi Zaqatala da irəsi ad landırıldı. Zaqatala ilk va xtla r kiç ik yaĢayıĢ məntəqəsi olmuĢ, adı ilk dəfə  1807 ilə a id sənədlərdə 

çəkilmiĢdir.  Zaqatala  dairə  mərkəzinə  çevrild ikdən  sonra  sosial-iqtisadi  və  mədəni  cəhətdən  inkiĢaf  etməyə  baĢlamıĢdı. 

Zaqatala dairəsi yaradıldıqdan sonra burada həyata keçirilən inzibati-əra zi bölgüsü əsasında Ġlisu sultanlığın ın Sa xur mü lkü 

ondan qoparılaraq Samur dairəsinə birləĢdirilmiĢdi.  1917 il Qafqaz təqvimin in məlu matına görə Zaqatala dairəsinin ərazisi 

3502,24  k v.verst  idi.  Da irə  inzibati  cəhətdən  Əliabad,  Car-Mu xa x,  Qa x  sahələri  və  Alma lı,  Bala kən,  Mu xa x  rayonlarına 

bölünürdü. 

Hə min mə lu mata əsasən Zaqatala Ģəhərində 4505 nəfə r (2456 kiĢi, 2049 qadın) yaĢayırdı. Bütövlükdə dairədə 92608 

nəfər (48323 kiĢi, 44285 qadın ) əha li yaĢayırdı. Onlardan  86128 nəfər (93%) yerli sakin, 6480 (7%) müvəqqəti yaĢayanlar 

idi.  Zaqatala  da irəsi  əha lisin in  85136  nəfərini  (92%)  müsəlmanlar  təĢkil  ed irdi.  Zaqatala   dairəsində  hərbi  idarə  sistemi 

mövcud  idi.  Hərbi,  mü lki  və  in zibati  hakimiyyət  hərbi  rəisin  əlində  cəmləĢmiĢdi.  Əhalin in  əsas  məĢğuliyyəti  kənd 

təsərrüfatı, baĢlıca ola raq tütünçülük idi. Sənətka rhq və ticarət də in kiĢaf etmiĢdi. Zaqatala  

 

 

 



 

 

 



 


459 

 

dairəsi  Azə rbaycanda  çarizmin  müstəmlə kəçilik  sisteminə  qarĢı  mübarizənin  əsas  mərkə zlərindən  biri  olmuĢdur. 



1863  ildə burada məĢhur Zaqatala üsyanı baĢ vermiĢdi. Üsyan yatırıld ıqdan sonra Zaqatala dairəsi hərbi və mü lki h issələrə 

bölünmüĢdü. Kəndli hərəkatı, onun spesifık forması olan  qaçaq hərəkatı da yayılmıĢdı. Fevral inqilabından (1917) sonra 

Zaqatala dairəsində də Müvəqqəti Höku mət in orqanları yaradılmağa baĢla mıĢdı.  1917  il o ktyabrın  20-də Zaqatala da irəsi 

Kaza k  qoĢunlarının,  Qa fqaz  dağlıları  və  dü zəngahların ın  azad  xa lqlarının  Cənub-ġərq  ittifaqına  da xil  edilmiĢdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  qurulduqdan sonra  Zaqatala  dairəsini  özünün  mübahis əsiz  əra zisi  e lan  etmiĢdi.  Zaqatala  

dairəsinin əhalisi də A zərbaycan Xa lq  Cü mhuriyyətinin  tərkib h issəsi kimi qalmaq arzusunu ifadə etmiĢdi. Zaqatala dairə  

Milli  ġurası  dairənin  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  birləĢ məsi  haqqında  qərar  qəbul  etmiĢdi.  Azərbaycan  Xalq  

Cü mhuriyyəti Hö ku məti bunu nəzərə alaraq 1918 il iyunun 30-da aĢağıdakı qərarı qəbul etmiĢdi: Zaqatala dairəsi əhalisinin  

yerli  M illi  Ko mitənin  1918  il  28  iyun  teleqramında  ifadə  olunmuĢ  arzusuna  uyğun  olaraq,  Zaqatala  dairəsi  A zərbaycan 

Respublikasına  birləĢdirilsin,  bu  barədə  əhaliyə  məlu mat  verilsin.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti  bu  qərarla 

Gü rcüstanın ərazi iddialarına qarĢı qanuni yol ilə cavab vermiĢ, onun həyata keçirilməsinə nail ola b ilmiĢdi. Höku mət 1918 

il  iyulun  30-da  Zaqatala  dairəsində  vəziyyətin  öyrənilməsi  üçün  Maliyyə,  Ədliyyə  və  Da xili  iĢlə r  na zirlikləri 

nümayəndələrindən  ibarət  ko missiya  yaratmıĢ,  ona  yerli  əhalinin  arzu  və  istəklərinin  öyrənilməsi  və  b.  mühüm  vəzifələr 

tapĢırmıĢdı.  Daxili  iĢlər  nazirliy inə  Zaqatala  dairəsində  digər  quberniyalarda  qəbul  edilmiĢ  əsaslarla  in zibati  hakimiyyət 

təĢkil et mə k həvalə  olun muĢdu. Zaqatala dairəsi rəs mi sənədlərdə quberniya adlandırılmağa baĢla mıĢdı. 1919 il fevralın 17-

də  Gəncə dairə  məh kə məsinin səlah iyyətlərin in Zaqatala  quberniyası və ġima l-Qərbi A zərbaycana aid edilməsi haqqında 

qərar qəbul ed ilmiĢdi. 1919  il  26  fevral qərarı  ilə  Zaqatala quberniyası Mu xa x sahəsinin yoxsul ailə lərinə 1715 pud ta xıl 

ayrılmıĢdı.  Zaqatala  qubernatoru  general  HaĢımbəyov  1919  il  martın  16-da  ġimal-Qərbi  A zərbaycan  generalqubernatoru 

təyin  edildikdən  sonra  həmin  vəzifəyə  Mə mməd  bəy  ġahma lıyev  təyin  olun muĢdu.  1919  il  25  o ktyabr-2  noyabrda 

Azərbaycan  Respublikasının  Zaqatala  quberniyası  və  Tiflis  quberniyasının  Sığnax  qəzası  arasında  müvəqqəti  sərhədlərin  

müoyyənləĢdirilməsi  üçün  Azərbaycan  və  Gürcüstan  respublikaların ın  beynəlxalq  ko missiyası  fəaliyyət  göstərmiĢdi. 

Tərəflər bütün məsələlə rin sülh yolu ilə həll edilməsin i qərara a lmıĢdı. Azə rbaycan Xalq  Cü mhuriyyəti Zaqatala Ģəhərinin  

sosial-iqtisadi və mədəni həyatının inkiĢafına da diqqət yetirirdi.  Parla ment 1919 il noyabrın 6-da Zaqatala Ģəhər təsərrüfat 

idarəsinə  Ģəhər  küçələri,  su  boruları  və  digər  qurğuların  tə miri  üçün  xə zinə  vəsaitindən  70  min  manat  ayırmaq  haqqında 

qanun qəbul etmiĢdi. ġəhərin Talaçayın daĢqınlarından qorunması  məqsədilə 1920 il fevra lın 26-da 234  min  manatdan çox 

vəsait aynlması haqqında daha bir qanun qəbul ed ilmiĢdi. Höku mət  isə c iddi ehtiyac olduğunu nəzərə  ala raq 1920 il fevra -

lın  2-də  Zaqatala  Ģəhərində  kiĢi  müəllimlər  seminariyası  açılması  barədə  qərar  vermiĢdi.  Azərbaycan  Xalq  Cü mhu-

riyyətinin  Zaqatala   quberniyasında  həyata  keçird iyi  tədbirlər  ona  böyük  nüfuz  qazandırmıĢdı.  A zərbaycan  Xalq  Cüm-

huriyyətinin 11  -ci  Qırmızı ordu tərəfindən süqutundan sonra mayda Zaqatala quberniyasında da sovet hökuməti quruldu, 

qəza  inzibati-əra zi  vahidi  tətbiq  o lundu.  Sovet  hökumət inə  qarĢı  müqavimət  hərə katı  za manı  Zaqatala   anti-sovet 

üsyanlarının mərkəzlərindən biri oldu. 1920  il  iyunun 6-da Zaqatalada antisovet üsyan. baĢladı. 11-ci  Qırmızı ordu hissələri 

yalnız  iyunun 18-də Zaqatala üsyanının yatıra bildi [bax  Zaqatalada antisovet üsyanı (1920)]. Zaqatala qəzası  1929  ildə 

həyata keçirilən rayonlaĢdırma za manı ləğv olundu. Onun əra zisində Zaqatala, Bala kən və Qa x rayonları yaradıldı. 

Əd.:Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafık  hesabatlar),  c.1-2,  B„  1998:  Азербаиджанская  Демократическая 

Республика (1918-1920). Закондательные акты (сборник  документов), Б., 1998;  Азербаиджанская Демократическая Республика  (1918-1920).  Внешняя 

политика  (документь  и  материалы),  Б.,  1998;  Respublika  elmi-konfransının  materialları,  B„  2003;  Летифова  Э.,  Северо-западный  Азербаиджан: 

Илисуйское  султанство,  Б.,  1999;  Шепетьев  А.,  Доклад  о  спорных  Кавказских  территориях,  на  которые  имеют  права  самоопре делившиеся 

азербаиджанские тюрки// Изв. АН Азерб. ССР (серия истории, философии и право), 1990, №2. 

ZAQATALADA  ANTĠSOVET  ÜS YANI  (1920)  -  1920  il  iyunun  birinci  yarısında  Zaqatala  bölgəsində  sovet 

iĢğalına  qarĢt  baĢ  vermiĢ  xalq  hərəkatı.  Qarabağdakı  antisovet  üsyanı  ilə  eyni  vaxtda  baĢlanmıĢdı.  Üsyandan  məqsəd 

qırmızı  ordu  hissələrinin  bölgıdəki  azğ mlıqların ın  qarĢısını  almaq  və  onu  bütünlüklə  sovet  rejimindən  azad  etmək  idi. 

Üsyan iyunun 6-da baĢladı. Üsyanda xalq kütlələri ilə bərabər, azsaylı qoĢun dəstələri də iĢtirak edird i. Onun rəhbərləri də 

xalq arasından seçilmiĢdi. Zaqatala üsyanının rəhbəri, Tala kəndinin  imamı Hafiz əfəndi  idi.  Ġlk günlərdə üsyançıların sayı 

1000 nəfərə çatırdı. Cü mhuriyyət ordusunun Zaqatalada yerləĢən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da 

üsyançıların tərəfınə keçdi. 1920  il  iyunun 9-da, səhər saat 6-da bölgədəki üsyançı qüvvələr Zaqatalaya toplaĢdılar.  ġəhər 

qalası və teleqraf dərhal elə  keçirild i. Ġnqilab Ko mitəsi üzvlərinin və sovet iĢçilərinin həbsi barədə qərar verildi.  Gürcüstanla 

sərhəddə  yerləĢən  keçmiĢ  Cü mhuriyyət  taborunun  üsyançılara  qoĢulması  onlann  gücünü  daha  da  artırdı.  Qısa  müddətdən 

sonra Qax da sovet qüvvələrindən azad edild i. 

11 -c i Qırmızı ordunun bölgədə yerləĢdirilmiĢ 7-ci süvari div iziyas ının 37, 39 və 40-c ı süvari a layları 1920 il iyunun 

10-da  Əlibəyli,  Yu xa rı  Mu xa x  kəndləri  ya xınlığındakı  yüks əklikdə,  Qa ra man  və  s.  məntəqələr  ətrafında  döyüĢlərdə 

üsyançı qüvvələrin müqavimətin i qıra bilməy ib  böyük  itkilər verd i.  Ġyunun   11-də  üsyançılar  



Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə