[]



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   2   3   4   5   6   7   8   9   ...   12

 

(1981),  Tarixi  yerlərin  müdafiəsi  üzrə  Beynəlxalq  Xartiya  (1987),  Arxeoloji  irsin 



istifadəsi  və  qorunması  üzrə  Beynəlxalq  Xartiya  (1990)  hazırlanmışdır.  

Ümumdünya  tarixi  –  mədəni  irs  məsələləri  ilə  məşğul  olan  və  xüsusilə  bərpa, 

konservasiya  sahəsində  Benəlxalq  tədqiqatlar  aparan  təşkilatlardan  biri  də  Roma 

mərkəzidir (İKOMOS). Bu təşkilatın 80 ölkədən çox nümayəndəsi mövcuddur. Bu 

mərkəz  abidələrin  qorunması,  bərpası  üzrə  mütəxəssislərin  hazırlanması, 

tövsiyələrin tərtibinə nəzarət edir, elmi tədqiqatçıların fəaliyyətini əlaqələndirir.  

Milli-mənəvi  dəyərlərin  qorunub  saxlanılması  dövlətimizin  ən  mühüm 

vəzifələrindən  biridir.  Mədəni  sərvətlərin  qorunub  saxlanılması  və  istifadəsi 

problemləri  ölkənin  Əsas  Qanununda  –  Azərbaycan  Respublikasının 

Konstitusiyasında öz əksini tapmısdır. “Hər kəs tarixi, mədəni və mənəvi irsə 

hörmətlə  yanasmalı,  ona  qayğı  göstərməli  tarix  və  mədəniyyət  abidələrini 

qorumalıdır”. 

“Mədəniyyət  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”nda 

“Mədəniyyət  sərvətləri”  haqqında  deyilir:  “Mənəvi  və  estetik  ideallar, 

normalar  və  davranıs  qaydaları,  dillər,  dialektlər,  ləhcələr,  milli  və  etnik 

ənənələr  və  adətlər  tarixi  toponimlər,  folklor,  tətbiqi  xalq  sənətləri, 

mədəniyyət  və  incəsənət  əsərləri,  mədəniyyət  fəaliyyətinin  elmi  tədqiqatının 

nəticələri  və  metodları,  tarixi  və  mədəni  əhəmiyyəti  olan  binalar,  tikililər, 

əşyalar,  tarix  və  mədəniyyət  baxımından  unikal  ərazilər  və  obyektlər 

mədəniyyət sərvətləridir”. 

Biz  azərbaycanlılar  öz  tarixi-mədəni  irsimizlə  çox  fəxr  edirik  və  heç  

şübhəsiz,  bizim  buna  haqqımız  vardır.  Bu  irs  bütün  ölkə  üzrə  Qobustandakı 

mezolit  dövrünün  qayaüstü  rəsmlərindən,  atəşpərəstlərin  Bakı  yaxınlığındakı 

“Atəşgah”     məbədindən, Şirvanşahlar Sarayı və bütövlükdə İçəri Şəhərdən (orta 

əsrlər  Bakısı),  Kiş  kəndindəki  alban  kilsəsindən,  Şəki  qalası  və  Xan  sarayından, 

birinci  neft  yüksəlişi  zamanı  Bakıda  tikilən  gözəl  binalardan  tutmuş  tarixi  irsin 

digər çoxsaylı gözəl və diqqətəlayiq şəhər nümunələrinə, qala və məscidlərə, kilsə, 

məbəd  və  milli  tikililərə  qədər  polietnik  və  çox  mədəniyyətli  keçmişin  bütün 

daşıyıcılarını əhatə edir.  

Mənəviyyat    insanın  daxili  dünyasıdır.  Orada  gözəllik  də  var,  çirkinlik  də, 

mərdlik də var, namərdlik də, şərafət də var, qəbahət də...ikincilərin qarşısını vaxt 

ikən  müdrik  ağıl, sarsılmaz    iradə    və  milli  mentalitet  adı  özünüdərk  çəpərləri  ilə 

elə  sədləməliyik  ki,  onlar  gözəgörünməz  yollarla  qanımıza  hopub  birinciləri 

erroziyaya uğratmasınlar.   

 

 

 




 

Bölmə II:  



Müasirlik və dini-mənəvi dəyərlər 

 

Milli  adət-ənənələrin  öyrənilməsi  və  onların  mənəvi  dəyərlər 

sisteminə  çevrilməsi  həmişə  aktual  olub.  Çünki  tarixin  bütün 

dövrlərində  millətin  və  xalqın  ictimai  şüur  səviyyəsini  əks  etdirən 

adət  və  ənənələr  məkanında  klassikləşib  və  mədəni  irsə  çevrilib. 

Yeni  yaranan  mənəvi  dəyərlər  də  varislik  prinsiplərinə  uyğun 

olaraq  əski  adət  və  ənənələrdən  bəhrələnib.  Lakin  bu,  mənəvi 

dəyərlərin  inkişafina,  yeniləşməsinə  mane  olmayıb.  Sadəcə  olaraq 

adət  və  ənənə  formasında  mənəvi  mədəniyyətin  tarixi  təcrübəsinə 

yeni istiqamətləri yaranıb.   

Sitatlar: 

1.

 

Azərbaycan  xalqı  böyük,  qədim  tarixə  malikdir.  Çoxəsrlik 



tariximizdə  xalqımız  bir  çox  sınaqlardan  çıxmış,  yaşamış,  öz 

mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasını 

zənginləşdirmişdir. 

Ancaq  tarixin  müxtəlif  mərhələlərində 

azərbaycanlılar bəzi mərhumiyyətlərə düçar olmuşlar. Ona görə də 

bütün  dünyaya  səpələnmiş  azərbaycanlıların  birliyi,  həmrəyliyi 

indi həm bizim üçün,  müstəqil  Azərbaycan dövləti üçün, həm də 

dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi 

əhəmiyyət kəsb edir.  

 

 



 

 

 



 

 

 



Heydər Əliyev 

 

 



 

 

 



 

 

 



Ulu öndər 

1.

 



“Biz  Azərbaycanda  demokratiyanın  bütün  tələblərini  tətbiq 

etmişik və edəcəyik. Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, 

Azərbaycanın  milli  mentalitetinə  qarşı  yönəldilmiş  hərəkətlərin 

hamısının  qarşısı  alınacaq  və  qanun  çərçivəsində  lazımi  ölçülər 

götürüləcəkdir.                                        Heydər Əliyev 

 

 



 

 

 



 

 

 



 

Ulu öndər 




10 

 

2.



 

Biz  öz  milli-mənəvi  dəyərlərimizlə  fəxr  etməliyik.  Bizim  milli-

mənəvi 

dəyərlərimiz 



əsrlər  boyu  xalqımızın  həyatında, 

yaşayışında formalaşıbdır,  xalqımızın fəaliyyətində formalaşıbdır. 

Milli-mənəvi  dəyərləri  olmayan  millət  həqiqi  millət,  həqiqi  xalq 

ola bilməz.  

   

 

 



 

 

 



 

Heydər Əliyev 

   

 

 



 

 

 



 

Ulu öndər 

3.

 

Biz  öz  milli  mənəvi  dəyərlərimizlə,  dini  dəyərlərimizlə,  adət 



ənənələrimizlə fəxr edirik. 

Heydər Əliyev 

Ulu öndər 

4.

 



Mənim  üçün  hər  şeydən  əziz  mənim  xalqımdır.  Mənim 

Vətənimdir, mənim torpağımdır. 

Heydər Əliyev 

Ulu öndər 

5.

 

Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-



mənəvi  dəyərlərini  qoruyub  saxlamaq,  eyni  zamanda  onların 

ümumbəşəri 

dəyərlərlə 

sintezindən, 

inteqrasiyasından 

bəhrələnmək  və  hər  bir  insanın  inkişafının  təmin  olunması 

deməkdir. 

Heydər Əliyev 

Ulu öndər 

6.

 



Yüksək mədəniyyətə malik olan xalq, irəli gedəcək, həmişə 

yaşayacaq, həmişə inkişaf edəcəkdir... 

 

 

 



 

Heydər Əliyev 

Ulu öndər 

7.

 



Həyatda  uğurla  yaşamaq  üçün  xalqımızın,    millətimizin  milli-

mənəvi  dəyərlərinə  sadiq  olmaq  lazımdır,  bu  milli-mənəvi 

dəyərləri  ümumbəşəri  dəyərlərlə  birləşdirib  müasir  həyat  tərzi 

keçirmək lazımdır.  

Heydər Əliyev 

Ulu öndər  




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə