215
Şirvana gəldi.
110
1806-c ı ilin mayında Dərbəndi, Qubanı və Bakını
111
tutmaq üçün Qızlar
(Kizlyar) yolu ilə general Qla zenanın başçılığı a ltında 2500 nəfərlik dəstə göndərildi.
1806-c ı il iyunun 21-də rus qoşunları Də rbəndə girdi.
112
Dərbəndin alın masından bir ay sonra general Bu lqakov buraya g əldi. O, əvvəlcə
Qubaya getdi, oradan is ə bakılı Hüseynqulu xanla ittifaq bağladığına görə o va xt
Şey xəli xandan incimiş II M irzə Məhəmməd xanla b irlikdə Bakıya yola düşdü.
113
Bulqakov Bakıya yaxınlaşdıqda ş əhər əhalisinə müraciət göndərərək könüllü
surətdə təslim olmağı və ə min-a manlığı qoru mağı təklif etdi. Hüseynqulu xan ya xın
adamı olan Kazım bəyi qalan ın bayraqları, açarları və duz-çörəklə Bulqakovun
pişvazına göndərdi. Xanın elçilərini Beşbarmaq dağın ın yaxınlığ ında qarşılayan
Bulqakov xanın və Bakı əhalisin in zərər çəkməyəcəyini vəd etdi. Vəd lərinin təsdiqi
üçün Bulqakov ö z oğlunu Bakı ş əhərinə göndərdi. Lakin şəhər əhalisi rusların intiqam
alacağından qorxaraq şəhəri tərk ed ib dağlara qaçdı. Gənc Bu lqakov bir hissəsi qayıdıb
gələn əhalini çətinliklə sakitləşdird i. La kin cəza landırılacağından qorxuya düşən
Hüseynqulu xan ailəsi ilə Qubaya, oradan da İrana qaçdı. Bakı xanlığı ləğv edildi.
Bu hadisələri təsvir edən Ba kıxanov Bakı xanı haqqında yazır: "Cəsarətli, lakin
təbiətən iradəsiz və ürəyi saf bir ə mir olan Hüseynqulu xan ö z təbəəsi ilə İrana qaçdı...
Bulqakov Bakın ı Rusiya dövlətinin ixtiyarına keçirdi..."
114
Çar qoşunları Bakıya girərkən II M irzə Məhəmməd xan Bu lqakovun yanında
idi. Sonra lar, 1809-cu ildə Quba xanlığın ın idarə olun ması ona tapşırılmışdı.
115
Butkov hə min hadisələri təsvir edərək yazır: "1806-c ı il sentyabrın 18-də qraf
Qudoviçin tabeçiliyində xid mətə göndərilmiş in fanteriya generalı Sergey Alekseyeviç
Bulqa koy Də rbənddə qoşunu Qla zenandan qəbul edərək Ba kını tutmaq üçün hərə kət
etdi. Rus qoşunları Qubanı və Bakını heç bir müqavimət görmədən tutmuş və onların
əhalisinə sədaqət andı içdirilmişdir".
116
Deyildiyi kimi, Hüseynqulu xanla birlikdə onun ailəsi və yaxın adamları, o
sıradan Əh məd bəy də İrana qaçmışdı. Onlar Ərdəbil yaxın lığ ındakı Barı kəndində
məskunlaş mışdılar. Bu kəndin bəzi sakinlə rin i indiyədək bakılı adlandırırla r. Çarizmin
Bakın ı tutması xanlığın taleyin i həll etdi. Ayrı-ayrı feodallar arasında qanlı ara
müharibələrinə, ö lkəni v iran qoyan və XVIII əsrdə neft təsərrüfatını tənəzzülə uğradan
yadelli hücumlara son qoyuldu.
1806-c ı ildən Bakı tarixinin yeni dövrü, kapita list münasibətlərinin inkişaf dövrü
başlanır.
216
2. ġƏHƏRĠN ĠQTĠSADĠ HƏYATI
XVIII əsrin birinci yarısının sonlarında Şima li A zərbaycan şəhərləri dərin
iqtisadi böhran içərisində idi. Ölkənin məhsuldar qüvvələri de mək olar ki, q ırxillik
müharibə, feodal araçəkiş mələri, şah hakimiyyəti və yerli feodallar tərəfindən
amansızlıqla yatırd ılan kəndli üsyanları
1
nəticəsində dağılmışdı. Ba kı xanlığın ın
paytaxtı, Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı, Azərbaycanın başqa şəhərləri
kimi təsərrüfat düşkünlüyü keçirirdi. Le rx 1747-ci ildə ikinc i dəfə Ba kıda olarkən şəhər
həyatının tənəzzülə uğradığını qeyd etmişdi.
2
Mənbələrdə bu dövrdə böyük miqdarda neft hasilatın ın və İrandan başqa, digər
ölkələrə neft ixracatın ın üstündən sükutla keçilir.
3
Artıq 1733-cü ildə neft hasilatının
4
kəskin şəkildə aşağı düşməsi qeyd olunurdu. Ehtima l ki, bu, XVIII əsrin birinci
yarısının axırla rınadək davam etmişdir. Daha sonrakı mənbələrdə şəhərin iqtisadi
həyatının müəyyən qədər dirçəldiy i xəbər verilir. Xanlıq hakimiyyəti natural
təsərrüfatın feodal məhdudiyyətinə, texn ikan ın ibtidailiyinə və geriliyinə ba xmayaraq,
Nadir şahın hakimiyyət dövrünə nisbətən mütərəqqi idi.
İqtisadi tənəzzü l, ehtimal ki, XVIII əsrin 70-ci illərinədək davam etmişdir. Bakı
xanlığı 70-ci illərdə ö z ərazisini qonşu xanlıqların ərazisi hesabına genişləndirən Quba
xanlığından vassal asılılığına düşdü.
5
Bu, Bakı xan lığ ının iqtisadiyyatına əlverişli təsir
göstərdi. Belə ki, bununla ona tez-tez basqın edən feodalların hücu mlarına son qoyuldu.
Bundan başqa şəhər həyatının canlanmasına Rusiya ilə XVIII əsrin birinci
yarısının sonunadək xeyli aşağı düşmüş ticarət əlaqələrin in yenidən inkişafı da kö mək
edirdi.
Bir sıra xanlıqların qubalı Fətəli xan kimi dövlət xad iminin başçılığ ı altında
birləşməsi Ba kı şəhərinin də inkişafına əlverişli təsir göstərdi.
1770-c i ildə Rusiya A kademiyasının ü zvü Sa muil Qot lib Qmelin yolüstü Bakıda
olmuş, şəhəri və onun neft mədənlərini mü fəssəl təsvir etmişdir. Bu vaxtlar Abşeronun
qərb hissəsindən başqa şəhərin iki verstliy ində, Qme linin sözlərinə görə yerli sakin lərin
Be l (ehtima l ki, Bayıl - S.A.), rusların isə "şah bazarı" ad landırdıq ları indiki Bay ıl
rayonunda da neft çıxarılırdı.
6
Burada "iki sajın dərin liyində perpendikulyar və dəyirmi
şəkildə qazılmış pərakəndə halda..."
7
yetmişdən ço x neft quyusu var id i. Başqa
quyulardan çıxarılan neftin doldurulduğu neft anbarı da burada idi. O möhürlən mişdi.
Bayıl nefti keyfiyyətcə Abşeron neftindən aşağı idi. Onu ancaq Salyana aparırdılar.
İrana isə yüksək keyfiyyətli neft göndərilirdi. Abşeron neftinə tələbat böyük idi və on
beş funtluq batmanı beş qəpiyə satılırd ı.
8
Ağ neft xüsusi qurğu vasitəsilə - "kubdan
keçirməklə" emal o lunurdu. İkiqat emal zaman ı neft qatılaşır və rəngi dəyişilmirdi.
Dostları ilə paylaş: |