211
cür iddiasını yaddan çıxarsın. Torpaqları Xəzər dənizi ilə gürcü vilayətləri arasında
yerləşən Dərbənd, Bakı xanla rı və digər mə liklər də eyni xəbərdarlıq a ld ıla r.
84
Ehtimal
ki, çar höku məti qoşunların çıxarılmasına baxmayaraq, həmin v ilayətlərə iddialarından
əl çəkməmişdi və şahın hərəkətlərin i diqqətlə izləyird i.
General-leytenant Knorrinq imperatora 11 aprel 1800 -cü il tarixli raportunda
Baba xanın Bakın ı tutmaq niyyətində olduğunu bildirirdi. Belə ki, onun fikrincə, həmin
şəhər Baba xana gö mrük rüsumları, eləcə də, neft və duzdan böyük gəlir gətirirdi. Baba
xan Bakı xanına hücumu üçün fars tacirlərinin Hüseynqulu xanın onların Maştağa
sahillərində batmış rus gəmisindəki mallarını zəbt etməsi barədə ona gəlib çatmış
şikayətlərini bəhanə gətirir. O, Hüseynqulu xan ın öz təbəələri olan qubalıların mallarını
zəbt et məsi barədə Şey xə li xanın şikayətin i də buna əlavə edir.
85
1800-cü il yanvarın 22-də Rusiyanın İrandakı konsulu Skibinevski Bakıya
gələrək, Rusiya imperatorunun böyük məbləğdə pulla rı əllərindən tutulub alın mış rus
tacirlə rin in ra zı salın masını Hüseynqulu xandan tələb et mək haqqında əmrin in icrasına
başladı.
La kin xan, Skibinevskinin d ilə tutmasına ba xmayaraq, inc idilmiş tacirləri ra zı
salmaqdan imtina etdikdə donanma kapitanı Moçakov konsulun tələbi ilə hə min il
fevralın 6-da "Kizlyar" gəmisindən Bakı şəhərini top atəşinə tutdu. Hüseynqulu xan
günahını boynuna alıb tacirləri razı saldı, habelə şəxsən özünün və bir neçə təbəəsinin
veksel üzrə başqa tacirlərə o lan borclarını da ödədi. Bundan əlavə, Hüseynqulu xan
Skibinevskinin tələbi ilə rus tacirlə rin in gələcə kdə də sıxışdırılmasın ın qarşısını almaq
məqsədilə konsulun diktə etdiyi qaydaları da qəbul etdi və yazılı iltiza m verdi.
86
1800-cü il apre lin əvvəlində Hüseynqulu xan ın mə muru Mirzə Had i bəy xanın
mə ktubu ilə Qızlara , Qafqa z cəbhəsinin baş ko mandanı general-leytenant Knorrinqin
yanına gəldi. Məktubda xanın rus tacirlərinin bütün tələblərinə əməl etdiy i və məmur
Mirzə Hadi bəyin onun adından rus tacirləri ilə rəftarına görə hökmdardan üzrxahlıq və
onu həmişəlik ola raq ali himayəsinə götürməy i xahiş et mək üçün göndərdiyi xəbər
verilirdi.
87
Xanın xahişinə cavab almaq üçün Mirzə Hadi bəyə Həştərxanda qaldıqdan
sonra Peterburqa yola düşmüş və burada, sarayda qəbul olunmuşdur. O, 1801-ci il
avqustun 28-də v itse-kansler knya z Kurakindən Hüseynqulu xanın adına - Ba kı xan ına
həmin tarixli "ali fə rman"a əlavə edilmiş cavab mə ktubu aldı.
88
Bu reskriptdə Pavelin
ölümündən sonra 1801-ci il martın 1-də taxta çıxmış I Aleksandr xana qonşu xanlarla
yola getməyi, sülh iç rə yaşamağı və onlarla ittifaq bağla mağ ı ə mr edirdi.
89
İmperator Aleksandrı taxta çıxması münasibətilə təbrik etmək və digər
məsələ lər üçün bir sıra xanlıqla rın, o cü mlədən dərbəndli Şey xə li xanın və bakılı
Hüseynqulu xan ın elçiləri Peterburqa gəldi.
90
I Aleksandrın Azərbaycan xanlıqları, o cümlədən Bakı xanlığı barəsində siyasi
xətti onun 1801-c i il sentyabrın 12-də genera l-leytenant Knorrinqə verdiyi reskriptdə
əksini tap mışdır. Orada deyilirdi: "Ətraf məliklər və xalqlarla əlaqə saxlayarkən Rusiya
tərəfdarla rın ın sayının a rt masına, xüsusilə ü zərində Baba xanın hakimiyyətinin hələ lik
möhkəmlən məd iyi və ona görə də indiki şəraitdə öz təhlü kəsizliyi üçün, əlbəttə,
Rusiyaya daha çox mey l göstərəcək İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və d igər xanları
212
öz tərəfinizə cəlb etməyə çalışın. Onlardan torpaqları Arazın sol sahilində yerləşən və
Kür çay ınadək u zananlarla, xüsusilə çayın mənsəbinə və Xəzər dənizində ən yaxşı
limana sahib olan Bakı xan ı ilə əlaqə vasitəsilə Həştərxandan Gürcüstandakı
qoşunlarımıza Qafqaz dağları ilə deyil, dənizlə sursat daşınması yolları əldə edilməsinə
çalış maq lazımd ır".
91
Konsul Skib inevski xan ların hərəkətlərin i izləy ir və xan lıq ların əhalisinin
Rusiyaya meyl göstərdiyini çar höku mətinə xəbər verird i. Konsulun general-leytenant
Knoninqə 1802-ci il fevralın 26-da Ba kıdan göndərdiyi raportda deyilird i ki, xan ların
ara müharibələri nəticəsində müflisləşən və nə xanın, nə də kəndxudaların şəxsində
fərli-başlı rəislə ri olmayan qubalıla r və dərbəndlilər Rusiyanın himayəsində olan
Gü rcüstanın taleyinə həsəd aparırlarsa, ticarət və əkinçilik sayəsində varlı olan bakılılar
və şama xılılar xan hakimiyyətindən razıdırlar və Rusiyanın tabeçiliy ində olmaq
istəmirlər. Ruhanilə r onlara xristianlarda himayə a xtarmağın günah olduğunu təlqin
edir, kənd xudalar isə şayiə yayırdılar ki, rus qoşunları ş əhəri tutarsa, onların
arvadların ın "is mətinə to xunacaqdır", bundan əlavə, onlar Rusiya hakimiyyətinə n ifrət
aşılayırd ılar. Bakılılar Şamaxı xan ının güclən məsindən qorxsalar da, Bakı xanı
Hüseynqulu xan və kənd xudalar onunla ittifaqı hər vəchlə qoruyub saxlamağa cəhd
göstərirdilər.
92
I Ale ksandr knyaz Sisianovu Qafqa za baş ko mandan t əyin etdi. O, 1803-cü ilin
fevralında Gürcüstana gəldi.
93
Sisianovun Qafqaza təyin edilməsi ilə İrana qarşı
müharibəyə hazırlıq başladı. Bu zaman Azərbaycan xanları arasında hakimiyyət
uğrunda mübarizə davam edirdi. Bakı xanı Hüseynqulu xan Abşerondakı Maştağa
kəndinə sığın mış II M irzə Məhəmməd xan la vuruşmaya ara vermirdi.
1803-cü ildə Hüseynqulu xan şirvanlı Mustafa xanın kö məyi ilə Maştağa
qalasını ələ keçirdi. Qubaya çəkilən II M irzə Məhəmməd xan öz keçmiş mülkünü geri
qaytarmaq üçün vasitə axtarmağa başladı.
94
Çar höku məti I Ale ksandrın ta xta çıxması
ilə A zərbaycanın bir sıra ş əhərlərin i, ilk növbədə, Ba kını tutmaq üçün fəal surətdə
hazırlaş mağa başladı. Buna Hüseynqulu xanın təbəələrin in rus və Dağ ıstan tacirlərin in
fırtınanın Bakı xanın ın torpaqlarında sahilə atdığı gəmilərdəki mallarını qarət etmələri
bəhanə oldu. Bu məsələ ba rəsində həmin tacirlə rə vurulan zə rərin ödənilməsini tə ləb
edən general-leytenant Knorrinq və konsul Skib mevskinin Hüseynqulu xanla yazışması
bir neçə il çəkd i.
95
Çar höku məti Bakı şəhərin i və başqa Azərbaycan şəhərlərin i dinc yolla, hərbi
əməliyyatlara əl atmadan tutmağa çalışırd ı.
Sisianovun Skib inevskiyə göndərdiyi 15 yanvar 1803-cü il tarixli sərənca mında
deyilirdi: "Siz Bakı limanın ın Rusiya ticarət gəmiçiliy i üçün nə qədər lazım olduğunu
bilirsin iz, indi o, b izə şəhərin özündən daha əhəmiyyətlid ir. Lakin şəhərin və liman ın
təbii mövqeyinə görə bizim qoşunlarımız əlverişli fürsət düşən kimi gec-tez Bakını
hökmən tutmalıd ır. Siz Bakı xanın ın necə miskin vəziyyətdə olduğunu, onun iki güclü
tərəfdən - Mustafa və Şeyxə li xan tərəfindən sıxışdırıldığ ını daha ya xşı b ilirsin iz. Buna
görə də mü xtəlif vasitələrlə onu Rusiyadan başqa heç yerdən ona kömək və
himayədarlıq göstərilməyəcəyinə, Şey xə li xanın Mustafanı, bəlkə də onun özünü -
Dostları ilə paylaş: |