[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə8/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   4   5   6   7   8   9   10   11   ...   143

18 
 
yerləri o lduğunu göstərir. 
1963-cü  ildə  Abşeron  yarımadasının   şərq  hissəsində  Mərdəkan  və  Şüvəlan 
qəsəbələri zonasında aparılan  arxeolo ji qa zıntılar za man ı bir sıra  qədim ab idələr aşkar 
edilmişdir.  Bəndüstü  deyilən  yerdə  keç miş  karxanaların  ya xınlığında  kiç ik  qum 
təpəsində (sahəsi 65x70 m) mü xtəlif ölçülü və p lanlı (dördkünc və dairəvi) daş bina və 
tikililər üzə  ç ıxa rılmışdır. Daş lövhələr üzə rində b ir sıra qaya rəsmi aşka r o lunmuşdur. 
Binaların  divarlarının  hörüldüyü  daşlar  üzərində  həkk  edilmiş  insan  təsvirləri  böyük 
maraq doğurur. Kişi və qadınlar çılpaq halda, ibadət vəziyyətində təsvir olun muşlar. 
Tikililə rdən birinin, ehtimal  ki,  məbədin divarlarında da mü xtə lif təsvirlər var. 
Onlar Qobustandakı qaya təsvirlərinə o xşayır. Təpədə çoxlu ocaq yeri, xeyli kü l, tonqal 
izlə ri, qara, boz və qırmızı rəngli sa xsı qab qırıqla rı tapılmışdır.  Bu əra zidə aparılmış 
arxeolo ji qazıntılar  zaman ı bir sıra əşyalar - daş həvəngdəstələr, çaxmaqdaşından ox 
ucluqları, gil  iplikbənd, dəvəgözü daşından nukleuslar, dəmir  xəncər və b ıçaq, habelə 
çoxlu mü xtəlif heyvan - at, eşşək, ökü z, inək, qoyun, keçi, it, ceyran, canavar, dovşan, 
tısbağa, suiti və i.a. sümü kləri aşkar olun muşdur. Göstərilən materiallar bu ərazinin e.ə. 
II  minilliy in sonundan I  min illiyin  yarısınadək olan  dövrə aid yaşayış yeri olduğuna 
dəlalət  edir.
23
  Ev  heyvanları  sümüklərinin  tapılması  Abşeronda  qədimdə  maldar 
qəbiləsinin  yaşadığını  göstərir.  Bu rada,  hə mç inin,  əkinçilik,  ovçuluq,  balıqçılıq, 
toxuculuq, dulus çuluq və bənnalıqla, incəsənətlə məşğul olan qəbilə lər yaşamışdır.
24
 
Tapıntılar  arasında  dəvəgözü  daşının  olması  Abşeronda  yaşayan  qəbilələrin 
Cənubi Qafqazın başqa qəbilələri ilə ə laqələrindən xəbər verir. 
Göstərilən təpədən bir kilo metr aralı, Ağdaş düzü deyilən yerdə iki  məntəqədə 
aparılan qa zıntı  za man ı digər qədim abidə - dördkünc şəkilli qədim b ir b inanın divar 
qalıqla rı və bünövrəsi, onun yaxınlığında dairəvi forma lı b ir tikili aşkara  çıxarılmışdır. 
Divarların u zunluğu 110 metrdən ço xdur. İri d ivar daşlarında at, it , dağ keç isi, ö küz və 
başqa  heyvanların,  quşların,  habelə  ov  səhnələrin in  və  insanların  təsvirləri  həkk 
olunmuşdur.  Mərdəkan  qəsəbəsinin  digər  yerlərində  də  qaya  təsvirləri  aşkar 
olunmuşdur.  Yaxın lıqda avadanlıqla b irlikdə  13 qəbir tapılmışdır ki, onların da ço xu  
qarət edilmişdir. Lakin hə min qəbirlərdə (xüsusilə qarət  olun ma mışlarda) qara, boz və 
qırmızı saxsı qablar, dəmir q ılınc,  xəncər, nizə ucluğu, bıçaq,  zəngin heyvani naxışlı 
tunc kə mər, bilərzik, üzü k,  zınqrov, iynə,  mü xtə lif  muncuqlar və  digər əşyalar aşkar 
edil-mişdir.  İki  qəbirdə   tısbağa  qını  və  sümüklə ri  tapılmışdır.
25
  Tısbağa  qını  və 
sümükləri həmin dövrə aid Mingəçevir qəbirlərində də aşkar o lunmuşdur.
26
 Qəbirlə rdə 
tısbağa  qını  və  qalıqlarının   olması,  ehtimal  ki,  burada  yaşamış  qəbilələrin   dəfn 
mə rasimi ilə bağlıdır. Tısbağa qədim Çində əbədiyyət rəmzi o lmuşdur. Qədim türklərin 
qəbir əşyaları sırasında da tısbağa vardır. Şima li Monqolustanda türk xaqanı Gülte kin in 
731-c i  ildə  impe rator  Syuantszunun  göndərdiyi  çinli  ustaların  t ikd iyi  yaraşıq lı 
abidəsində  də  kürəyinə   üzə rində  runa  yazısı  olan   stela  bərkid ilmiş  nəhəng  mə rmər 
tısbağa  (onun uzunluğu  2,25  metrdir)  aşkar  edilmişdir.
27
  Qədim  türklərin  çinlilərdən 
götürdükləri  bu  adət  onlardan  da  Azərbaycana  keçmişdir.  I  əsrə  aid   deformasiyaya 
uğramış  kəlləli  bəzi  Mingəçevir  katako mba  qəbirlərin in  əşyaları  arasında  tısbağa 
qınları da vardır
28
 ki, bu da bir sıra katako mbala rın qədim türk abidələrinə aid olduğunu 


19 
 
göstərir. 1935-ci  ildə  Y.N.Qu mmel  Xanlardan cənub-qərbdə, Gəncəçay hövzəsindəki 
7№-li  kurqanda qazıntı aparmışdır. Altı qədim qəbirdən təkcə III  məqbərə
29
 qarətçilər 
tərəfindən talan edilmə mişdi. Nisbətən iri olan qəbir ça lasında ağ gildən düzəldilmiş 10 
sm qalın lığında xüsusi döşənəkdə uzadılmış 2 adam və 1 tısbağa dəfn edilmişdi; tısbağa 
qəbirin qərb küncündə arxası üstə idi.
30
 Görünür, t ısbağa müqəddəs heyvan sayılmış və 
onu öldürmək qadağan olunmuşdur. Bu günə qədər də tısbağanı öldürmürlər, bu, günah 
hesab  edilir.  Azərbaycandakı  qədim  qəbirlə rdə,  katako mba larda,  kurqan  qəbirlərində 
mə za rın  küncündə tısbağa qınına rast gəlin ir. Ehtima l ki, St rabonun I əsrin hüdudunda 
qeyd etdiyi 26 yerli A lbaniya tayfası arasında qədim türk tayfaları da  olmuşdur. Bunu 
göstərilən arxeolo ji məlu matlar da təsdiq edir. 
1963-cü  il  mart  ay ında  Binəqədi  kəndindəki  neft  quyularından  birində  cavan 
qadın  skeletinin  qa lıq ları  və  zəngin  avadanlığı  o lan  qədim  qəbir  aşkar  o lunmuşdur. 
Skeletin  barmağında  tunc  üzük,  döş  qəfəsində  tunc  sancaq,  qolunda  muncuqla 
bəzədilmiş bilərzik tapılmışdır.  Qəbirdə 200-dən çox  mü xtə lif ölçü lü  muncuq var idi. 
Burada cila lan mış qara gil qab qırıqları və kobud əl işi olan kasalar da aşkar edilmişdir. 
Göstərilən qəbir Tunc dövrünün sonuna aid edilir.
31
 
1941-c i  ilin  avqustunda  Abşeron  yarımadasını  Pirallahı  adası  ilə  b irləşdirən 
dambanın  tikilməsi  ilə  əlaqədar  torpaq  işləri  görülərkən  bir  sıra  arxeolo ji  obyektlər 
aşkara çıxmışdır. Həmin obyektlər dənizin sahilində, yerli əhalin in " Gürgan" , yaxud 
"Əfşaran"  adlandırdığı  qədim  yaşayış  yerinin   xarabalıqları  ilə  Abşeron  mayakı 
arasındadır. Orada, Abşeron mayakının yaxınlığında ço xlu daş qutu tipli qəbirlər o lan 
mə za rlıq aşkar edilmişdir. Qəbirlə rdən boz və qırmızı gil qabla r, muncuqlar, ço xlu qab 
qırıqları, yu xarıda bəhs etdiyimiz ü zərində kontur xətlərlə qayakeçisi rəsmləri qazılmış 
daş  lövhə,  "skif  (iskit)  tipli"  tunc  ox  ucluğu,  dəvəgözü  daşı  parçası,  çürümüş  lülə 
sümüyü  qalıqları  tapılmışdır.  Boz  gildən  hazırlan ıb  yaxşı  bişirilmiş  küpələrdən  biri 
formaca  e.ə.  III  min illik-I  min illiyin  birinci  yarısına  aid  edilən  Xocalı-Gədəbəy 
arxeolo ji 
mədəniyyəti 
abidələ ri 
arasında  rast  gəlinən  qablara  o xşayır.
32
 
İ.M.Cəfərzadənin  fikrincə,  göstərilən  arxeolo ji  materiallarda  e.ə.  VII-VI  əsrlərə  aid 
əşyalar üstünlük təşkil edir. Bütün bu materiallar (qəbirlər və s.) Abşeronda eramızdan 
bir neçə min il əvvəl Qobustandan başlayaraq Xəzər dənizinin sahilləri boyunca şimala  
tərəf  uzan ıb  gedən  qədim  yaşayış  yerlərin in  olduğunu  ş əksiz  sübut  edir.  Abşeronun 
qədim  əhalisi  haqqında  digər  tapıntılar  da  vardır.  Əmircan  kəndində  həyətdə  yer 
qazılarkən tapılmış terrakotadan hazırlan mış sın mış heykəlciy in b ir hissəsi (hündürlüyü 
4,5  s m,  en i  2,5  s m)  xüsusi  ma raq  doğurur.  Heykəlcik  başı  başlığa  bənzər  bir  şeylə 
örtülmüş kişi büstünün təsvirindən ibarətdir. Çiyin in yaxınlığında əlləri və kürəyi, sanki 
iki  dəfə  qalın  kəndirlə  sarın mışdır.  Almacıq  sümükləri  ç ıxmış  yaşlı  kişin in  uzun 
saqqallı  və  b ığlı,  geniş  alınlı,  yoğun  burunlu,  qalın  dodaqlı,  qaşüstü  qövsləri  aydın 
                                                                 
 
Gürgan - Girkaniya adını  xatırladır: "Girkan dənizi" və Abşeron yarımadasının digər 
toponimika faktlarını müqayisə edin. 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə