0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə49/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   45   46   47   48   49   50   51   52   ...   79

125 
 
 
 
 
Radiorabitənin prinsipləri. Hersin apardığı təcrübələr dünya alimlərini elektro-
maqnit dalğalarının radioteleqraf və  radiotelefon  rabitəsinin həyata keçirilməsinin 
tədqiqinə sövq etdi. 
Radiorabitə vasitəsilə məlumatın Morze əlifbasının hərfləri ilə ötürülməsini ilk dəfə 
rus alimi Aleksandr Stepanoviç Popov (1859–1905) 7 may 1895-ci il tarixində nümayiş 
etdirir (bu tarix Rusiyada indi də “Radio günü” kimi qeyd edilir). 1896-cı ildə isə italyan 
alimi Qulyelmo Markoni (1874–1937) özünün hazırladığı verici qurğudan radiodalğa-
larla  Morze  əlifbasının  bir  neçə  hərfini  3  km 
məsafədə yerləşdirilən aparatla qəbulunu nüma-
yiş  etdirir.  O,  1901-ci  ildə  radiodalğaların  Yer 
atmosferinin  ionosfer  qatından  qayıtmaqla 
İngiltərədən verilən məlumatın Atlantik okeanı-
nın diametral əks tərəfinə – ABŞ-dakı qəbuledici 
aparata çatdırılmasını reallaşdırır 
(b)
.  
 Radiorabitə –  informasiyaların (səs və təsvir) elektromaqnit dalğaları vasitə-
silə verilməsi və qəbul olunmasıdır
Radiorabitədə elektromaqnit dalğalarının iki diapazonundan istifadə olunur:  
1) aşağıtezlikli dalğalar – fəzada pis yayılır, lakin informasiya daşıyır;  2) yüksəktezlikli 
dalğalar – fəzada çox böyük məsafələrə yayıla bilir, lakin informasiya daşımır. 
Radiorabitənin əsasını verici stansiya və qəbuledici stansiya təşkil edir. 
Vericidə üç əsas proses baş verir:  1) yüksəktezlikli rəqslərin generasiyası; 2) 
yüksəktezlikli rəqslərin zəruri gücə qədər gücləndirilməsi; 3) yüksəktezlikli rəqslərin 
parametrlərindən birinin (amplitudunun, tezliyinin və ya fazasının) ötürülən 
informasiyaya uyğun dəyişdirilməsi
Verici stansiyanın sadələşdirilmiş sxeminə əsasən o, tranzistorlu (T) generatordan, rəqs 
konturundan, mikrofon (M) dövrəsindən və verici antendən (V) ibarətdir 
(c)
. Generator 
sönməyən yüksəktezlikli elektromaqnit rəqsləri yaradır (bax:
 c, 1
). Sonra həmin rəqslər 
mikrofondan daxil olan səs tezlikli elektromaqnit rəqsləri 
(2) 
ilə modullaşdırılır 
(3)
.   
Təchizat:
 
santimetrlik  dalğalar  vibratoru,  qəbuledici  rezonator,  metal  lövhə  (fizika 
kabinetinin “Elektromaqnit dalğaları” nümayiş dəstindən), rəqəmsal voltmetr. 
İşin gedişi.  1. Vibratoru dəyişən cərəyan şəbəkəsinə, rezonatoru isə voltmetrə birləşdirin. 
Cihazları bir-birindən aralı yerləşdirin və ruporlarını üfüqlə müəyyən bucaq altında yuxarı 
qaldırın. 2. Vibratoru işə salın və baş verən hadisəni izləyin. 3. Metal lövhəni yuxarı qal-
dırılmış ruporlar arasında müəyyən məsafədə üfüqi olaraq tədricən sağa-sola hərəkət et-
dirməklə baş verən hadisəni müşahidə edin 
(a)

Nəticənin müzakirəsi:  
  Voltmetr  hansı  halda  rezonator  dövrəsində 
gərginliyin yarandığını aşkar etdi? 
  Təcrübə  nəticəsində  hansı  fiziki  hadisəni 
müşahidə  etdiniz?  Təcrübənin  sxemini  iş 
vərəqinə çəkin. 
(a)
ARAŞDIRMA 
 
1
 
Hansı fiziki hadisəni müşahidə etdiniz? 
(b) 
İonosfer 
  LAYİHƏ


126 
 
 Modullaşma – yüksəktezlikli elektromaqnit dalğalarının amplitudunun (tezliyi-
nin və ya fazasının) alçaqtezlikli səs dalğalarının amplituduna (tezliyinə  və ya 
fazasına) uyğun olaraq dəyişdirilməsidir.  
Dalğaların amplitud modullaşmasını icra etmək üçün verici stansiya dövrəsinə 
qoşulan transformatorun I dolağı mikrofon dövrəsinə, II dolağı isə tranzistorlu gene-
rator dövrəsinin cərəyan mənbəyinə qoşulur. Nəticədə stansiyanın rəqs konturundakı 
yüksəktezlikli elektromaqnit rəqsləri səs tezlikli siqnallarla modullaşdırılır. Alınan 
modullaşmış rəqslər verici anten vasitəsilə fəzaya şüalandırılır (bax: 
c, 3
). 
Qəbuledici stansiyanın sadələşdirilmiş sxeminə əsasən onun əsas hissələri qəbul-
edici anten (Q), dəyişən tutumlu kondensatoru (
?????? ) olan rəqs konturu, yarımkeçirici 
diod – detektor (D), elektrik siqnalını hamarlayıcı kondensator (
?????? ) və telefondan 
(yaxud səsgücləndirən) (U) ibarətdir 
(d)
. Antenin qəbul etdiyi elektromaqnit dalğa-
ları onun rəqs konturunda induksiya dəyişən cərəyanı yaradır. Konturdakı konden-
satorun  tutumunu  dəyişməklə  onun  məxsusi  tezliyi  qəbul  olunmuş  elektromaqnit 
dalğalarının tezliyi ilə bərabərləşdirilir. Bu zaman konturda yaranan cərəyanın rəqs-
lərinin amplitudu kəskin artır – rezonans hadisəsi baş verir. Nəticədə lazımi siqnal 
digər siqnallardan seçilərək gələn dalğaları qəbul etməyə köklənir. Daha sonra qəbul 
edilən yüksəktezlikli modullaşmış rəqslərin  alçaqtezlikli rəqslərə çevrilnəsi prosesi 
– demodulyasiya (və ya detektəetmə) həyata keçirilir. 
Demodulyasiya detektor (yarımkeçirici diod) vasitəsilə reallaşdırılır. Birtərəfli ke-
çidə malik detektordan keçən cərəyan döyünən cərəyan (bax: 
d, 4
) olur. Bu cərəyan 
??????   kondensatoru  (süzgəc)  vasitəsilə  hamarlanır.  Hamarlanan  elektrik  siqnalı  tele-
fonun (radionun) səsgücləndirəndə eşidilə bilən səs tezlikli rəqslərə çevrilir (
5
). 
 
 
 
Radiolokasiya. Araşdırma 1-də müəyyən etdiniz ki, elektromaqnit dalğaları me-
tal (keçirici) lövhədən qayıdır. Radiolokasiyanın fiziki əsasını da məhz elektromaq-
nit dalğalarının bu xassəsi təşkil edir. 
 Radiolokasiya – radiodalğaların köməyi ilə müxtəlif obyektləri aşkar etməkdir. 

 Radiodalğalar vasitəsilə obyektə  qədərki məsafənin müəyyən olunmasına 
xidmət edən qurğu radiolokator (və ya radar) adlanır.  
(c)
 
I
II
1
 
2
 
3
i
 
0
 
t
M
C
1
V
T
 
i
0
t
t
i
 
0
 
(d)
4
5
t
 
0
i
i
0
t
 
Q
D
C
2
C
3
R
U
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə