0f11aztitul(1-7)


Dalğaların interferensiyası



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə52/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

133 
 
Dalğaların interferensiyası. Araşdırmada dalğa generatorunun harmonik və eyni 
tezlikli rəqsə gətirdiyi kürəciklərin su səthində yaratdığı koherent dalğaları müşa-
hidə etdiniz. 
 Koherent dalğa – müxtəlif mənbələrdən yayılan, dalğa uzunluqları (tezlikləri) 
eyni olan və fazalar fərqi zamandan asılı olmayaraq sabit qalan dalğalara deyilir.   
Koherent dalğalar görüşdükdə onların mənbədən görüş nöqtəsinə qədər keçdik-
ləri yollar fərqindən asılı olaraq yekun rəqslər ya güclənir, ya da zəifləyir – dalğa-
ların interferensiyası baş verir. 
 Dalğaların interferensiyası (lat. “inter” – qarşılıqlı, “ferio” – vuraram) – ko-
herent dalğaların toplanması nəticəsində yekun rəqslərin amplitudunun güclənməsi 
və zəifləməsidir. 
Toplanan dalğaların bir-birini gücləndirməsi və ya söndürməsi interferensiyanın 
maksimum və minimum şərti ilə müəyyən olunur. 
İnterferensiyanın maksimumluq şərti. İnterferensiya maksimumu suyun (fəzanın) 
elə  nöqtələrində  müşahidə  olunur  ki,  həmin  nöqtələrdə  toplanan  dalğaların  maksi-
mumları biri digərinin üzərinə düşür. O, dalğaların toplanma nöqtələrinə qədərki yollar 
fərqindən asılıdır. 
 Toplanan dalğaların yollar fərqi sıfır və ya cüt sayda yarımdalğa uzunluğuna 
(fazalar fərqi sıfırdır və ya cüt sayda π-dir) bərabər olan nöqtələrdə interferensiya 
maksimumu alınır 
(d)

∆?????? =

2
∙ 2??????.                                   (1) 
Burada 
∆?????? = ?????? − ??????  – koherent dalğaların toplanma nöqtələrinə qədərki yollar fərqi, 
?????? – maksimumun tərtibi olub 
?????? = 0, 1, 2, …
 tam ədədlərdir. 
Koherent dalğaların fazalar fərqi ilə yollar fərqi arasında belə bir əlaqə vardır: 
∆?????? =
2??????

∙ ∆??????.                                (2) 
(2)-də (1) ifadəsini nəzərə alsaq, interferensiya maksimumunu fazalar fərqi üçün belə 
yazmaq olar:  
∆?????? = ?????? ∙ 2??????.                                   (3) 
Bu halda əgər dalğaların amplitudları 
eynidirsə,  onların  toplanması  nəticə-
sində yekun rəqsin amplitudu toplanan 
rəqslərin amplitudları cəminə bərabər 
olur 
(e)

??????
= ??????
?????? = 2??????.                     (4) 
İnterferensiyanın minimumluq 
şərti.  İnterferensiya  minimumu  fəzanın 
elə nöqtələrində müşahidə olunur ki, top-
lanan dalğalar həmin nöqtələrə əks faza-
larda gəlir.  Belə halda bir dalğanın mak-
simumu digərinin minimumu üzərinə dü-
şür. Nəticədə bu dalğalar bir-birini zəif-
lədir. 
(d)
 
(e)
 
(f)
 
(g)
 
  LAYİHƏ


134 
 
 Toplanan dalğaların yollar fərqi tək sayda yarımdalğa uzunluğuna (fazalar fərqi 
tək sayda 
??????-yə bərabərdir) bərabər olan nöqtələrdə interferensiya minimumu alınır 
(f)

∆?????? =

2
∙ (2??????
1);                          (5) 
∆?????? = ?????? ∙ (2??????
1).                         (6) 
Bu halda əgər dalğaların amplitudları eynidirsə, onların toplanması nəticəsində yekun 
rəqsin amplitudu sıfıra bərabər olana qədər zəifləyəcək 
(g)

??????
= ??????
(−??????) = 0.               (7). 
İşığın interferensiyası. İnterferensiya bütün növ dalğalar, o cümlədən işıq dalğa-
ları üçün xarakterik olan ümumi xassədir. Belə ki, fəzada iki işıq dəstəsi toplandıqda 
onlar bir-birini gücləndirə və ya zəiflədə bilər, hətta belə də ola bilər: 
işıq
 
+
 
işıq
 
=
 
zülmət.
 İşığın interferensiyası – koherent işıq dalğalarının toplanması nəticəsində fəza-
nın müəyyən nöqtələrində  işıq rəqslərinin güclənməsi, digər nöqtələrində isə 
zəifləməsi hadisəsidir.  
Koherent işıq dalğalarının alınma üsulu uzun illər məlum olmadığından işığın da 
interferensiya  edə  bilmək  xassəsini  uzun  illər  sübut  etmək 
mümkün olmamışdır. Yalnız XIX əsrin əvvəllərində Tomas 
Yunq sadə qurğu vasitəsilə təcrübi olaraq işığın interferensi-
yasını müşahidə edə bildi 
(h)
.  
Qurğuda işığın interferensiyası belə alınır: Günəş şüaları 
qeyri-şəffaf 1 ekranını işıqlandırır. İşıq dar S dəliyindən ke-
çərək 2 ekranına düşür. Bu ekrandakı dar 
??????  ??????ə ??????  dəliklərin-
dən artıq iki koherent işıq dalğası çıxır. Həmin dalğalar bir-
birinin üzərinə toplanmaqla 3 ekranında işığın interferensiya 
zolaqlarını əmələ gətirir. Ekranın mərkəzi hissəsində bir-biri-
ni  əvəz  edən  rəngli  və  qaranlıq  zolaqlar  müşahidə  olunur. 
Mərkəzdən uzaqlaşdıqca bu zolaqlar zəifləyir. Yunq bu təc-
rübədə interferensiyanın maksimumluq şərtindən istifadə et-
məklə (1) düsturuna əsasən işığın interferensiya zolaqlarında-
kı  müxtəlifrəngli  şüaların  dalğa  uzunluğunu  ölçə  bilmişdir. 
Qəribə də olsa, işığın interferensiyasına aid ilk təcrübəni onun 
dalğa təbiətli olduğunu qətiyyətlə inkar edən İ.Nyuton apar-
mışdır. O, müstəvi-qabarıq linzanı qabarıq tərəfi aşağı olmaq-
la  şüşə  lövhə  üzərində  yerləşdirir  və  onu  yuxarıdan  işıq-
landırır (
i, 1
). Nyuton linzaya yuxarıdan baxdıqda bir-birini 
əvəz edən işıqlı və qaranlıq konsentrik dairələr müşahidə edir 
(
i, 2
). Lakin nə Nyuton, nə də bu maraqlı təcrübəni 100 ildən 
çox icra etmiş digər alimlər “Nyuton halqaları” adlandırılan 
işığın bu sirrini izah edə bilmədilər.
 
 
Yalnız 1802-ci ilə T.Yunq “Nyuton halqaları”nın sirrini belə 
izah etdi: Linzanın müstəvi səthinə düşən işıq şüası qismən 
onun alt sferik səthindən qayıdır (1 şüası), qismən isə linzanın 
yerləşdiyi şüşə lövhənin səthindən qayıdır (2 şüası;bax: 
i, 3
). 
İşıq  şüasının  belə  çoxsaylı  qayıtmasından  iki  koherent  şüa 
S
 
S
2
 
S
1
2
 
1
 
3
 
1
 
(h)
 
(i)
 
2
 
3
 
2
1
 
Günəş şüaları
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə