8
•
ELEKTROMAQNİT
SAHƏSİ
I fəsil
Güclü elektromaqnit sahəsi insan orqanizminə mənfi təsir göstərir –
mərkəzi əsəb sistemi zədələnir, beyin xərçəngi yaranır, qanda he-
moqlobinin miqdarı azalır, yaddaş pozğunluğu və diqqətsizlik artır.
Elektromaqnit sahəsi nədir?
O necə müəyyən edilə bilər?
Ətrafımızda güclü elektromaqnit sahəsi yaradan mən-
bələr hansılardır? Onların təsirindən necə qorunmaq
olar?
Elektromaqnit sahəsinin insan orqanizminə hansı faydalı
təsirlərini bilirsiniz?
_______________________________________________
2004-cü il yanvarın 1-dən Şanxay (Çin) Beynəlxalq Hava Limanını
metro stansiyası ilə birləşdirən maqnit yastıqlardan ibarət dəmir yolu
xətti istifadəyə verildi.
Qatarlar “Şanxay MaqLev” adlanan 30 km uzunluqlu bu xətt üzrə
431
sürətlə hərəkət edərək məsafəni cəmi 7,5 dəqiqəyə başa
vurur.
“
MaqLev”in tikintisi çox baha (hər 1 km uzunluq
43 mil-
yon ABŞ dollarına başa gəlmişdir) və çox mürəkkəb
sistemdən ibarət olmasına baxmayaraq onun iş prinsipi
çox sadə fiziki hadisəyə əsaslanır. O hansı hadisədir?
_______________________________________________
Alimlər milyonlarla dərəcə temperatura malik plazmanı saxla-
ya bilən qeyri-adi “qazan” hazırlamaqla Yerdə süni Günəş al-
mağa çalışırlar. TOKAMAK adlanan bu “qazan”ın
qeyri-adiliyi
ondadır ki, qaynar plazma onun divarlarına toxunmur.
Buna necə nail olunur?
LAYİHƏ
9
ELEKTROMAQNİT
SAHƏSİ
SABİT
MAQNİT
SAHƏSİ
SABİT
ELEKTRİK
SAHƏSİ
Sınaq yükünə təsiri ilə
– elektrik
qüvvəsi
Hərəkətdə
olan yüklü
zərrəciyə təsiri ilə –
maqnit qüvvəsi
Elektrik
sahəsinin
potensialı:
?????? =
??????
??????
Maqnit
sahəsinin
induksiya
seli:
Ф = ????????????????????????????????????
və ya
Ф = ????????????
aşkar edilir
enerji
xarakteristikası
enerji
xarakteristikası
Hərəkətdə olan yüklü
zərrəciklərə təsiri ilə –
Lorens qüvvəsi
aşkar edilir
Elektrik və maqnit
qüvvələrinin cəmi:
??????⃗ = ??????⃗ + ??????⃗
?????? = ???????????? + ??????????????????????????????????????????
ifadə olunur
asılıdır
Sınaq yükündən və
sahənin
intensivliyindən:
??????⃗ = ????????????⃗
aşkar edilir
Sınaq yükündən, onun
sürətindən
və sahənin
induksiyasından:
?????? = ??????????????????????????????????????????
asılıdır
İnduksiya EHQ:
?????? = −
∆Ф
∆??????
Elektromaqnit
induksiyası
dəyişməsi
toplamaq olur
Kondensator
Elektrik tutumu
asılıdır
xarakteristikası
?????? =
???????????? ??????
??????
xarakteristikası
zamana
görə
dəyişməsi
qoşulan elektrik
dövrəsində
sahənin
enerjisi
?????? =
??????
2??????
=
????????????
2
=
?????? ??????
2
?????? =
Ф
2??????
=
????????????
2
=
Ф??????
2
sarğac qoşulan
elektrik dövrəsində
sahənin enerjisi
mənbəyi
Elektrik
yükü
(
?????? )
Cərəyan
elementi
(
????????????)
mənbəyi
Fəslin “Anlayışlar xəritəsi”
LAYİHƏ
10
1.1. ELEKTRİK YÜKÜ. ELEKTROMAQNİT SAHƏSİ
Cisimləri bir-birinə sürtdükə onların səthlərində
elektrik
yükləri yaranır. Bu halda deyilir ki, cisimlər
elektriklənir –
o
na
elektrik yükü verilmişdir və ya o,
elektrik yükü itirmişdir.
Elektriklənmiş cisimlər arasında
elektrik qarşılıqlı təsiri onların yüklərinin işarəsindən
asılı olaraq ya itələmə, ya da cazibə xarakterli olur:
– eyni növ elektrik yükünə malik cisimlər
bir-birini itələyir;
– müxtəlif növ elektrik yükləri ilə elektriklənən cisimlər bir-birini cəzb edir.
Təbiətdə iki növ elektrik yükü mövcuddur:
müsbət elektrik yükü (+) və mənfi elektrik
yükü (–). Eyni işarəli elektrik yükləri bir-birini itələyir, müxtəlif işarəli elektrik yükləri
isə bir-birini cəzb edir.
Artıq elektrik yükü olmayan cisimlər elektroneytral (elektrik cə-
hətdən neytral) və ya yüksüz cisim adlanır.
Elektrik yükü
q hərfi ilə işarə edilir. Onun BS-də vahidi fransız fiziki Şarl Kulonun
şərəfinə kulon (Kl) qəbul edilmişdir: [q]=1Kl.
Elektrostatik sahə – sükunətdə olan elektrik yüklərinin yaratdığı materiya növüdür.
Elektrik sahəsinin intensivliyi bu sahənin qüvvə xarakteristikasıdır. Elektrik sahəsinin
intensivliyi vektorial kəmiyyət olub bu sahədəki müsbət yükə təsir edən elektrik qüvvə-
sinin istiqamətində yönəlir.
Maqnit xassəsini uzun müddət özündə saxlayan maddələr
sabit maqnitlər və ya sadəcə,
maqnitlər adlanır. Hər bir maqnitin iki qütbü olur: şimal (N) və cənub (S). Maqnitlərin
müxtəlifadlı
qütbləri bir-birini cəzb edir, eyniadlı qütbləri isə bir-birini itələyir.
Maqnit sahəsi – hərəkətdə olan elektrik yüklərinin yaratdığı materiya növüdür.
Maqnit sahəsinin induksiyası (və ya maqnit induksiyası) bu sahənin qüvvə xarakteris-
tikasıdır.
Maqnit induksiya vektorunun istiqaməti – bu sahənin verilmiş nöqtəsində
yerləşən maqnit əqrəbinin şimal qütbünün yönəldiyi istiqamətdədir.
Müəyyən edilmişdir ki, arı uçarkən müsbət yük-
lə elektriklənir. Çiçəklər isə mənfi elektrik
yükünə malikdir. Ona görə də arı çiçəyə qon-
duqda onun tozcuqları arının bədəninə yapışır.
Ən maraqlısı odur ki, arının çiçəklə təmasından
sonra bitkinin elektromaqnit sahəsi dəyişir. Belə
dəyişmə havada olan digər arılara sanki “Bu
çiçəkdə daha tozcuq yoxdur!” işarəsini verir.
Niyə havada uçan arı müsbət
yüklə elektriklənir?
Çiçəklərin mənfi yüklə
elektriklənməsinin səbəbini
nə ilə izah etmək olar?
Arının çiçəklə təmasından
sonra bitkinin elektromaqnit
sahəsi niyə dəyişir?
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika – 6, 8 və 9
LAYİHƏ