125
Radiorabitənin prinsipləri. Hersin apardığı təcrübələr dünya alimlərini elektro-
maqnit dalğalarının radioteleqraf və radiotelefon rabitəsinin həyata keçirilməsinin
tədqiqinə sövq etdi.
Radiorabitə vasitəsilə məlumatın Morze əlifbasının hərfləri ilə ötürülməsini ilk dəfə
rus alimi Aleksandr Stepanoviç Popov (1859–1905) 7 may 1895-ci il tarixində nümayiş
etdirir (bu tarix Rusiyada indi də
“Radio günü” kimi qeyd edilir). 1896-cı ildə isə italyan
alimi Qulyelmo Markoni (1874–1937) özünün hazırladığı verici qurğudan radiodalğa-
larla Morze əlifbasının bir neçə hərfini
3 km
məsafədə yerləşdirilən aparatla qəbulunu nüma-
yiş etdirir. O, 1901-ci ildə radiodalğaların Yer
atmosferinin ionosfer qatından qayıtmaqla
İngiltərədən verilən məlumatın Atlantik okeanı-
nın diametral əks tərəfinə – ABŞ-dakı qəbuledici
aparata çatdırılmasını reallaşdırır
(b)
.
Radiorabitə – informasiyaların (səs və təsvir) elektromaqnit dalğaları vasitə-
silə verilməsi və qəbul olunmasıdır.
Radiorabitədə elektromaqnit dalğalarının iki diapazonundan istifadə olunur:
1) aşağıtezlikli dalğalar – fəzada pis yayılır, lakin informasiya daşıyır; 2) yüksəktezlikli
dalğalar – fəzada çox böyük məsafələrə yayıla bilir, lakin informasiya daşımır.
Radiorabitənin əsasını
verici stansiya və
qəbuledici stansiya təşkil edir.
Vericidə üç əsas proses baş verir: 1) yüksəktezlikli rəqslərin generasiyası; 2)
yüksəktezlikli rəqslərin zəruri gücə qədər gücləndirilməsi; 3) yüksəktezlikli rəqslərin
parametrlərindən birinin (amplitudunun, tezliyinin və ya fazasının) ötürülən
informasiyaya uyğun dəyişdirilməsi.
Verici stansiyanın sadələşdirilmiş sxeminə əsasən o, tranzistorlu (T) generatordan, rəqs
konturundan, mikrofon (M) dövrəsindən və verici antendən (V) ibarətdir
(c)
. Generator
sönməyən yüksəktezlikli elektromaqnit rəqsləri yaradır (bax:
c, 1
). Sonra həmin rəqslər
mikrofondan daxil olan səs tezlikli elektromaqnit rəqsləri
(2)
ilə
modullaşdırılır
(3)
.
Təchizat:
santimetrlik dalğalar vibratoru, qəbuledici rezonator, metal lövhə (fizika
kabinetinin “Elektromaqnit dalğaları” nümayiş dəstindən), rəqəmsal voltmetr.
İşin gedişi. 1. Vibratoru dəyişən cərəyan şəbəkəsinə, rezonatoru isə voltmetrə birləşdirin.
Cihazları bir-birindən aralı yerləşdirin və ruporlarını üfüqlə müəyyən bucaq altında yuxarı
qaldırın.
2. Vibratoru işə salın və baş verən hadisəni izləyin.
3. Metal lövhəni yuxarı qal-
dırılmış ruporlar arasında müəyyən məsafədə üfüqi olaraq tədricən sağa-sola hərəkət et-
dirməklə baş
verən hadisəni müşahidə edin
(a)
.
Nəticənin müzakirəsi:
Voltmetr hansı halda rezonator dövrəsində
gərginliyin yarandığını aşkar etdi?
Təcrübə nəticəsində hansı fiziki hadisəni
müşahidə etdiniz? Təcrübənin sxemini iş
vərəqinə çəkin.
(a)
ARAŞDIRMA
1
Hansı fiziki hadisəni müşahidə etdiniz?
(b)
İonosfer
LAYİHƏ
126
Modullaşma – yüksəktezlikli elektromaqnit dalğalarının amplitudunun (tezliyi-
nin və ya fazasının) alçaqtezlikli səs dalğalarının amplituduna (tezliyinə və ya
fazasına) uyğun olaraq dəyişdirilməsidir.
Dalğaların amplitud modullaşmasını icra etmək üçün verici stansiya dövrəsinə
qoşulan transformatorun I dolağı mikrofon dövrəsinə, II dolağı isə tranzistorlu gene-
rator dövrəsinin cərəyan mənbəyinə qoşulur. Nəticədə stansiyanın rəqs konturundakı
yüksəktezlikli elektromaqnit rəqsləri səs tezlikli siqnallarla modullaşdırılır. Alınan
modullaşmış rəqslər verici anten vasitəsilə fəzaya şüalandırılır (bax:
c, 3
).
Qəbuledici stansiyanın sadələşdirilmiş sxeminə əsasən onun əsas hissələri qəbul-
edici anten (Q), dəyişən tutumlu kondensatoru (
?????? ) olan rəqs konturu, yarımkeçirici
diod – detektor (D), elektrik siqnalını hamarlayıcı kondensator (
?????? ) və telefondan
(yaxud səsgücləndirən) (U) ibarətdir
(d)
. Antenin qəbul etdiyi elektromaqnit dalğa-
ları onun rəqs konturunda induksiya dəyişən cərəyanı yaradır. Konturdakı konden-
satorun tutumunu dəyişməklə onun məxsusi tezliyi qəbul olunmuş elektromaqnit
dalğalarının tezliyi ilə bərabərləşdirilir. Bu zaman konturda yaranan cərəyanın rəqs-
lərinin amplitudu kəskin artır – rezonans hadisəsi baş verir. Nəticədə lazımi siqnal
digər siqnallardan seçilərək gələn dalğaları qəbul etməyə köklənir. Daha sonra qəbul
edilən yüksəktezlikli modullaşmış rəqslərin alçaqtezlikli rəqslərə çevrilnəsi prosesi
–
demodulyasiya (və ya
detektəetmə) həyata keçirilir.
Demodulyasiya detektor (yarımkeçirici diod) vasitəsilə reallaşdırılır. Birtərəfli ke-
çidə malik detektordan keçən cərəyan
döyünən cərəyan (bax:
d, 4
) olur.
Bu cərəyan
?????? kondensatoru (süzgəc) vasitəsilə hamarlanır. Hamarlanan elektrik siqnalı tele-
fonun (radionun) səsgücləndirəndə eşidilə bilən səs tezlikli rəqslərə çevrilir (
5
).
Radiolokasiya. Araşdırma 1-də müəyyən etdiniz ki, elektromaqnit dalğaları me-
tal (keçirici) lövhədən qayıdır.
Radiolokasiyanın fiziki əsasını da məhz elektromaq-
nit dalğalarının bu xassəsi təşkil edir.
Radiolokasiya –
radiodalğaların köməyi ilə müxtəlif obyektləri aşkar etməkdir.
Radiodalğalar vasitəsilə obyektə qədərki məsafənin müəyyən olunmasına
xidmət edən qurğu radiolokator (və ya radar) adlanır.
(c)
I
II
1
2
3
i
0
t
M
C
1
V
T
i
0
t
t
i
0
(d)
4
5
t
0
i
i
0
t
Q
D
C
2
C
3
R
U
LAYİHƏ