0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə46/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   42   43   44   45   46   47   48   49   ...   79

117 
 
3.7. ELEKTROMAQNİT DALĞALARI  
 
Dalğa – rəqslərin  zaman keçdikcə fəzada yayılma prosesidir.  
 Dalğa – mühitdə maddə daşınması deyil, enerji daşınması pro-
sesidir. 
 Mexaniki dalğa – mexaniki rəqslərin mühitdə yayılma prosesidir. O, vakuumda yayılmır. 
Mexaniki dalğalar elastik mühitdə (bərk cisim, maye və qazlarda) yayılır. 
Dalğanın iki növü var: eninə və uzununa dalğa. 
  Eninə  dalğada  mühitdəki  zərrəciklərin  rəqsi  dalğanın  yayılma  istiqamətinə  perpendi-
kulyar olur. Eninə dalğalar yalnız bərk cisimlərin və mayelərin səthində yayıla bilir. Eninə 
dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır. 
 Uzununa dalğada mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə paralel olur. 
Uzununa  dalğalar  bütün  mühitlərdə  (bərk  cisim,  maye  və  qazlarda)  yayıla  bilir.  Uzununa 
dalğalar mühitdə bir-birini əvəz edən sıxlaşmalar və seyrəkləşmələr formasında yayılır. 
Mexaniki  dalğaların  mühüm  növlərindən  biri  səs  dalğaları  və  ya  sadəcə,  səsdir.  O  da 
rəqslərin elastik mühitdə yayılmasıdır. 
 Dalğa tezliyi (periodu) – dalğa yaradan mənbəyin rəqs tezliyidir (periodudur). 
 Dalğa uzunluğu – bir rəqs perioduna bərabər müddətdə (t = T) dalğanın yayıldığı 
məsafədir: 
 =  T =



 Dalğa sürəti – rəqslərin mühitdə yayılma sürətidir:  =

= . 
Dalğa  sürəti  onun  tezliyindən  və  periodundan  asılı  deyildir.  Dalğa  sürəti  mühitin  xas-
səsindən və aqreqat halından asılıdır. Dalğa uzunluğu isə bircins mühitdə rəqs periodundan 
düz,  rəqs  tezliyindən  tərs  mütənasib  asılıdır.  Bir  mühitdən  digərinə  keçdikdə  dalğanın 
tezliyi və periodu dəyişmir, lakin müxtəlif mühitlərdə dalğa sürəti fərqli olduğundan onun 
dalğa uzunluğu dəyişir.
 
 

 
Kondensator və induktivlikli sarğacın ardıcıl 
birləşdirilməsindən  əmələ  gələn  elektrik 
dövrəsinin niyə rəqs konturu adlandığını, bu 
konturda hansı hadisələrin baş verdiyini öy-
rəndiniz. 
 
 
Rəqs  konturu  “açılarsa”,  yəni  kon-
turdakı  kondensatorun  lövhələrinin 
sahəsi  kiçildilib  aralarındakı  məsafə 
artırılarsa və eyni zamanda sarğacın 
induktivliyi azaldılarsa, nə baş verər? 
 
 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 7 və 10
??????  ?????? 
??????

??????

  LAYİHƏ


118 
 
 
 
Elektromaqnit dalğası. Elektromaqnit induksiya hadisəsi və öz-özünə induksiya 
hadisəsi göstərdi ki, zamana görə dəyişən maqnit sahəsi fəzada burulğanlı dəyişən 
elektrik  sahəsi  yaradır.  İngilis  alimi  Ceyms  Klerk  Maksvel  (1831–1879)  1873-cü 
ildə nəşr etdirdiyi məşhur “Elektrik və maqnetizm üzrə traktat” adlı əsərində belə bir 
fərziyyəni əsaslandırdı ki, burulğanlı elektrik sahəsi də fəzada  dəyişən maqnit sahəsi 
yaradır. Bu zaman dəyişən maqnit və elektrik sahələrinin qüvvə xətləri biri digərini 
əhatə edir. Sahələrin qüvvə xətləri arasındakı münasibət belə olur: 
a) əgər elektrik sahəsinin intensivliyi artırsa 
∆ ⃗

0 , yaranan maqnit sahəsinin 
induksiya vektoru elektrik sahə intensivlik vektoruna nəzərən sağ yivli burğu təşkil 
edir 
(c)
;  
b) əgər elektrik sahəsinin intensivliyi azalırsa 
∆ ⃗

0 , yaranan maqnit sahəsi-
nin induksiya vektoru elektrik sahə intensivlik vektoruna nəzərən sol yivli burğu üzrə 
yönəlir 
(d)
;  
c) əgər maqnit sahəsinin induksiyası artırsa 
∆ ⃗

0 , yaranan burulğanlı elektrik 
sahəsinin intensivlik vektoru maqnit induksiya vektoruna nəzərən sol yivli burğu üz-
rə yönəlir 
(e)
;  
d) əgər maqnit sahəsinin induksiyası azalırsa 
∆ ⃗

0 , yaranan burulğanlı elek-
trik  sahəsinin  intensivlik  vektoru  maqnit  induksiya  vektoruna  nəzərən  sağ  yivli 
burğu üzrə yönəlir 
(f)

Vibrator 
Rezonator
(a) 
(b) 
Təchizat:
 
santimetrlik dalğalar vibratoru, qəbul-
edici rezonator (fizika kabinetinin “Elektromaqnit 
dalğaları” nümayiş dəstindən), rəqəmsal voltmetr 
(a)

İşin gedişi:  
1. Vibratoru dəyişən cərəyan şəbəkəsinə qoşun, 
rezonatoru isə voltmetrə birləşdirin. Cihazları 
ruporlarını üfüqi vəziyyətdə qarşı-qarşıya ol-
maqla bir-birindən 1–1,5 m məsafədə yerləş-
dirin. 
2. Vibratoru işə salın və baş verən hadisəni izlə-
yin. 
3. Cihazlar arasındakı məsafəni dəyişmədən on-
ların ruporlarını tədricən yuxarı qaldırıb 
üfüqlə 
45° bucaq altında yerləşdirin 
(b)

Müşahidələrinizi davam etdirin. 
Nəticənin müzakirəsi:  
 Təcrübənin hansı gedişində voltmetr rezonator 
dövrəsində gərginliyin yarandığını aşkarladı? 
 Heç bir cərəyan mənbəyinə birləşdirilməyən 
rezonatorda elektrik cərəyanı yaradan nədir? 
ARAŞDIRMA 
 
1
Dövrədə elektrik cərəyanı yaradan nədir? 
  LAYİHƏ


119 
 
 
Beləliklə, sürətlə dəyişən elektrik sahəsi fəzanın həmin hissəsində dəyişən maqnit 
sahəsinin, o isə öz növbəsində yenidən burulğanlı elektrik sahəsinin yaranması ilə 
nəticələnir və s. Dəyişən elektrik və maqnit sahələri biri digərini yaratmaqla sonlu 
sürətlə yayılaraq fəzanın yeni-yeni hissələrini əhatə edir – fəzada elektromaqnit dal-
ğası şəklində yayılır. 
 Elektromaqnit dalğası – dəyişən elektromaqnit sahəsinin fəzada yayılmasıdır
Elektromaqnit dalğası eninə dalğa olub elektrik sahə intensivliyi (
??????⃗) və maqnit sahə 
induksiyası (
??????⃗) vektorlarının fəzada qarşılıqlı perpendikulyar dəyişməsini xarakte-
rizə edir 
(g)
.  
 
 
 
Elektromaqnit dalğasının bəzi xassələri. Bunlar aşağıdakılardır: 
 Elektromaqnit dalğası eninə dalğadır. Belə ki, elektromaqnit dalğasında elekt-
rik sahəsinin intensivlik vektoru (
??????⃗), maqnit sahə induksiyası vektoru (??????⃗) və dalğa-
nın sürət vektoru (

⃗) həmişə qarşılıqlı perpendikulyardır (bax: 
g
). Bu dalğanın ya-
yıldığı  fəzanın ixtiyari nöqtəsində intensivlik vektorunun modulunun dəyişməsi 
induksiya vektorunun modulunun dəyişməsi ilə mütənasibdir. 
(d)
 
(e)
 
(f)
(c)
 

??????⃗

??????
0  ??????⃗ 
??????⃗
??????⃗
??????⃗

??????⃗

??????
0
??????⃗

??????⃗

??????
0
??????⃗ 
??????⃗ 
??????⃗ 

??????⃗

??????
0
??????⃗
(g)
 
Z
 


 
??????⃗


 
X
 
Dalğanın 
yayılma 
istiqaməti 
Maqnit  
sahəsinin rəqsi 
Elektrik sahəsinin 
rəqsi 
Mənbə
 
??????⃗
??????⃗
 
Y
O
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə