1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə20/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   16   17   18   19   20   21   22   23   ...   159
beyn-lxalq-h-quq (1)

Xalqların özünümüəyyənetmə prinsipi. Bu prinsip BMT Nizamnaməsində, Müstəmləkə ölkələrinə xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktlarının 1-ci maddələrində, 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında, habelə BMT-nin Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır. Şərqi Timor haqqında işdə (1995-ci il) Beynəlxalq Məhkəmə qeyd etmişdir ki, xalqların özünümüəyyənetmə

hüququ erga omens hüququdur, yəni bütün dövlətlər bu hüquqa hörmət etməlidirlər və onun həyata keçirilməsinə maneə törətməməlidirlər.
Prinsipin məzmununu açıqlamaq üçün iki anlayış – “xalq” və “özünümüəyyənetmə” anlayışlarının məna yükünü düzgün bilmək lazımdır.
Göstərilən prinsipin kontekstində və ümumiyyətlə, beynəlxalq hüquqda “xalq”, bir qayda olaraq, etnik anlamında başa düşülmür. Beynəlxalq-hüquqi anlayış kimi “xalq” hər hası milli və ya etnik qrupu deyil, məhz dövlətin (və ya dövlətçilikdən qeyri-qanuni məhrum edilmiş ərazinin) bütün əhalisini bildirir. Yəni “xalq” etnos kimi deyil, demos kimi başa düşülmür. Yalnız xalq bütövlükdə bu hüququn daşıyıcısıdır. Xalqın bir hissəsinin, o cümlədən, milli azlıqların belə bir hüququ yoxdur. Bu, beynəlxalq hüquqda birmənalı olaraq qəbul edilmişdir.
“Özünümüəyyənetmə” o deməkdir ki, hər bir xalq xaricdən müdaxilə olmadan sərbəst olaraq özü öz siyasi statusunu müəyyən edə bilər və öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirə bilər. Müstəmləkə altında olan və ya ışğal olunmuş ərazinin bütün əhalisi üçün bu:

  1. müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında;

  2. hər hansı bir müstəqil dövlətə qoşulmaqda, yaxud

  3. hər hansı bir müstəqil dövlətələ birləşməkdə ifadə oluna bilər.

Təbii ki, müstəqil dövlətlərin xalqı (əhalisi) da özünümüəyyənetmə hüququna malikdir. Həmin xalq üçün özünümüəyyənetmə, hər şeydən öncə, demakratik idarəetmə hüququ deməkdir. Yəni xalq daxildən və xaricdən təzyiq və ya müdaxilə olmadan demokratik vasitələrlə öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirmək imkanına malik olmalıdır. Əlbəttə ki, bu xalq öz siyası statusunu sərbəst surətdə özləri müəyyən edə bilərlər.
Xüsusi vurğulanmalıdır ki, özünümüəyyənetmə hüququnun həyata keçirilməsi dövlətlərin suvernliyi və ərazi bütövlüyü ilə uzlaşmalıdır və sesessiyanı (dövlətdən müəyyən ərazinin ayrılmasını) sanksiyalaşdıra bilməz. Başqa sözlə, bu hüququn həyata keçirilməsi müstəqil, demokratik dövlətin parçalanması üçün əsas ola bilməz.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə