1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Dövlətlərin suveren bərabərliyi prinsipi



Yüklə 391,8 Kb.
səhifə16/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   12   13   14   15   16   17   18   19   ...   159
beyn-lxalq-h-quq (1)

Dövlətlərin suveren bərabərliyi prinsipi. Bu prinsip öz birbaşa ifadəsini BMT nin Nizamnaməsini 2-ci maddəsinin 1-ci bəndində tapmışdır: “Təşkilat onun bütün Üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”.

Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir.

  1. Hər bir dövlət tam suverenliyə malikdir və öz siyasi və ikdisadi sistemini sərbəst və manesiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün digər dövlətlərin suverenliyinə, o cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir.

  2. Bütün dövlətlər ərazisinin miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və hərbi-siyasi potensiallından asılı olmayaraq hüquqi cəhətdən bərabərdir. Beynəlxalq təşkilatlarda, bir qayda olaraq, hər bir dövlət bir səsə malikdir. Beynəlxalq hüquq normaları dövlətlər tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır.

Suveren bərabərlik prinsipi bütün dövlətlərin beynəlxalq məsələlərin həllində bərabər iştirakını təmin etməyə yönəlmişdir.

  1. Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi. Bu prinsip dövlətlərin suveren bərabərlik prinsipi ilə üzvi surətdə bağlıdır və əslində onu tamamlayır. Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz.

BMT Nizamnaməsinin 2-cı maddəsinin 7-ci bəndində deyilir: “Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hası bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin...”.
Doğrudur, göstərilən qadağa bilavasitə Birləşmiş Millətlər Təşkilatının üzərinə qoyulmuşdur. Lakin məntiqi təfsir belə bir nəticə çıxarmağa imkan verir ki, dövlətləin daxili işinə qarışmamaq öhdəliyi BMT-nin büyün üzvlərinə şamil olunur. Hazırda dünyanın hər bir dövləti üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədiəlrdə, o cümlədən Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyin, onların müstəqilliyinin suverenliyinin qorunması haqqında BMT-nin 1965-ci il Bəyannaməsində,yuxarıda adı çəkilmiş 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır.
Qeyd edək ki, “dövlətin daxili yurisdiksiyasında olan məsələlər” onun ərazi daxilində olan məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər,- misal üçün, xarici səfirliyin binasına basqın edilməsi, - heç də onun daxili işi sayılmır. Digər tərəfdən, ilk baxışdan, “beynəlxalq” sayılan hər hansı məsələ,- misal üçün, dövlətin başqa bir dövlət ilə üçüncü tərəfin hüquq və mənafelərinə toxunmayan müqavilə bağlaması, - həmin dövlətlərin daxili işi hesab olunur və ona istənilən müdaxilə qadağandır. Hansı məsələnin dövlətin daxili işi olmasını beynəlxalq hüquq müəyyən emir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər hansı məsələ üzrə dövlət öz üzərinə beynəlxalq öhdəlik götürmüşsə, bu, artıq onun daxili məsələsi sayıla bilməz. Daimi Beynəlxalq ədalət məhkəməsi 1930-cu ildə qeyd etmişdi ki, “dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin” həcmi sabit deyildir və bu, beynəlxalq hüququn inkişafı ilə dəyişə bilməz. Məsələn, o vaxtlar və ondan sonrakı illərdə də dövlətlərin sirf daxili işi olan insan hüquqlarının milli qanunvericilikdə təsbiti və qorunması məsələsi bu gün prinsip etibarilə beynəlxalq məsələyə çevrilmişdir. Nəhayət, burada bir məqamı da vurğulamaq lazımdır ki, əgər bir dövlətin ərazisindəki daxili münaqişə və ya situasiya beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə də daxili məsələ sayılmır və BMT Təhlükəsizlik Şurası bu hallarda BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq məcburiyyət tədbirləri tətbiq edə bilər; təbii ki, həmin kollektiv sanksiyalar qətiyyən dövlətin daxili işlərinə qarışmaq deyildir.
Sözü gedən prinsipin normativ məzmunu aşaıdakılardan ibarətdir:

  1. dövlətin suverenliyinə və onun siyasi və iqtisadi əsaslarına qarşı yönəlmiş silahlı müdaxilə və digər müdaxilə formaları qadağandır;

  2. heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi, siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz;

  3. başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı və ya terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir;

  4. başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır;

  5. hər bir dövlət digər dövlətərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə