1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Sərhədlərin pozulmazlığı prinsipi



Yüklə 391,8 Kb.
səhifə19/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   15   16   17   18   19   20   21   22   ...   159
beyn-lxalq-h-quq (1)

Sərhədlərin pozulmazlığı prinsipi. Sərhədlərin pozulmazlığı prinsipi güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi və ya suveren bərabərlik prinsipi ilə sıx surətdə bağlıdır. Helsinki Yekun Aktında o, müstəqil prinsip kimi təsbit olunmuşdur. Sərhədlərin pozulmazlığı prinsipi digər regionlarda - afrika və Cənubi Amerikada da imperativ norma kimi tanınmişdır. Dövlətin razılığı olmadan onun sərhədləri heç bir halda dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına görə, belə bir razılıq yalnız referendum vasitəsələ ifadə oluna bilər.

Sərhədlərin pozulmazlığı prinsipinin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir:

  1. mövcud sərhədlər beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş sayılır;

  2. dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir;

  3. dövlət başqa bir dövlətin sərhədlərinə qarşı istənilən qəsdlərdən imtina etməlidir.

    1. Ərazi bütövlüyü prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Müstəqil prinsip kimi o, Helsinki Yekun Aktında təsbit olunmuşdur. Göstərilən prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir- birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz gqc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ərazi bütövlüyü prinsipi özündə digər bir prisipi – hələ xıx əsrdə Latın Amerikasında Formalaşmış və 1986- cı ildə Burkina Faso /Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş uti possidetis prinsipini ehtiva edir. Uti prossidest prinsipinin məğzi ondan ibarətdir ki, müstəmləkələrin və ya federasiya subyektlərinin əvvəlki sərhədləri tehi müstəqil dövlətlərin beynəlxalq sərhıdləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz. Azərbaycanla bağlı demək olar ki, onun SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd sözü sözü gedən prinsipə tamamilə ziddir.


    2. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə