1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi



Yüklə 391,8 Kb.
səhifə21/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   17   18   19   20   21   22   23   24   ...   159
beyn-lxalq-h-quq (1)

Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi. Bu olduqca mühüm prinsip ilk dəfə olaraq BMT Nizamhaməsində (1-ci, 55-ci və 56-cı maddələr) ümumi formda təsbit olunmuş, sonralar bir sıra mühüm beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində dəqiqləşdirilmişdir. Yuxarıda göstərmişdik ki, beynəlxalq hüququn müstəqil prinsipi kimi, o, Helsinki Yekun aktında əks olunmuşdur. Prinsipin dövlətlərin üzərinə qoyduğu başlıca öhdəlik ondan ibarətdir ki, onlar insan hüquqlarına hörmət etsinlər və bun beynəlxalq səviyyədə dəstək versinlər. Bu gün, bütün insan hüquqlarına əməl etmək və onların həyata keçirilməsini təmin etmək kimi ümumi beynəlxalq hüquq normalarının mövcudluğundan danışmaq hələ tezdir. Belə ki, əsas etibarilə, biz hər hansı bir dövlətin insan hüquqlarını kobud və kütləvi surətdə pozduğu halda sözü gedən prinsipə əməl olunmamasından danışa bilərik.

  • Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi. Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində təsbit olunmuşdur. Beynəlxalq sülhün və təhlükəzliyin qorunmasında və iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində əməkdaşlıq etmək dövlətlərin həm hüququ, həm də vəzifəsidir. Dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi, və sosial sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.

  • Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi. Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi beynəlxalq hüququn ən qədim prinsipidir və daha çox pacta sunt servanda (“müqavilələr yerinə yetirilməlidir”) kimi məlumdur. O, BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində birbaşa təsbit olunmuşdur. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “Təşkilata üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün, bu Nizamnaməyə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər”. Sözügedən prinsip habelə çox mühüm beynəlxalq müqavilədə - Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında (26- cı maddə) öz əksini tapmışdır.

    Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi bütün beynəlxalq hüquq sisteminin fəaliyyəti üçün əhəmiyyəti danılmazdır. Dövlət BMT Nizamnaməsinə uyğun olaraq, öz üzərlərinə götürdükləri bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, beynəlxalq müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməlidir. Onlar heç bir əsas olmadan özbaşına öz beynəlxalq öhdəliklərindən imtina edə bilməzlər. Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi müvafiq dövlətin beynəlxalq məhsuliyyətini doğurmur. Dövlətlər elə etməlidirlər ki, onların daxili qanunvericiliyi və inzibati praktikası üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə uyğun olsun. Belə bir norma mövcuddur ki, beynəlxalq müqaviləni yerinə yetirmədiyinə bəraət qazandırmaq üçün dövlət öz daxili hüququnun müddəalarına istinad edə bilməz (Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsi)

    Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   159




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə