1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə18/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   14   15   16   17   18   19   20   21   ...   159
beyn-lxalq-h-quq (1)

5. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi. BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndinə görə, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın”.
Əsas bir cəhəti qeyd etmək lazımdır ki, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi yuxarıda şərh etdiyimiz güc tətbiq etməmək və ya güclə
hədələməmək prinsipi ilə sıx surətdə bağlılıq və onun məzmununu tamamlayır. Doğrudur, sözü gedən prinsip ümumi beynəlxalq hüquq norması kimi bir qədər əvvəl- hələ ikinci dünya müharibəsindən qabaq formalaşmışdır. Beynəlxalq toqquşmaların dinc həlli haqqında 1907-ci il Haqa Konvensiyasında (1-ci və 2-ci maddələr) və Millətlər Liqaının Sttutunda (12-ci, 13-cü, 15-ci və 17-maddələr) məhdud çərçivədə təsbit olunmuş bu prinsip bu günkü anlamda, yəni heç bir qeyri- şərtsiz və imperativ formada ilk dəfə olaraq 1928-ci il Brain-Kelloq Paktında öz əksini tapmışdır. Paktın II maddəsində birbaşa göstərilirdi ki, müqavilənin iştirakçısı olan dövlətlər öz aralarında ortaya çıxan bütün mübahisə və ya münaqişələri, onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız dinc vasitələrlə həll etməlidirlər. Sonralar BMT Nizamnaməsində təsbit olunmuş bu mühüm norma, həmçinin əsas regional təşkilatların nizamnamələrində də birbaşa əks olunmuşdur.
Prinsipin normativ məzmununa keçməzdan qabaq “beynəlxalq mübahisə” anlayışını açıqlamağa ehtiyac vardır.
Heç bir müvafiq beynəlxalq sazişdə , o cümlədən BMT Nizamnaməsində beynəlxalq mübahisənin tərifi verilmir. Beynəlxalq Məhkəmə iki dəfə bu məsələ ilə qarşılaşmışdır. Daimi Beynəlxalq ədalət məhkəməsi Mavromatis işində (1924- cü il) qeyd edilmişdi ki, “mübahisə- iki şəxs arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müxtəlifliyidir”. Oxşar tərif Cənub-qərbi Afrika işində (ilkin etirazlar mərhələsi, 1962-ci il) də verilmişdir. Sadəcə belə demək olar ki, mübahisə o zaman mövcuddur ki, bir dövlət digər dövlətə qarşı iddia irəli sürür, o biri dövlət isə bu iddianı rədd edir. Beynəlxalq mübahisənin aşağıdakı əlamətlərini göstərmək olar:

  1. iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması;

  2. mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; 3)mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması;

  1. tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi; 5)mübahisənin taranması anının müəyyən edilməsi.

Mübahisə “situasiya” dan fərqləndirilməlidir. Doğrudur, çox zaman bu iki termin
bir yerdə işlədilir. Misal üçün, BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndini, habelə Beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisə və situasiyaların qarşısının alınması və aradan qaldırlması BMT-nin bu sahədə rolu haqqında Bəyannaməni göstərmək olar. Situasiya dövlətlərin maraqlarının toqquşması nəticəsində gərginliyin yaranmasıdır, lakin bu zaman tərəflər bir-birinə qarşı iddialar irəli sürmürlər. Situasiya zamanı sanki tərəflər olmur, yəni qarşılıqlı iddialar yoxdur. Belə demək olar ki, hər bir mübahısə situasiyadır, lakin heç də hər bir situasiya mübahisə deyildir. Mübahisə və situasiyanın fərqləndirilməsi nəzəri məsələ deyildir; bunun olduqca mühüm praktik əhəmiyyəti vardır. Belə ki, BMT Nizamnaməsinin 27-ci maddəsinin 3-cü bəndinə görə, mübahisənin tərəfi olan Təhlükəsizlik Şurasının daimi üzvü qərar qəbul edilərkən səsvermədə iştirak etməməlidir. Bu müdda situasiyalara şamil olunmur. BMT Nizamnaməsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən, Təhlükəsizlik Şurası həmin mübahisənin, həm də situasiyanın istənilən mərhələsində müvafiq nizamlama prosedurları və ya metodları tövsiyə edə bilər. 37-ci və 38-ci maddələrə görə isə, Təhlükəsizlik Şurası tərəflərə situasiyanın yox, mübahisənin həlli şərtlərini töfsiyə edə bilər. Nəhayət, BMT Beynəlxalq Məhkəməsinə iş situasiya ilə deyil, yalnız mübahisə ilə bağlı verilə bilər.
Lakin istənilən halda, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi həm beynəlxalq mübahisəlrə, həm də beynəlxalq situasiyalara şamil olunur.
Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu dövlətlərin aşağıdakı hüquq və öhdəliklərində öz ifadəsini tapır:

    1. Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız yə yalnız dinc vasitələrlə həll etməlidirlər. Lakin prinsipin məzmunundan belə alınmır ki, dövlətlər öz beynəlxalq mübahisələrini mütləq həll etməlidirlər. Beynəlxalq hüquqda dövlətlərdən bunu imperativ şəkildə tələb edən norma yoxdur. Beynəlxalq hüququn tələb etdiyi budur ki, əgər dövlət öz mübahisəsini nizamlamaq qərarına gəlibsə, bunu yalnız dinc yolla etməlidir.

    2. Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hanı birini seçmək hüququna malikdirlər. Lakin dövlətlər qabaqcadan konkret beynəlxalq müqavilədə hər hansı nizamlama vasitəsinə razılaşa bilərlər. Məsələn, Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında mübahisələrin nizamlanmasının dörd məcburi proseduru nəzərdə tutulmuşdur ki, bunlardan hər birini hər hansı dövlət Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən yazılı bəyanat vasitəsilə seçə bilər: 1) Dəniz hüququ üzrə Beynəlxalq tribunal; 2) BMT-nin Beynəlxalq məhkəməsi; 3) Konvensiyaya VII Əlavəyə müvafiq olaraq yaradılan arbitraj və 4) Konvensiyaya VIII Əlavəyə müvafiq olaraq yaradılan xüsusi arbitraj.

    3. Dövlətlər arasında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə

təqdim etməyə məcbur oluna bilməzlər. Lakin bu norma beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisələrə aid deyildir.

    1. Dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola bilən hərəkətlərdən çəkinməlidirlər. Mübahisənin həllini çətinləşdirə bilən, beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən, habelə mübahisənin tərəflərindən birinin vəziyyətini pisləşdirə bilən hərəkətlər qadağan olunur.

    2. Dövlətlər öz mübahisələrini beynəxalq hüquq və ədalət əsaında həll etməlidirlər.


    3. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə