1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə15/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   11   12   13   14   15   16   17   18   ...   159
beyn-lxalq-h-quq (1)

Mövzu 3. BEYNƏLXALQ HÜQUQUN ƏSAS PRİNSİPLƏRİ


Plan:



  1. Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı




  1. Dövlətlərin suveren bərabərliyi prinsipi




  1. Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi




  1. Güc tətbiq etməmək ya güclə hədələməmək prinsipi

  2. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi




  1. Sərhədlərin pozulmazlığı prinsipi




  1. Ərazi bütövlüyü prinsipi




  1. Xalqların özünümüəyyənetmə prinsipi

  2. Əsas insan hüquq azadlıqlarına hörmət edilməsi prinsipi

  3. Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi

  4. Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi

Ədəbiyyat siyahısı.
Баратавшвили Д.И. Принцип суверенного равенства государств в международном праве. М.., 1978.
Волова Л.И. Принцип территориалъной целостностти и неприкосновенности в современном международном праве. Ростов-на-Дону.., 1981.
Волова Л.И. Нерушимостъ границ новый принцип международного права. Ростов-на-Дону.., 1987.
Клименко Б.М., Ушаков Н.А. Нерушимостъ границ условие международного мира. М.., 1978.
Левин Д.Б. Принцип мирного разрешения международных споров. М.., 1977.
Мартыненко А.П. Права народов в современном международном праве.
Киев, 1993.
Менжинский В.И. Неприменение силы в международных отношениях.
М.., 1976.
Талалев А.Н. Хелъсинки: принцнпы и реалъностъ. М.., 1985.
Тиунов О.И. Принцип соблюдения международных обязателъств. М.., 1979.
Ушаков Н.А. Невмешателъство во внутренние дела государств. М.., 1971.
Черникенко С.В. Принцип самоопределения народов (современная интерпретация) // Московский журнал международного право. 1996. № 4.



    1. Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı. Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir.

Beynəlxalq hüququn əsas prinsipləri bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir.
Bu prinsiplər;
  1. beynəlxalq hüququn ən mühüm normalarıdır;


Beynın əlxalq hüququn əsas prinsipləri beynəlxalq hüquq sisteminin normativ hüquqi əsasını təşkil edir. Dövlətlərin beynəlxalq hüquq normalarının yaradılması və həyata keçirilməsi ilə bağlı bütün qarşılıqlı münasibətləri bu prinsiplərə söykənir.
  1. öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır;


Beynəlxalq hüququn əsas prinsipləri bir növ ori-yentir rolunu oynayır. Onlar dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranışının ümumi istiqamətlərini müəyyən edir. Bu prinsiplər beynəlxalq münasibətlərin istənilən sahəsinə sirayət edir və dəqiq ifadə olunmuş davranış qaydalarında konkretləşdirilir.

a) dünyayın bütün dövlətləri üçün hüquqi cəhtdən məcburi xarakter daşıyan ümumtanınmış normalardır;


Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.

ç) ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır.


Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır.
Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda onlarsız beynəlxalq hüququn özü yoxdur.
Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir- birini şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-
ci il Bəyannaməsində qeyd edilir ki, bu prinsiplərin tətqiqi və təsfiri zamanı onların hər biri bütün digər prinsiplərin konteksində nəzərdən keçirilməlidir.
Qeyd etdiyimiz kimi, müasir beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT- nin Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır. Lakin bunlardan bəziləri məqsəd və ya ümumi öhdəlik kimi ifadə olunmuşdur. Sonralar dövlətlər bu prinsiplərin məzmununu dəqiqləşdirməyə və onları məcəllələşdirməyə çalışmışlar. BU, BMT Baş Assambleyasının qətnaməsi əsasında yuxarıda adı çəkilmiş Bəyannamənin qəbul olunması ilə nəticələnmişdir. Doğrudur, Bəyannamədə beynəlxalq hüququn heç də bütün prinsipləri deyil, cəmi yeddi prinsipi əks olunmuşdur:

  1. güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;

  2. beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;

  3. dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;

  4. dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;

  5. xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi;

  6. dövlətlərin suveren bərabərliyi prinsipi;

  7. dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.

Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975- ci il tarixli Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha üçü əlavə olunmuşdur:

  1. sərhədlərin toxunulmamazlığı prinsipi;

  2. dövlətlərin ərazi bütövlüyü prinsipi;

  3. əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.

Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı özü-özlüyündə beynəlxalq müqavilə
deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu üç prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət
hüququnun bir hissəsi idi və bütün dövlətlər tərəfindən tanınmışdı. Yəni Helsinki Yekun aktı, sadəcə olaraq, müasir beynəlxalq hüququn hamılıqıa qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir.
Yadda saxlamaq lazımdır ki, hər bir prinsip özü bir hüquqi normadır və deməli, özündə konkret normativ məzmun, yəni müəyyən beynəlxalq hüquqlar və müvafiq öhdəliklər ehtiva edir. Aşağıda əsas diqqət məhz bu məqama yetirilmişdir


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə