1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq hüquqi adət. Beynəlxalq hüquqi adət beynəlxalq praktikada



Yüklə 391,8 Kb.
səhifə11/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   7   8   9   10   11   12   13   14   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hüquqi adət. Beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır.

Tərifdən göründüyü kimi, beynəlxalq hüquqi adətin iki ünsürü vardır: 1) dövlətlərin praktikası və 2) bu praktikanın məcburi norma kimi tanınması (opinio yuris).
Bu fikir BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən bir neçə dəfə, o cümlədən Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə (1969-cu il) və Nikaraqua işi üzrə (1986-cı il) çıxardığı qərarlarında qeyd olunmuşdur.
Beynəlxalq hüququi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına aşağıdakılar daxildir: a) dövlətlərin “faktik” fəaliyyəti (hərəkət və ya hərəkətsizlik); b) konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; c) dövlətdaxili qanunvericilik; ç) milli məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası.
Müəyyən adət normasının təşəkkül tapması üçün, bir qayda olaraq, dövlətlərin praktikası aşağıdakı tələblərə cavab verməlidir:

  1. ardıcıl, səbatlı eyni cür olmalıdır;

  2. ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu praktikada “payı” olmalıdır; burada üç cəhəti nəzərə almaq lazımdır: 1) bu və ya digər beynəlxalq adət normasının mövcud olması haqqında məsələni həll edərək, nizama salmanın münasıbətdə maraqları xüsusilə toxunulan dövlətlərin praktikası ön plana çəkilməlidir. Məsələn, dəniz hüququ ilə bağlı adət normalarının təşəkkül tapmasında dənizyanı dövlətlərin praktikası dənizə heç bir çıxışı olmayan Əfqanıstanın və ya Avstriyanın praktikasından daha önəmli əhəmiyyət kəsb edəcəkdir; 2) əgər bir dövlət lap əvvəldən və ardıcıl olaraq digər dövlətlərin hər hansı bir praktikasına etiraz edirsə, o, yaranmaqda olan adət norması ilə bağlı olmayacaqdır. Bu, beynəlxalq hüquqda qəbul olunmuş “təkidlə etiraz edən dövlət” prinsipindən irəli gəlir. Lakin bu prinsip yuxarıda sözü getmiş jus cogens normalarına şamil olumur; 3) beynəlxalq hüquqda ümumi beynəlxalq adət normalarından başqa, iki və daha artıq dövləti əhatə edən
    Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə