1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə12/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   8   9   10   11   12   13   14   15   ...   159
beyn-lxalq-h-quq (1)

partikulyar (lokal) adətlər də mövcud ola bilər.

Nəhayət, ümumi qayda bundan ibarətdir ki, beynəlxalq adət normasının formalaşması üçün dövlətlərin praktikası uzunmüddətli olmalıdır. Məhz dövlətlərin uzun tarixi vaxt ərzində təkrarlanan və üst-üstə düşən praktikası beynəlxalq hüquqi adətin əsasını təşkil edir. Doğrudur, beynəlxalq hüquqda bu müddətin nə qədər olması müəyyən edilməmişdir və bu, hər bir halda nizama salınan məsələnin xarakterindən aıslıdır. Bunula belə, müasır beynəlxalq hüquqda müstəsna hallarda “ani adət” də yarana bilər. Məsələn, kosmiq fəzadan istifadə ilə bağlı hazırda mövcud olan bir sıra beynəlxalq hüquqi adətlər bu qəbildəndir.
Beynəlxalq hüquqi adətin yaranması üçün dövlətlərin ardıcıl, ümumi, eyni cür və uzunmüddətli praktikasının olması kifayət deyildir. Bu praktikanın hüquqa çevrilməsi üçün dövlətlər həmin praktikanı məcburi norma kimi qəbul etməlidirlər. Başqa sözlə, praktikanın sadəcə adət yox, məhz məcburi yerinə yetirilməli norma olmasına dövlətlərdə inam, yəni opinio yuris olmalıdır.
Qeyd etmək istərdik ki, əslində beynəlxalq hüquq öz mənşəyini beynəlxalq adətlərdən götürmüşdür. Lakin beynəlxalq hüquq inkişaf etdikcə və məcəllələşdirildikcə, beynəlxalq adət normaları öz əvvəlki, əhəmiyyətini və nizamasalma dairəsini itirmişdir. Bununla belə, müasir beynəlxalq hüquqda müqavilələr aparıcı rol oynasa da, beynəlxalq hüquqi adətin təsiri də az deyildir.
Doğrudan da, hazıda faktik olaraq elə bir müqabilə yoxdur ki, dünyanın bütün dövlətləri onun iştirakçısı olsun. Bir misal göstərək. Genosid cinayətinin alınması və cəzalandırıkması haqqında 1948-ci il Konvensiyasının hazırda 133 iştirakçısı vardır. Bu o deməkdirmiki, dünyanın, demək olar ki, 60-a qədər dövləti genosid cinayəti törətməmək, genosid aktları törətmiş şəxslərin cəzalandırılması təmin etmək və s. kimi beynəlxalq hüquqi öhdəliklərdən azaddırlar? Əlbəttə ki, yox. Sadalanmış öhdəliklər ümumi beynəlxalq hüquqn bir hissəsidir və dünyanın bütün dövlətləri tərəfinədən məhz beynəlxalq hüquqi adət kimi tanənmışdır.
Beləliklə, beynəlxalq hüquqi adətin indiki dövrdə başlıca əhəmiyyəti ondan ibarətdir ki, o, hər hansı bir universal müqavilə iştirakçıları ilə bu müqavilənin iştirakçısı olmayan dövlətlər drasıdakı və sonuncuların özlərı arasındakı müvafiq münasibətləri nizama salır.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə