1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə10/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   6   7   8   9   10   11   12   13   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hüququn mənbəyinin anlayışı. Hər hansı davranışın hüquqauyğun olub-olmamasını müəyyən etmək üçün biz bu davranışı özündə əks etdirən müvafiq hüquq normasını axtarıb tapmalı oluruq. Bu normanın harada öz əksini tapması, haradan götürülməsi praktik baxımdan müstəsna əhəmiyyətə malik olan “hüququn mənbəyi” anlamı ilə bağlıdır. Hüququn mənbəyi dedikdə, hüquq formasının ifadə forması başa düşülür. Bu qısa tərifi biz beyəlxalq hüququn mənbəyi anlayışına da aid edə bilərik.

Bu və ya digər ölkə daxilində hansı hüquq mənbələrinin olmasını biz, adətən, həmin ölkənin Konstitusiyasından və ya müvafiq qanunvericilik aktından bilirik. Belə bir mötəbər “informasiya mənbəyi” beyəlxalq hüquqda da vdrdır: beyəlxalq hüququn mənbələri BTM Beynəlxalq Məhkəməsi Statunun 38-ci maddəsində göstərilmişdir. Həmin maddəyə görə, Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən 1) beynəlxalq müqaviləyə; 2) beyəlxalq hüquqi adətə; 3) hüququn ümumi prinsiplərinə; hüquq normalarını məzmununu müəyyən etmək üçün köməkçi vasitə kimi 4) məhkəmə qərarlarına və 5) tanınmış alimlərin rəylərinə əsaslana bilər.
Doğrudur, göstərilən maddədə beyəlxalq hüququn mənbələrinin siyahısını vermək məqsədi güdülməmişdir. Bundan əlavə, müasir beyəlxalq hüququn mühüm mənbəyi olan beynəlxalq təşkilatların qətnamələri bu maddədə heç nəzərdə tutulmamışdır. Halbuki BTM-nin Beynəlxalq Məhkəməsi BTM Baş Assambleyasının qətnamələrinə dəfələrlə, o cümlədən 1986-cı ildə baxdığı məşhur Nikaraqua işində istinad etmişdir.

    1. Beynəlxalq müqavilə. Beynəlxalq müqavilə beyəlxalq hüququn əsas mənbələrindən biri olub, iki vəya daha artıq dövlət (və ya beynəlxalq

hüququn digər subyekti) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
Beynəlxalq müqavilələrin xüsusiyyətləri, onlarin bağlanması və xitam ollunması qaydası haqqında irəlidə ətraflı bəhs ediləcəkdir. Aşağıda isə beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbəyi kimi qısaca şərh edilir.
Beynəlxalq müqavilələr vasitəsilə dövlətlər və habelə beynəlxalq hüququn digər subyektləri, məsələn, beynəlxalq təşkilatlar öz aralarında ortaya çıxan müxtəlif xarakterli məsələləri həll edirlər. İndiki dövrdə beynəlxalq münasibətlərin elə sahəsini göstərmək olmaz ki, orada beynəlxalq sazişlər mövcud olmasın. Beynəlxalq müqavilələrdə dövlətlərin hüquq və vəzifələri daha dəqiq və birmənalı təsbit olunur, onların beynəlxalq səviyyədə və dövlət daxili hüquq sistemində həyata keçirilməsi üçün zəruri zəruri hüquqi mexanizm nəzərdə tutulur. Bu baximdan beynəlxalq müqavilə müasir beynəlxalq hüququn ən mühüm mənbəyikimi çıxış edir.
Dövlət yalnız öz razılığı ilə hər hansı beynəlxalq müqavilənin iştirakçısı ola bilər. Müqaviləyə razılıq verdiyi andan dövlət həmin müqavilənin bütün tərəfləri qarşısında öz üzərinə müvafiq öhdəliklər götürür. Müqavilə yalnız onun iştirakçılari üçün hüquq və öhdəliklər yaradır; üçüncü dövlətlər üçün isə o, beynəlxalq hüququn mənbəyi ola bilməz.
Beynəlxalq müqavilələr şifahi formada da bağlana bilər.Buna indi praktikada çox nadir hallarda rast gəliinən “centlmen sazişləri”ni misal göstərmək olar.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə