1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə17/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   13   14   15   16   17   18   19   20   ...   159
beyn-lxalq-h-quq (1)

Güc tətbiq etməmək ya güclə hədələməmək prinsipi. Müasir beynəlxalq hüquq üçün müstəsna əhəmiyyətə malik olan bu prinsip öz birbaşa ifadəsini BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Prinsipi özündə əks etdirən sənədlər sırasında Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 1974-cü il qətnaməsini, Beynəlxalq münasibətlərdə güclə hədələməkdən və ya onun tətbiqindən imtina edilməsi prinsipinin səmərəliliyinin artırılması haqqında 1987-ci il Bəyannaməsini xüsusilə qeyd etmək lazımdır.

“Güc” dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür. Ədəbiyyatda bəzən rast gəlinən və bu terminin məna yükünün genişləndirilməsi, iqtisadi, və hətta ideoloji gücün də bu termin vasitəsilə əhatə olunmasını nəzərdə tutan fikirləri birmənalı qəbul etmək olmaz və demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir.
BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir ki, dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı olmayan, hər hansı
“bəraətverici” məqsədlə, məsələn, insan hüquqlarının kütləvi pozulmısı hallarının qarşısını almaq üçün birtərəfli qaydada güc tətbiq olunması (buna “humanitar müdaxilə” deyilir) beynəlxalq hüquqa, daha doğrusu, sözü gedən prinsipə zidd deyildir. Doğrudur, BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən haqq qazandırmaq olar, lakin dövlətlərin müvafiq praktikası güc tətbiqinin, BMT Nizamnaməsində əks olunmuş və aşağıda şərh olunacaq iki istisnadan başqa, bütün hallarda yolverilməzliyini təsdiq edir.
Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur:

  • digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək;

  • silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri;

burada,qadağan olunmuş əməllər sırasında bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin limanlarını blokadaya almasını (buna “dinc blokada”deyilir) göstərmək olar.

  • qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək verilməsi;

  • digər dövlətlərin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlarının

təşkil edilməsi, onlara yardım edilməsi və ya onlarda birbaşa iştirak edilməsi;

  • digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal edilməsi;

  • güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ

keçirilməsi;

  • xalqları özünümüəyyənetmə güququndan, azadlıq və müstəqillikdən məhrum

edən zorakı hərəkətlərin törədilməsi.
Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu
silahlı təcavüz hesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı
əcavüzü, əlbəttə ki, qarışdırmaq olmaz. Dövlət aktı kimi (fərdin törətdiyi beynəlxalq cinayət kimi yox) təcavüzün anlayışı barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş assambleyasının XXIX sessiyasında (14 dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün tərifi” adlanan bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır.

  1. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı işğal;

  2. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi;

  3. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması;

  4. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dənizz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etmısi;

  5. bir dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin silahlı qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər hansı formada davam etməsi;

  6. dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi;

  7. bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi əməliyyatlar hə-yata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya muzdluların göndərilməsi.

Qeyd etmək lazımdır ki, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir (BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının bu preroqativi, habelə “Təcavüzün tərifi haqqında” qətnamədə və Beynəlxalq cinayə məhkəməsinin Nizamnaməsində ifadə olunmuşdur. Lakin, yaxşı məlum olduğu kimi, siysi mülahizələr ucbatından çoxsaylı təcavüz aktları, birbaşa basqin faktları da daxil olmaqla, Təhlükəsizlik Şurası tərəfindən lazımi tövsifini almışdır. Buna ən bariz misal kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi məlum hərəkətləri göstərmək olar. Bu açıq-aşkar
təcavüz aktları nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal olunmuşdur. Təəssüflər olsun ki, konfiliktlə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin heç birində (822, 853, 874 və 884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar dövlət elan olunması barəsində heç nə deyilmir.
Yuxarıda göstədiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipindən iki müstəsna halmövcuddur, yəni beynəlxalq hüquq yalnız iki halda silahlı gücün tətbiqinə yol verilir:

  1. Özünümüdafiə.

Dövlət silahlı basqından özünü müdafiə etmək məqsədilə fərdi qaydada və ya başqa dövlətlərlə birgə və proporsionallıq prinsipinə əməl etmək şərtilə güc tətbiq edə bilər. BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir: “Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş Millətlərin Üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlə görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”.

  1. Sülhə təhlükə, sülhün pozulması ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik

Şurasının qərarına əsasən.
BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası “...hava, dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”.

Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə