1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq təşkilatın hüquqi təbiəti



Yüklə 391,8 Kb.
səhifə67/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   63   64   65   66   67   68   69   70   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq təşkilatın hüquqi təbiəti. Yuxarıda qeyd etmişdik ki, beynəlxalq tışkilatlar beynəlxalq hüququn törəmə subyektidir; onların beynəlxalq-hüquqi subyektliyi fuksional xarakter daşıyır. Beynəlxalq təklilatların aşağıdakı əlamətləri vardır:

  1. müqavilə əsasında yaradılır;

  2. müvafiq təşkilati struktura malikdir;

  3. müəyyən məqsəd və vəzifələri vardır;

ç) beynəlxalq hüquq və öhdəliklərə malikdir;

Beləliklə, beynəlxalq təşkilat – müəyyən məqsədləri həyata keçirmək üçün beynəlxalq müqavilə əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv-dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyinə deyilir.


Beynəlxalq təklilatların aşağıdakı növləri vardır:

  1. – üzv-dövlətlərin əhatə dairəsinə görə:

  1. universal təşkilatlar (Birlaşmiş Millətlər Təşkilatı, Beynəlxalq əmək təşkilatı, YUNESKO və b.).

  2. regional təşkilatlar (Avropa Şurası, İslam konfransı təşkilatı, Amirika dövlətləri təşkilatı və b.).

  1. – malik olduqları səlahiyyətlərin həcminə və xarakterinə görə:

  1. ümumi səlahiyyətə malik təşkilatlar (Birlaşmiş Millətlər Təşkilatı, ATƏT, Amirika dövlətləri təşkilatı və b.).

  2. xüsusi səlahiyyətə malik təşkilatlar (Ümumdünya ticarət təşkilatı, Beynəlxalq əmək təşkilatı, Ümumdünya səhiyyə təşkilatı və b.).

  1. – təşkilata daxil olma qaydasına görə:

  1. açıq təşkilatlar (istənilən dövlət onların üzvü ola bilər)

  2. qapalı təşkilatlar (bu təşkilatın üzvlüyünə qəbul təsisçi dövlətlərin dəvəti ilə həyata keçirilir; məsələn, NATO).

  1. Beynəlxalq təşkilatların fuksiyaları. Beynəlxalq təşkilatlar,bir qayda olaraq, aşağıdakı fuksiyaları həyata keçirir:

    1. normayaratma funksiyası:

  • beynəlxalq hüquq normalarının yaradılmasında bilavəsitə iştirak edir;

  • dövlətlərin normayaratma prosesində iştirak edir.

    1. məcəllələşdirmə funksiyası (bax, o cümlədən: BMT Nizamnaməsinin 13-cü maddəsi).

    2. informasiya funksiyası:

təşkil edir:

  • aktual beynəlxalq məsələlərə dair xüsusi materiallar (məruzələr, icmalar, referatlar) nəşr edir.

    1. nəzarət funksiyası:

müvafiq beynəlxalq hüquq normalarının dövlətlər tərəfindən yerinə yetirilməsinə -
bəzi hallarda bu məqsədlə yaradılmış xüsusi orqanlar vasitəsilə - nəzarət edir.

    1. operativ fuksiyalar (öz sərəncamında olan insan və maddi resusların köməyi ilə müəyyən vəzifələri özü həyata keçirir: məsələn, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə BMT əməliyyatları; BMT və ixtisaslaşdırılmış təsisatlar tərəfindən inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərilməsi; kommersiya-istismar fəaliyyəti, maliyyə əməliyyatları və s.).

Hər bir beynəlxalq təşkilat öz təşkilatdaxili münasibətlərini, yəni təşkilatla heyət arasındakı və təşkilatın orqanları arasındakı münasıbətləri nizama salmaq məqsədilə müəyyən hüquqi normalar qəbul edir. Bu normaların məcmusuna beynəlxalq təşkilatın daxili hüququ deyil.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə