(Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi
mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və
qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Belə ki, Russo deyirdi: «Deputat xalqın nümayəndəsi
hesab olunmalıdır. O, seçicilərin müvəkkil olunmuş, səlahiyyətli nümayəndəsidir». Yəni xalq deputatı seçir
və o, xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir. Bu fikirdən «imperativ mandat» prinsipi meydana
gəlir ki, bu, deputatın hüquqi statusunu müəyyən edir. Bu prinsipə görə, deputat onu seçən şəxslərin -
seçicilərin qarşısında məsuliyyət daşıyır. Əgər deputat onların mənafeyinə uyğun hərəkət etməzsə, seçicilər
onu geri çağıra bilər. Əslində imperativ mandat məqsədəuyğun deyil. Çünki parlamentdə qanun qəbul
olunarkən deputat heç də bütün seçicilərin ayrı-ayrılıqda mənafeyini nəzərə ala bilməz.
Başqa bir prinsip «azad mandat» prinsipidir. Bu prinsip alman hüquqşünasları tərəfindən irəli
sürülüb. Mahiyyəti ondan ibarətdir ki, hansı dairədən seçilməsindən asılı olmayaraq deputat bütün xalqın
nümayəndəsidir. Yəni, deputat konkret seçicilərin deyil, xalqın mənafeyini təmsil edir. Prelo azad mandatın
məzmununu aşağıdakı qaydada ümumiləşdirib:
1) bu mandat ümumi hesab olunur. Yəni deputatlar ayrı-ayrı dairələrdən seçilməsinə baxmayaraq,
onlar bütün xalqı təmsil edir;
2) bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən uzaqdır, onu konkret
olaraq nəyisə etməyə məcbur etmək qadağan olunur, deputat seçicilər qarşısında məsuliyyət
daşımır;
3) bu mandat geri çağırıla bilməz;
4) bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur
Bu dörd xüsusiyyət azad mandatın əsas əlamətləridir və müxtəlif Konstitusiya normalarında öz əksini
tapır. Əksər dövlətlərdə, o cümlədən Azərbaycanda da bu mandat tətbiq olunur.
Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan Respublikası
Konstitusiyanın 84-cü maddəsinə görə, deputatın səlahiyyət müddəti Azərbaycan Respublikası Milli
Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5
ildir. Deputatlıqdan çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti
deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 87-ci maddəyə görə, deputatların
səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk iclas günü bitir. Milli Məclisin deputatlıqdan çıxanların
yerinə yeni seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa,
keçirilmir. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur.
«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-cı il 17 may tarixli
Qanunun 4 və 5-ci maddələrində deputatın səlahiyyətləri və fəaliyyət formaları göstərilir. Qanuna görə
deputatın aşağıdakı səlahiyyətləri var:
-
Milli Məclisin iclaslarında iştirak etmək;
-
Milli Məclisin orqanlarına seçmək və seçilmək;
-
qanunvericilik təşəbbüsünü həyata keçirmək;
-
deputat sorğusu vermək;
-
məlumat almaq və yaymaq;
-
toxunulmaz olmaq;
-
Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;
-
vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir:
1) Milli Məclisin iclaslarında iştirak edir;
2) komissiyaların işində iştirak edir;
3) Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir;
4) deputat sorğuları verir;
5) seçicilərlə iş aparır.
Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin deputatı aşağıdakı hallarda mandatdan
məhrum edilir:
-
seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
-
Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul
etdikdə;
-
cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
-
dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa
ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
-
özü imtina etdikdə.
Deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda
onların səlahiyyətləri itirilir. Bu haqda qərarın qəbul olunma qaydası qanunla müəyyən olunur. Belə ki,
1996-cı il 17 may tarixli qanuna görə bu barədə intizam komissiyası rəy verir. Rəyə Milli Məclis növbəti
iclasında baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq səlahiyyətlərinin itirilməsi qaldırılan deputatın
iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə bu haqda qərar qəbul olunur.
1996-cı il 17 may tarixli Qanununa əsasən deputatın hüquq və vəzifələri göstərilir. Deputatın
hüquqları aşağıdakılardır:
1.
Deputatın Milli Məclisin iclaslarında iştirak etmək hüququ və səs hüququ. Deputat müzakirə
olunan məsələ barədə fikrini bildirə, təklif və qeydlərini verə bilər.
2. Deputatın seçmək və seçilmək hüququ. Milli Məclisin sədrinin, sədr müavinlərinin, komissiya
sədrlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini
irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.
3. Deputatın qanunvericilik təşəbbüsü hüququ. Deputat qanunvericilik hüququnu aşağıdakı
formalarda həyata keçirir:
-
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
Dostları ilə paylaş: |