ictimai münasibətlərin müdafiəsi və təmini üzrə dövlət fəaliyyətini nəzərdə tutur:
a) vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğa və hüquq qaydalarına
riayət etməsi;
b) bütün mülkiyyət formalarını bərabər şəkildə müdafiə etmək;
c) ətraf mühitin mühafizəsi və s.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq insan və vətəndaşların
hüququnun tanınması, onlara riayət olunması və müdafiəsi - dövlətin ali məqsədidir. İnsan
doğulduğu andan ona məxsus, ayrılmaz olan təbii hüquq və azadlıqlara malikdir. Dövlət hər
kəsin hüquq və azadlığının məhkəmədə müdafiəsini təmin edir. Cinayətdən və hakimiyyətin
özbaşınalığından zərər çəkən vətəndaşın hüququ qanunla qorunur. Hər bir şəxsin dövlət
hakimiyyəti orqanları və ya onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (yaxud
hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ var.
Azərbaycan Respublikasında xüsusi, dövlət və bələdiyyə mülkiyyət formaları eyni cür
tanınır və müdafiə olunur.
Dövlət hər bir şəxsə ətraf mühitdən faydalanmaq, ekoloji hüquqpozmalar nəticəsində
onların əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsinə hüquq verir.
Nizamlayıcı funksiya ictimai istehsalın təşkilində, ölkə iqtisadiyyatının inkişafında,
şəxsiyyətin formalaşması üçün zəruri şəraitin yaradılmasında dövlətin rolunu xarakterizə
edir. Bu məqsədlə dövlət insanların maddi rifahının və mənəvi inkişafının qayğısına qalaraq,
insanların və cəmiyyətin maraqları naminə təsərrüfat həyatını nizamlayır.
Nizamlayıcı funksiyalara iqtisadi, sosial funksiyaları, vergiqoyma funksiyasını və
vergilərin yığılmasını və s. aid etmək olar.
Dövlətin iqtisadi funksiyası aşağıdakı müddəalarla xarakterizə olunur:
a) iqtisadi siyasətin işlənib hazırlanmasına;
b) dövlət müəssisə və təşkilatlarının idarə edilməsi;
c) qiymət
siyasətinin
və
bazarın
hüquqi
əsaslarının
müəyyən
edilməsi;
ç) dövlətin xarici iqtisadi münasibətlərinin nizamlanması.
Azərbaycan Respublikası demokratik dövlət kimi iqtisadi məkanın vahidliyinə uyğun
olaraq maliyyə vəsaitlərinin, malların və xidmətlərin sərbəst hərəkətinə, rəqabətin
həvəsləndirilməsinə, iqtisadi fəaliyyətin sərbəstliyinə təminat verir.
Dövlətin sosial funksiyası insanın layiqli həyat şəraitinin inkişafını və onun təmin
edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq
Azərbaycan Respublikasında insanların əmək və sağlamlığı mühafizə olunur, təminatlı
minimum əmək haqqı müəyyən olunur, ailələrə (analara, atalara və uşaqlara), əlil və ahıl
vətəndaşlara dövlət himayəsi göstərilir, sosial xidmət sistemləri inkişaf edir, dövlət müavinət
və pensiyaları müəyyən edilir.
Vergiqoyma və vergilərin yığılması - dövlətin mühüm funksiyası hesab olunur. Bu
onunla əlaqədardır ki, dövlət büdcəsi müxtəlif növ vergilərdən, rüsumlardan, yığımlardan və
başqa məcburi ödəmələrdən təşkil olunur. Azərbaycan Respublikasında vergi xidməti
yaradılmış və fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü
maddəsinə uyğun olaraq hər kəs qanunla müəyyən olunmuş həddə vergi və rüsumlar
ödəməlidir.
2. Xarici funksiya dövlətin xarici fəaliyyətində, onun başqa dövlətlərlə qarşılıqlı
münasibətində təzahür edir. Xarici funksiyalara aiddir: qarşılıqlı faydalı beynəlxalq
əməkdaşlıq, xarici hücumlardan dövlətin müdafiəsinin təminatı və başqaları.
Beynəlxalq əməkdaşlıq iki əsas istiqamətdə həyata keçirilir:
a) xarici siyasi fəaliyyət;
b) humanitar sahədə, təbiətin mühafizəsi və digər sahələrdə beynəlxalq iqtisadi
fəaliyyət və əməkdaşlıq.
Azərbaycan Respublikasının xarici siyasi fəaliyyəti bütün ölkələrin dövlət
suverenliyinin, suveren bərabərliyinin tanınması və bunlara hörmət edilməsinə;
bərabərhüquqluluq və onların daxili işlərinə qarışmamağa; ərazi bütövlüyünə və mövcud
sərhədlərin pozulmazlığına hörmətə; zor tətbiq etmək və zorla hədələməkdən, iqtisadi və
başqa metodlarla təzyiq tətbiq etməkdən imtinaya; azlıq təşkil edən xalqlar da daxil olmaqla
insanların hüquq və azadlıqlarına hörmətə; götürdüyü öhdəliklərə və hamılıqla qəbul edilmiş
beynəlxalq hüququn prinsip və normalarının vicdanla yerinə yetirilməsinə əsaslanır.
Azərbaycan Respublikası - 1991-ci ildən BMT-nin, 2001-ci ildən etibarən Avropa
Şurasının üzvüdür. O, bir çox digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
Azərbaycan Respublikasının müdafiə funksiyası Azərbaycanın milli təhlükəsizlik
tələblərinə cavab verən ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanılması
prinsipinə, onun ərazisinin tamlığının və toxunulmazlığının təminatı prinsipinə əsaslanır.
Dövlətin daxili və xarici funksiyaları qarşılıqlı əlaqələndirilir və bir-birini şərtləndirir.
Dövlətin formaları. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu
dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla
həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə
olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.
1. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali
dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə
olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya
bölünür.
Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət
başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya,
bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə
dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə
dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür.
Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu
ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən
formalaşan hökumətə məxsusdur. Parlamentli monarxiyaya tipik misal olaraq müasir Böyük
Britaniyam göstərmək olar.
Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir və ya
təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər.
Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. Hökumətin
təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin
başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi
məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da
hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı
parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi
təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, Italiya prezidenti (parlamentli
respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin
sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların mövqelərində
qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli
Dostları ilə paylaş: |