MÖVZU 2: HÜQUQ SİSTEMİNİN KONSTİTUSİYA ƏSASLARI
P L A N
1. Dövlətin anlayışı. Dövlətin formaları.
2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti.
3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.
4. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi mahiyyəti.
5. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri.
6. Azərbaycan dövlətinin konstitusiya statusu.
7. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri. İnsan və
vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi və hüquqlar.
8. Azərbaycan Respublikası vətəndaşlığı .
9.Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları.
1. Dövlətin anlayışı. Dövlətin formaları.
Dövlət, cəmiyyətin daxili təkamülünün məhsulu olub, obyektiv olaraq, təşkilati
yetkinliyə məruz qalmışdır. Müxtəlif zamanlarda və müxtəlif şəraitdə dövlət cəmiyyəti idarə
edən təşkilati, hökmranlıq mexanizmi kimi çıxış edir. Dövlətin daimi mahiyyəti yoxdur, o,
deyildiyi kimi ibtidai icma cəmiyyətində olmamış, yalnız ibtidai icma cəmiyyətinin final
mərhələsində müxtəlif səbəblərdən, hər şeydən əvvəl yaşamağın yeni təşkilati-əmək
formaları və insanların təkrar istehsalı ilə əlaqədar yaranmışdır. Söhbət təsərrüfat həyatının
təşkilinin yeni formasına keçiddən gedir ki, bu da cəmiyyətin sosial təbəqələşməsinə,
siniflərin meydana gəlməsinə, dövlətin cəmiyyət həyatının yeni təşkilati forması kimi
təşəkkül tapmasına gətirib çıxarır.
Dövlət, cəmiyyətin təşkilati forması kimi bir sıra əlamətlərə malikdir.
Bu əlamətlər aşağıdakılardır:
1. Dövlət orqanlarında təmsil olunan, dövlət hakimiyyəti kimi çıxış edən ictimai
hakimiyyətin xüsusi olaraq mövcudluğu. Onu idarəetmə və məcburetmə vəzifələrini yerinə
yetirən insanların xüsusi təbəqəsi həyata keçirir. İnsanların bu xüsusi təbəqəsi dövlət
hakimiyyətinin səlahiyyətləri verilmiş dövlət aparatını təşkil edirlər, yəni icra üçün məcburi
olan aktları yaratmaq, zəruri hallarda insanların davranışlarını dövlət orqanlarının qəbul
etdiyi qərarlarda öz ifadəsini tapan tələblərə tabe etdirmək üçün dövlət təsirinə əl atmaq
imkanları olur.
2.
Əhalinin ərazi üzrə bölünməsi. Dövlət hakimiyyəti müəyyən ərazi çərçivəsində
həyata keçirilir və bu ərazidə yaşayan bütün insanlara şamil edilir. İbtidai icma cəmiyyətində
insanların hakimiyyətə tabeliyi onların müəyyən qəbiləyə məxsusluğu, yəni qan qohumluğu
əlaqələrindən asılı olmuşdur. Dövlətin əlaməti həmin dövlətin ərazisində olan bütün
insanlara onun hakimiyyətinin təsirilə xarakterizə olunur.
3. Dövlətin suverenliyi, yəni dövlət hakimiyyətinin daxildə və xaricdə hər hansı
digər hakimiyyətdən asılı olmaması. Dövlət suverenliyi dövlətə öz işlərini sərbəst və azad
surətdə həll etmək hüququ verməklə onu başqa əlamətləri ilə bərabər cəmiyyətin digər
təşkilatlarından (məsələn, siyasi partiyalar) fərqləndirir.
4. Bütün dövlət orqanlarının fəaliyyəti hüquq normalarına əsaslanır. Dövlət
cəmiyyətdə yeganə təşkilatdır ki, qanunvericiliyi həyata keçirir, yəni, bütün əhali üçün
məcburi olan qanunlar və digər normativ aktlar qəbul edir.
Dövlətə - sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət aparatına
malik olan cəmiyyətin siyasi hakimiyyətinin xüsusi təşkilatı kimi tərif vermək olar.
Dövlət, onun mexanizmi (dövlət orqanları sistemi) birdəfəlik və həmişəlik olaraq
dəyişməz şəkildə qalmır.
Dövlət onun təşkilatının siyasi forması kimi cəmiyyətin dəyişməsi ilə bərabər dəyişir.
Biz quldarlıq,
feodalizm,
burjua cəmiyyətlərinin
və s. dövlət
mexanizminin
xüsusiyyətlərindən danışa bilərik. Bu dövlətlərin təsnifatına bir növ yanaşmadır, bunlarla
yanaşı başqaları da mövcuddur. Məsələn, avtoritar, totalitar, hüquqi dövlətləri də dövlət
rejiminə görə təsnifləşdirmək olar. Əgər hüquqi dövlət mənən azad, səlahiyyətli insan
şəxsiyyətini tanımağa əsaslanırsa, totalitar dövlətdə insanların şəxsi təşəbbüsü nəzərə
alınmır.
Totalitar dövlət hədd qoyulmadan vətəndaşların şəxsi həyatına öz müdaxiləsini
genişləndirərək, onların bütün fəaliyyətini öz hakimiyyətinin əhatəsinə və məcburi qaydada
tənzimləməyə düçar edir. «Totus» sözü latınca «tam, bütöv» deməkdir. Totalitar dövlət
vətəndaş cəmiyyətini udan hər cür rəzalətə qadir dövlətdir. Belə idarəetmə, bir qayda olaraq,
hakimiyyət bölgüsü mexanizminin olmamasına, sahibkarların inhisarına, təkpartiyalılığa və
s. əsaslanan diktaturada mövcud ola bilər.
Avtoritar dövlət onunla xarakterizə olunur ki, o, cəmiyyətin bütün sferalarına nüfuz
etmir, onun güclü mərkəzləşdirilmiş hakimiyyəti totalitar rejimdə olduğu kimi hər şeyə qadir
deyil. Lakin avtoritar dövlət cəmiyyətin həyat fəaliyyətinin elə sahələrinə müdaxilə edir ki,
demokratik rejim şəraitində dövlət bu işlərə qarışmır. Avtoritarizm adətən, şəxsi diktatura
elementləri ilə birləşir.
Əgər hüquqi dövlət tipi haqqında danışılsa, onun meydana gəlməsi və inkişafı Avropa
ölkələrində XVIII əsr və XIX əsrin sonlarına aid edilir. Hüquqi dövlət quruculuğuna bu gün
respublikamızda da başlanılmışdır. Azərbaycan Respublikasının demokratik, hüquqi,
dünyəvi və unitar dövlət kimi inkişafı aşağıdakıları nəzərdə tutur:
Azərbaycan Respublikasında suverenliyin daşıyıcısı və dövlət hakimiyyətinin yeganə
mənbəyi Azərbaycan xalqıdır;
demokratiya (xalq hakimiyyəti) siyasi və iqtisadi cəhətdən müxtəliflik, çoxpartiyalılıq
əsasında həyata keçirilir;
dövlət, onun orqanları, idarələri, vəzifəli şəxslər bütün cəmiyyətə xidmət edirlər, onun
hər hansı bir hissəsinə yox, insan və vətəndaş qarşısında məsuliyyət daşıyırlar.
insan, onun hüquq və azadlıqları - ali dəyərdir.
dövlət hakimiyyəti sistemi qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölgüsü
ilə səciyyələnir.
Dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakter v məzmunu öz ifadəsini dövlətin
funksiyasında tapır ki, bu da onun fəaliyyətinin əsas istiqamətləri ilə əlaqədardır.
Funksiyanın təsnifatının əsasında dövlətin fəaliyyət sahəsi durur, yəni ictimai
münasibətlərin o sahəsi ki, dövlət ona təsir edir. Bundan asılı olaraq dövlətin funksiyaları
daxili və xarici funksiyalara ayrılır.
1. Daxili funksiya - bu ölkə daxilində dövlət fəaliyyətinin başlıca istiqaməti olub,
dövlətin daxili siyasətini xarakterizə edir. Bunlara aiddir: qoruyucu və nizamlayıcı
funksiya.
Qoruyucu funksiyaların həyata keçirilməsi bütün maddiləşmiş və hüquqla nizamlanan
Dostları ilə paylaş: |