hakimiyyətinin başçısıdır. İcra hakimiyyəti prezidentə mənsubdur. Prezident, icra hakimiyyəti
sahəsində vacib və mühüm səlahiyyətlərə malikdir.
Nazirlər Kabineti icra hakimiyyətini həyata keçirir, dövlət idarəetmə orqanları sisteminə
daxil olan orqanların fəaliyyətinin əlaqələndirilməsini təmin edir, həmin orqanların
fəaliyyətini birləşdirir, istiqamətləndirir və yoxlayır. Nazirlər Kabineti onun tabeliyində olan
icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, onların fəaliyyətinə nəzarət edir.
Azərbaycan Respublikasının Konstitusiyası iqtisadi və sosial inkişafın müxtəlif
sahələrində Nazirlər Kabinetinin əsas səlahiyyətlərini müəyyən edir.
Mərkəzi icra hakimiyyət orqanları dedikdə, nazirliklər, dövlət komitələri, baş idarələr və
digər qurumlar başa düşülür. Bu orqanlar prezidentin fərmanı ilə yaradılır, yenidən təşkil olunur
və ləğv edilir. Məsələn, prezidentin fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. kimi yeni nazirliklər
yaranmışdır. Prezident mərkəzi icra hakimiyyət orqanlarının sisteminin (strukturunun)
təkmilləşdirilməsi və qaydaya salınması üçün vaxtaşırı fərmanlar verir.
Mərkəzi icra hakimiyyəti orqanları içərisində güc strukturları (nazirlikləri) xüsusi rola
malikdir. Söhbət Müdafiə Nazirliyindən, Daxili İşlər Nazirliyindən və Milli Təhlükəsizlik
Nazirliyindən gedir. Bu nazirliklər icra hakimiyyətinə xüsusi güc verir.
Mərkəzi icra hakimiyyəti orqanları özlərinin əsasnamələri əsasında fəaliyyət göstərir.
Əsasnamə onların hayata keçirdikləri fəaliyyətin hüquqi əsasını təşkil edir. Bu hüquqi
sənəddə mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyət və funksiyaları göstərilir, onların
hüquqi statüsü müəyyənləşdirilir.
Yerli icra hakimiyyəti orqanları icra hakimiyyəti orqanlarının (dövlət idarəetmə
orqanlarının) vahid sisteminə daxil olan odandır. Yerli icra hakimiyyəti orqanları dedikdə,
icra hakimiyyəti başçıları başa düşülür. Yerli icra hakimiyyəti başçıları yerlerdə icra
hakimiyyətini həyata keçirirlər. Onları vazifəyə prezident təyin və azad edir. Yerli icra
hakimiyyəti başçıları dövlət idarəetmesini yerlərdə həyata keçirən əsas orqandır. Onların
fəaliyyətinin hüquqi əsasını «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə (1999) təşkil
edir.
Yerli icra hakimiyyəti başçılarının səlahiyyətlari prezident tərəfindən müəyyən edilir.
Onlar prezidentin qarşısında məsuldurlar. İcra hakimiyyət orqanlan dövlət hakimiyyət
səlahiyyetlərine malik olan orqanlardır. Onlar inzibati siyasi, sosial-mədəni və müəyyən dərəcədə
istehsal-əmək fəaliyyətinə rəhbərliyi həyata keçirirlər.
Fiziki şəxslər inzibati hüquq münasibətlərinin subyеkti kimi. İnzibati hüquq
münasibətlərində çıxış edən subyektlərdən biri fiziki şəxslərdir. Bütün fiziki şəxslərin hamisi
üçün inzibati hüquq münasibətlərində iştirak etmək üçün eyni (bərabər) hüquqi imkan
verilmişdir. Belə ki, Konstitusiyada bərabərlik hüququ təsbit olunmuşdur. İrqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən ve digər amillərdən asılı olmayaraq hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir (Konstitusiyanın 25-ci maddəsi). Bu
hüquq bərabərliyi bütün hüquq münasibətlərinə, o cümlədən fiziki şəxslərin inzibati hüquq
münasibətlərində iştirakına da aiddir.
Fiziki şəxslərin inzibati hüquq münasibətlərində iştirak etməsinin müxtəlif halları vardır.
Onlar dövlətin idarə olunmasında iştirak etdikdə, in zibati hüquq münasibəti yaranır. Bu
zaman fiziki şəxslər həmin münasibətin subyektinə çevrilirlər. Fiziki şəxslərin dövlətin idarə
olunmasında iştirak etmək hüququ vardır (Konstitusiyanın 55-ci maddesi).
Fiziki şəxslar dövlət idarəetmə orqanlarına müraciət etdiyi hallarda da inzibati hüquq
münasibəti yaranır. Konstitusiya onlara dövlət orqanlarına müraciət etmək hüququ vermişdir
(Konstitusiyanın 57-ci maddesi). Məsələn, vətəndaş pensiya almaq üçün müvafiq dövlət
orqanına müraciət edir. Başqa misalda vətəndaş yaratdığı müəssisəni dövlət qeydiyyatına
aldırmaq üçün ərizə ilə dövlət orqanına müraciət edir və s.
Fiziki şəxslər dövlət orqanlarında qulluq etdiyi hallarda da inzibati hüquq münasibəti yaranır
və onlar belə halda həmin münasibətin subyektı olurlar. Konstitusiya vətəndaşlara dövlət
orqanlarında qulluq etmək hüququ vermışdir (Konstitusiyanın 55-ci maddasi).
Fiziki şəxslər inzibati hüquq pozuntusu (inzibati xəta) törətdiyi hallarda inzibati
məsuliyyət münasibətinin subyekti olurlar. Bu münasibət isə inzibati hüquq münasibəti
deməkdir. Məsələn, yol hərəkəti qaydalarını pozan sürücü inzibati məsuliyyət münasibətinin
subyekti olur.
İnzibati hüquq münasitbətlərində müxtəlif qurumlar iştirak edə bilər. Dövlət müəssisə va
idarələri həmin qurumlardan biridir. Onlara aiddir: sənaye müəssisələri; rabitə müəssisələri;
nəqliyyat müəssisələri; ticarət müəssisələri; mədəniyyət idarələri; təhsil idarələri və s.
Dövlət idarə və müəssisələrini inzibati hüquq münasibətlərində müdiriyyət təmsil edir.
Müdiriyyət dövlət idarə və müəssisələrini idarə edən orqandır. O, dövlət idarə və
müəssisələrinə rəhbərlik edir. Müdiriyyət idarəçilik funksiyasını yerinə yetirir.
Müdiriyyət vəzifəli şəxslər deməkdir. Müəssisə və idarənin rəhbərləri, struktur bölmə və
hissələrinin (sexlərin, şöbələrin, briqadaların) rəis və müdirləri müdiriyyət anlayışına
daxildirlər. Müdiriyyətə direktor və ya müdir (və yaxud direktorlar şurası) rəhbərlik edir. O,
tabe olduğu idarəetme orqanı qarşısında öz fəaliyyətinə görə məsuliyyət daşıyır.
Dövlət müəssəsə və idarələrindən başqa, inzibati hüquq münasibatlərində kommersiya
təşkilatları, içtimai birliklər və dini qurumlar da subyekt qismində çıxış edə bilərlər.
İcra hakimiyyəti orqanları ayrı-ayrı struktur bölmələrdən (şöbələrdən, idarələrdən) təşkil
olunur. Hər bir struktur bölmə vəzifələrin məcmusudur. Bu vəzifələri tutan şəxslər dövlət
qulluqçuları adlanırlar.
Dövlət qulluqçusu dedikdə, maaşlı dövlət qulluğu vəzifəsini tutan Azərbaycan
Respublikasının vətəndaşı başa düşülür. Ona maaş yalnız dövlət büdcəsi vəsaitindən verilir.
Dövlət qulluğu vəzifəsi stat cədvəlində nəzərdə tutulan və ona uygun olan struktur vahididir.
Dövlət qulluqçusu məhz stat cədvəlində nəzərdə tutulan və göstərilən vəzifəni tutur. Stat
cədvəli isə dövlət orqanının normativ aktı ilə müəyyən edilir.
Dövlət qulluqçuları dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsini təmin
etmək üçün peşəkar fəaliyyetlə məşgul olurlar. Bu fəaliyyətə dövlət qulluğu deyılır.
Dövlət qulluğu dedikdə, dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi
sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi başa düşülür.
Dövlət qulluğu dövlət aparatı işçilərinin fəaliyyəti deməkdir.
Dövlət qulluğu inzibati hüququn əsas anlayışlarından biridir, icra hakimiyyəti daxili
cəhətdən dövlət qulluğu ilə xarakterizə olunur.
Dövlət vəzifəli şəxsləri dövlət qulluqçularının xüsusi qrupunu təşkil edirlər. Dövlət
vəzifəli şəxsləri odur ki, onlar siyasi və ya inzibati vəzifə tuturlar və ya hakimiyyət
səlahiyyətlərinə malik olurlar.
Vətəndaş dövlət qulluğuna daxil olarkən and içir. Andiçimə təntənəli şəraitdə
Azərbaycan Respublikasının Dövlət bayrağı altında Konstitusiyaya əl basmaqla həyata
keçirilir.
Dövlət qulluqçularının hüquqi vəziyyati ilə bağlı məsələlər, habelə dövlət qulluğu
sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər «Dövlət qulluğu
haqqında» qanunla tənzimlənir. Bu qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
İnzibati məsuliyyət. İnzibati xəta və onun tətkibi. Hüquqi məsuliyyətin bir neçə növü
vardır ki, inzibati məsuliyyət bunlardan biridir. İnzibati məsuliyyət şəxslər tərəfindən
törədilən inzibati xətaya (inzibati hüquq pozuntusuna) görə hüquqi məsuliyyət formasıdır.
Məsələn, vətəndaş xırda oğurluq edir. Başqa bir misalda sürücü yol hərəkəti qaydalarını
pozur. Belə hallarda təqsirkar şəxs inzibati məsuliyyətə cəlb edilir və ona müvafiq
meəsuliyyət tədbirləri tətbiq olunur.
İnzibati məsuliyyət dedikdə, inzibati hüquq pozuntusu (inzibati xəta) törətdiyinə
görə təqsirkar şəxsə tətbiq edilən məcburiyyət tədbiri başa düşülür.
İnzibati məsuliyyətin yaranması üçün müəyyən əsasın olması tələb edilir. İnzibati xəta
məhz belə əsas hesab olunur. Buna inzibati məsuliyyətin faktiki əsası deyilir. İnzibati xəta
inzibati hüquq pozuntusu deməkdir. O, hüquq pozuntusunun növlərindən biridir.
İnzibati xəta dedikdə, qanunla (İnzibati Xətalar Məcəlləsi ilə) qorunan ictimai
münasibətlərə qəsd edən hüquqazidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməl
başa düşülür.
İnzibati xətalar vətəndaşların siyasi, sosial və əmək hüquqlarına, əhalinin sağlamlığı,
ətraf muhitin qorunması, yol hərəkəti, rabitə, iqtisadi fealiyyət, ticarət, maliyyə-sığorta,
vergilərin ödənilməsi, gömrük və digər dövlət qaydalarına, ictimai qaydaya, ictimai
təhlükəsizliyə, mülkiyyətə və s. qəsd edir. İnzibati xəta cinayətdən ictimai təhlükəlilik
dərəcəsinə görə fərqlənir.
İnzibati məsuliyyətin yaranması üçün təkcə faktiki əsas, yəni inzibati xətanın özü
kifayət etmir. Bunun üçün həm də hüquqi əsasın olması vacibdir. Hüquqi əsas inzibati xəta
tərkibi adlanır, inzibati məsuliyyətin yaranması üçün həm faktiki əsasın (inzibati xətanın
özü), həm də hüquqi əsasın (inzibati xəta tərkibinin) olması lazımdır.
İnzibati xəta tərkibi dedikdə, törədilmiş əməli inzibati xəta kimi xarakterizə edən və
İnzibati Xətalar Məcəlləsində göstərilən əlamətlərin məcmusu başa düşülür.
İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir:
• inzibati xətanın obyekti;
• inzibati xətanın obyektiv cəhəti;
• inzibati xətanın subyektiv cəhəti;
• inzibati xətanın subyekti.
İnzibati xətanın obyekti dedikdə, qəsdlərdən qorunan ictimai münasibətlər başa
düşülür. Məsələn, vətəndaş öz qonşusunun qiyməti əlli manat olan geyim şeylərini oğurlayır
(oğurlama yolu ilə xırda talama). Belə halda inzibati xəta göz qabağındadır. Onun obyekti
mülkiyyət münasibətidir.
İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici
(görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada törədilir: hərəkət
formasında (məsələn, meşə fondu sahalarində özbaşına ot biçilməsi və mal-qara otarılması və
ya xırda oğurluq və s.); hərəkətsizlik formasında (məsələn, statistik məlumatların
verilməməsi).
İnzibati xətanın subyektiv cəhəti dedikdə, şəxsin inzibati xətanın törədilməsi ilə bağlı
psixi fəaliyyəti başa düşülür. O, inzibati məsuliyyətə səbəb olan amalin daxili tərəfidir. Təqsir
inzibati xətanın subyektiv cəhətinin mühüm hissəsi olub, onun məzmununu əhata edir.
Təqsir dedikdə, şəxsin törətdiyi və inzibati məsuliyyətə səbəb olan əməlinə psixi
münasibəti başa düşülür. Onun iki forması vardır: qəsd (məsələn, zor tətbiq etməklə işçini
tətillərdə iştirak etməyə məcbur etmə və ya meşə fondu torpaqlamı özbaşına tutmaq və s.);
ehtiyatsızlıq.
İnzibati xətanın subyekti dedikdə, qanunla müəyyən edilən yaş həddinə çatmış fiziki
və anlaqlı şəxs, habelə hüquqi şəxs başa düşülür. Fiziki şəxslər yalnız o halda inzibatı
rnəsuliyyətə cəlb edilə bilərlər ki, inzibati xəta törədərkən onlann on altı yaşı tamam olsun.
Diğər tərəfdən yalnız anlaqlı şəxslər inzibati xətanın subyekti ola bilərlər. İnzibati xəta
törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, inzibati məsuliyyətə cəlb edilmir. Anlaqsız
vəziyyətdə olmaq dedikdə, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,
kəmağıllılıq və başqa psixi xəstəlik nəticəsində fiziki şəxsin öz əməlinin faktiki xarakterini
və ictimai təhlükəsizliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmaması başa
düşülür.
Hüquqi şəxsler də inzibati xətanın subyekti ola bilər. Onlar inzibati xətalara görə inzibati
rnəsuliyyətə cəlb edilir.
İnzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda təqsirkar şəxsə inzibati tənbeh
tətbiq edilir.
İnzibati tənbeh və onun növləri. İnzibati tənbeh dövlət məcburiyyət tədbiri olub,
törədilmiş inzibati xətaya görə təqsirkar şəxşə tətbiq olunur. Onun iki əsas məqsədi vardır:
xüsusi xəbərdaredici məqsəd;
umumi xəbərdaredici məqsəd.
İnzibati tənbehin xüsusi xəbərdaredici məqsədi inzibati xəta törədən şəxsi qanunlara
əməl etmək ruhunda tərbiyələndirməkdən, habelə onun tərəfindən yeni inzibati xəta
töredilməsinin qarşısını almaqdan ibarətdir.
İnzibati tənbehin umumi xəbərdaredici məqsədini isə cəmiyyət üzvlərinin yeni inzibati
xəta törətmələrinin qarşısını almaq təşkil edir.
Qanunda (İnzibati Xətalar Məcəlləsində) nəzərdə tutulan inzibati xəta törətmiş
şəxsi cəzalandırmaq üçün tətbiq edilən məsuliyyət tədbirinə inzibati tənbeh deyilir.
İnzibati tenbəhin növləri İnzibati Xətalar Məcəlləsinin 23-cü maddəsində nəzərdə
tutulmuşdur. Burada onların qəti və dəqiq siyahisi verilir.
Xəbərdarlıq inzibati tənbehin növlərindən biridir. Hüquqazidd əməlin yolverilməzliyi
barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirə xəbərdarlıq deyilir. Xəbərdarlıq yazılı
formada edilir.
İnzibati cərimə inzibati tənbehin növlərindən biri sayılır. İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən
və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğinə inzibati cərimə deyilir.
İnzibati cərimə bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsinə mədaxil
olunur.
Müsadirə təqsirkar şəxsə tətbiq edilən inzibati tənbeh növlərindən biridir. Müsadirə
dedikdə, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın
törədilməsində alət olmuş və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin məcburi
qaydada və əvəzsiz (ödənişsiz) dövlət mülkiyyətinə keçməsi başa düşülür.
İnzibati həbs ən kəskin inzibati tənbeh tədbiridir. Bu tədbir ayrı-ayrı inzibati xəta
növlərinə görə (məsələn, xırda oğurluğa görə) müstəsna hallarda tətbiq olunur. İnzibati həbs
15 günədək müəyyən edilir. Bəzi kateqoriya şəxslər üçün inzibati həbsin tətbiq edilməsinə
yol verilmir. Həmin şəxsləra aiddir: hamilə qadınlar, himayəsində azyaşlı uşaq olan qadınlar,
on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup elillər, altmış yaşına çatmış
qadınlar, altmış beş yaşına çatmış kişilər.
Bunlardan başqa, təqsirkar şəxslərə digər inzibati tənbeh növləri də tətbiq edilə bilər.
İnzibati tənbehin digər növləri İnzibati Xətalar Məcəlləsində göstərilmişdir.
Xəbərdarlıq, inzibati cərima və ya inzibati həbs əsas inzibati tənbeh növləridir. Müsadirə
və diğərləri isə həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
İnzibati xətalar haqqında işlərə yalnız səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxa
bilər. Həmin orqanlara (vəzifəli şəxslərə) aiddir: rayon (şəhər) məhkmələri, yetkinlik yaşına
çatmayanların işləri üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanları (vəzifəli şəxslər).
Qeyd:
1.
«İnzibati» sözünün rus dilinda qarşılığı kimi «адmинисtраtивное» ifadasi işlədilir.
«адmинисtраtивная» sözü latınca «idara» manasını bildirir.
2.
Oğurlanmış əmlakın dəyəri şərtı maliyyə vahidinin otuz mislindən yuxarı olmadıqda,
bu, xırda oğurluq hesab edilir.
Dostları ilə paylaş: |