yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın
yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir.
Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən
edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan
şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin
edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza
növləri təyin edilir:
1. cərimə;
2. ictimai işlər;
3. islah işləri;
4. müəyyən müddətə azadlıqdan məhrum etmə.
Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan
yetkinlik yaşına çatmayan məhkuma təyin edilir.
İctimai işlər qırx saatdan yüz altmış saatadək müddətə təyin olunur və yetkinlik yaşına
çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi
işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti gündə iki və ya üç saatdan çox ola bilməz.
Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir.
Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən
iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
Məhkəmə, yetkinlik yaşına çatmayanın yenidən tərbiyə və islah edilməsinin cəmiyyətdən
təcrid edilmədən mümkün olmamağını yəqin etdikdə, ona azadlıqdan məhrum etmə növündə cəza
tətbiq edir. Məhkəmənin təyin etdiyi bu cəza növünün maksimal müddəti on ildən çox ola bilməz.
Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:
1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum
olunmuş yetkinlik yaşına çatmayan oğlanlar - ümumi rejimli tərbiyə müəssisələrində;
2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan
oğlanlar - möhkəm rejimli tərbiyə müəssisələrində.
Yetkinlik yaşına çatmayan məhkum xüsusi təhlükəli residivist hesab oluna bilməz. Cəzadan
şərti olaraq vaxtından əvvəl azad etmə onlara, böyüklərə nisbətən daha çox tətbiq olunur. Belə
şəxslərə cəza təyin edərkən məhkəmə, onların yetkinlik yaşına çatmamalarını yüngülləşdirici hal
kimi nəzərə almalı, psixi inkişaf səviyyələrini, onların şəxsiyyətlərinin digər xüsusiyyətlərini və
kənar şəxslərin onlara təsirini nəzərdən qaçırmamalıdır. Yetkinlik yaşına çatmayanlara böyüklər
üçün qanunvericilikdə nəzərdə tutulanlarla müqayisədə ən yüngül cəza təyin edilir, həmçinin şərti
məhkum etmə və cəzanın icrasını təxirə salma kimi yüngülləşdirici hallardan onlara aid işlərdə daha
çox tətbiq olunur.
Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət
etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab
edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Cinayət Məcəlləsinin 88.2.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara aşağıdakı
tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:
1. xəbərdarlıq;
2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının
nəzarətinə vermək;
3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq
və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.
Qanunvericilik, belə şəxslərə eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsinə icazə verir.
Əgər yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq
yerinə yetirmirsə, onda, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və
materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə
göndərilir.
5. Əməlin cinayət olmasını aradan qaldıran hallar
Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti zahirən cinayətə bənzəsə də əslində,
onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər, konkret vətəndaşların şəxsi və ictimai
mənafelərini və digər vətəndaşların hüquqlarını cinayətkar qəsdlərdən müdafiəsi üçün törədildiyinə
görə nəinki cinayət hesab olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən
müdafiə edilir.
Bir çox cinayət hüquq ədəbiyyatlarında oxşar hallar əməlin ictimai - təhlükəliliyini və qeyri-
hüquqiliyini istisna edən və aradan qaldıran hallar kimi xarakterizə edilsələr də, Azərbaycan
Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində onlar «Əməlin cinayət olmasını aradan
qaldıran hallar» adı altında təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 36-40-cı maddələrini əhatə
edən bu hallara zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması, son zərurət, əsaslı risk, əmrin və
ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir.
Hüquq nəzəriyyəçiləri tərəfindən çox zaman ictimai - faydalı əməl kimi qiymətləndirilən
zəruri müdafiədən Cinayət Məcəlləsinin 36- cı maddəsində bəhs olunur. Orada göstərilir ki, zəruri
müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və
hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli
qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılır. Belə
hərəkət, şəxsin qanunda nəzərdə tutulan üsullarla öz hüquqlarını müdafiə etməsi kimi ayrılmaz
hüququndan, yəni zəruri hüququndan irəli gəlməklə cəmiyyətdə hüquq qaydalarının və
qanunçuluğun möhkəmlənməsində mühüm amilə çevrilmişdir. Respublikamızda bütün şəxslər peşə
və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq zəruri müdafiə hüququna
malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək,
habelə ictimai təhlükəli qəsdən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
Zəruri müdafiənin hüquqilik şərtləri qanunla ciddi təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun
gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Məsələn, zəruri
müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri olan tədbirləri aşmaqla adam
öldürməyə görə şəxs, Cinayət Məcəlləsinin 123-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilir. Lakin
belə hallarda, qanun, müvafiq cinayətlərin digər növlərinə nisbətən daha az ciddi cəza müəyyən
etmişdir.
Cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin tutulması da əməlin kriminallığını, yəni
cinayət olmasını aradan qaldıran hal kimi göstərilir. Cinayət törətmiş şəxsin tutulması dedikdə, belə
şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin
qarşısının alınması məqsədi ilə tutulması başa düşülür. Belə şəxsin tutulduğu zaman ona zərər
yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə
verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılır. Lakin bu
zaman təqsirkarın tutulması üçün tətbiq edilən üsul və vasitələr törədilmiş əməlin və təqsirkarın
ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməli və zərurət
olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulmamalıdır. Cinayət törətmiş şəxsin tutulması
ədalət mühakiməsi orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin etdiyinə görə
ictimai faydalı əməl hesab olunur. Cinayətkarın tutulması hüququna bütün vətəndaşlar malikdirlər.
Polis orqanlarında işləyənlərin isə, bu əsas vəzifələrindən biridir.
Son zərurət - qanunla qorunan digər mənafelərə zərər vurmaq yolu ilə daha mühüm zərərin
qarşısının alınması üçün şəxsin düşdüyü vəziyyətdir. Cinayət Məcəlləsinin 38-ci maddəsinə müvafiq
olaraq, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və
hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan
Dostları ilə paylaş: |