idarəetmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma kimi cəzalar aiddir.
Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə cəza növləri isə, həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
Cinayət Məcəlləsinin 44-57-ci maddələrində ayrı - ayrılıqda bu cəza növlərindən bəhs
olunur.
1. Cərimə cinayət qanunu (Cinayət Məcəlləsi) ilə müəyyən edilmiş hallarda və məbləğdə
məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. O həm əsas, həm də əlavə cəza kimi
tətbiq edilən cəza növüdür.
Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum əmək haqqı
məbləğinin yüz mislindən beş min mislinədək miqdarda müəyyən olunur.
Cəriməni ödəməkdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri və ya
müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət
Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin
xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən
beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum
etmə cəzası məhkəmələr tərəfindən yalnız əlavə cəza kimi tətbiq edilir.
3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
dövlət orqanlarında, yerli özünü idarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret
peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza
növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək
müddətə təyin edilir.
4. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı
ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə
işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində
saatdan çox ola bilməz. Şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli boyun qaçırdıqda, ictimai
işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz
edilir.
İctimai işlər birinci və ikinci qrup əlillərə, hamilə qadınlara, himayəsində səkkiz yaşınadək
uşağı olan qadınlara, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi xidmətə çağırış üzrə müddətli
həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq oluna bilməz.
Qanunvericiliyə əsasən, ictimai işlər yalnız əsas cəza kimi tətbiq edilir.
5. Cinayət Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq, ağır və ya xüsusilə ağır cinayət
törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın
şəxsiyyətini və işin digər hallarını nəzərə olaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri
addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə
xüsusi
və
ya
hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.
Bu cəzanın xüsusiyyəti məhkuma mənəvi təsir göstərmək və onu hərbi, xüsusi rütbə və fəxri
adların sahibi olan şəxslər üçün təyin edilmiş mümkün imtiyaz və üstünlüklərdən məhrum etməkdə
təzahür edir.
Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzası yalnız
əlavə cəza kimi tətbiq edilir.
6. İslah işləri əsas cəza növü olmaqla iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza
məhkumun iş yeri üzrə çəkilir.
İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək
məbləğdə pul tutulur. Şəxsin cəzanı çəkmədən qəsdən boyun qaçırması, məhkəmə tərəfindən ona
digər cəza növlərinin - azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum
etmə kimi cəzaların tətbiqinə səbəb olur.
7. Hərbi xidmət üzrə məhdudlaşdırma məhkəmə tərəfindən yalnız əsas cəza kimi, tətbiq
edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət
keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi
qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa
cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi
hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək
müddətə tətbiq edilir. Bu cəza növünə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə
beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
8. Əmlak müsadirəsi yalnız əlavə cəza kimi tətbiq edilməklə məhkumun cinayət törədərkən
istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi
qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir. Məhkum və onun
himayəsindəki şəxslər üçün zəruri olan və cəzaların icrası haqqında qanunvericiliklə
müəyyən edilən əmlak müsadirə edilə bilməz.
Əmlak müsadirəsi yalnız qanunda nəzərdə tutulmuş hallarda təyin olunur.
9.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar
ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra,
törədilmiş
cinayətin
xarakteri
və
ictimai
təhlükəlilik
dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə
təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə
alınmaqla tətbiq edilə bilər.
Cinayət Məcəlləmin 52.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından
kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir:
1) barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının
ərazisində daimi yaşayan şəxslərə;
2) barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının
vətəndaşı ilə nikahda olan şəxslərə;
3) Azərbaycan Respublikasında doğulmuş şəxslərə;
4) valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə;
5) qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq
verilmiş şəxslərə;
6) himayəsində, yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət qabiliyyəti olmayan və ya
I və II qrup əlili olan şəxslərə;
7) məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə
ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü yalnız əlavə
cəza kimi tətbiq edilir.
10. Azadlığın məhdudlaşdırılması əsas növü olmaqla, ittiham hökmü çıxarılanadək on səkkiz
yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında
xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.
Azadlığın məhdudlaşdırılması məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə bir
ildən üç ilədək müddətə, ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə isə bir
ildən beş ilədək müddətə təyin edilir. Qanunvericiliyə əsasən bir sıra şəxslərə - birinci və ikinci qrup
əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, qocalığa görə pensiya yaşına
çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara bu cəza
növü tətbiq edilə bilməz.
11. Cinayət qanunvericiliyində intizam xarakterli hərbi hissədə saxlama əsas cəza növü kimi
nəzərdə tutulmuşdur. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza 3 aydan 2
Dostları ilə paylaş: |