ilədək müddətə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, həmçinin kontrakt
(bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara
tətbiq edilir, bir şərtlə ki, onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət
müddətini başa vurmamış olsunlar.
Bu cəza növünün hüquqi mahiyyəti, məhkumun müəyyən müddətə məcburi olaraq intizam
xarakterli hərbi hissəyə göndərilməsindən və orada islah edilməsindən ibarətdir.
Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz
edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama
cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
12. Cinayət Məcəlləsinin 55-ci maddəsində əsas cəza növü kimi müəyyən müddətə azadlıqdan
məhrum etmə cəzasından bəhs olunur.
Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun koloniya - məntəqəyə, ümumi, ciddi
və xüsusi rejimli islah koloniyasına və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən
təcrid olunmasından ibarətdir.
Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan on beş ilədək müddətə müəyyən
edilir. Lakin cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin
qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi on beş ildən,
hökmlərin məcmusu üzrə isə iyirmi ildən artıq ola bilməz.
13. Azərbaycan Respublikası ölüm cəzasının ləğv olunması ilə əlaqədar 10 fevral 1998-ci il
tarixli qanunu qəbul etməklə beynəlxalq aləmdə özünün demokratik, dünyəvi və hüquqi
dövlət olduğunu bir daha sübut etdi.
Əsas cəza növü kimi ömürlük azadlıqdan məhrum etmə də məhz bu qanunla respublikamızın
cinayət qanunvericiliyinə daxil edildi.
Qanunvericilik yalnız sülh və bəşəriyyət əleyhinə, müharibə cinayətləri ilə əlaqədar,
şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə bu cəza növünün
tətbiqinə yol verir. Lakin qanunvericilik burada da humanizm prinsipindən çıxış edərək ömürlük
azadlıqdan məhrum etmə cəzasını müəyyən kateqoriya şəxslərə - qadınlara, cinayət törədərkən on
səkkiz yaşı tamam olmayanlara, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə
tətbiqini qadağan edir.
Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan
məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən cəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi
müddətə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha
lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən
müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl
azad edə bilər.
MЮВЗУ 8: ИНЗИБАTИ ЩЦГУГУН ЯСАСЛАРЫ
П Л А Н
1. Инзибаtи щцгугун анлайышы, предmеtи вя mеtоду
2. Инзибаtи щцгугун mянбяйи вя сисtеmи
3. Инзибаtи щцгуг mцнасибяtляри вя онларын субйекtляри
4. Физики шяхсляр инзибаtи щцгуг mцнасибяtляринин субйекtи киmи
5. Инзибаtи mясулиййяt. Инзибаtи хяtа вя онун tяркиби
6. Инзибаtи tянбещ вя онун нювляри
İnzibati hüququn anlayışı, predmeti, metodu. Hakimiyyətin bölgüsü prinsipinə görə
icra hakimiyyəti dövlət hakimiyyətinin üç əsas sahəsindən (qolundan) biridir. İcra
hakimiyyətinin səlahiyyətlərini dövlət orqanları həyata keçirir. Söhbət prezidentdən, Nazırlər
Kabinetindən, nazirliklərdən va digər dövlət hakimiyyət orqanlarından gedir. Bu orqanlar hər
şeydən əvvəl, dövlət idarəcilik (idaraetmə) fəaliyyəti ilə məşğul olurlar. Dövlət idərəçiliyinin
obyekti rolunda iqtisadiyyat, elm, madəniyyət, təhsil, səhiyyə, müdafiə, vətəndaşların
hüquqlarının qorunması, hüquq qaydası va digər məsələlər çıxış edir. Həmin orqanlar bu
məsələlər üzrə dövlət idərəçiliyini həyata keçirirlər. Onlar bununla icra fəaliyyati ilə məşgul
olurlar. Bələ ki, göstərilən orqanlar qanunları icra edir, onların göstərişlərini həyata keçirirlər.
Digər tərəfdən icra hakimiyyətini həyata keçirən orqanlar sərəncam vermək fəaliyyəti ilə də
məşğul olurlar. Onlar özündən aşağı olan dövlət orqanları üçün məcburi sərəncamlar vərirlər.
Dövlət icra hakimiyyət orqanlarının idarəcilik, icra və sərəncam fəaliyyətinin həyata
keçirilməsi, bir sözlə, icra hakimiyyəti orqanlarının təşkili va fəaliyyəti prosesində müəyyən növ
içtimai münasibətlər əmələ gəlir. Bu münasibətlər hüquq normaları ilə nizama salınır. Həmin
normaların sistemi və macmusu inzibati hüquq adlanır.
İnzibati hüquq dedikdə, icra hakimiyyət orqanlarının təşkili, habelə bu orqanların
idarəcilik, icrə və sərəncam fəaliyyəti prosesində əmələ gələn ictimai münasibətləri
tənzimləyən hüquq normalarının sistemi başa düşülür.
İnzibati hüquq dövlət idarəetməsi (idarəçiliyi) sahəsində yaranan münasibətləri
tənzimləyən hüquq normalarının sistemi deməkdir. Buna göra onu bəzən «idarəetme
hüququ» və ya «idarəcilik hüququ» da adlandırırlar.
İcra hakimiyyəti orqanlarının təşkili ve fəaliyyəti
prosesində
müəyyən
ictimai
münasibətlər əmələ gəlir. Məhz bu münasibətlər inzibati hüququn predmetini təşkil edir.
Həmin münasibətlər həm icra hakimiyyəti orqanlarının öz aralarında (yuxarı və aşağı orqanlar
arasında), həm də bu orqanlarla vətəndaşlar arasında yaranır. İnzibati hüququn predmetini
dövlət idarəetməsi (idarəçiliyi) səhəsındə əmələ gələn münasibətlər təşkil edir. Onlar
hakimiyyət-tabeçilik münasibətləridir. Gösterilən münasibətlərin bir tərəfində hökmən və
mütləq icra hakimiyyət orqanı (vəzifəli şəxs) çıxış edir.
İnzibati hüququn metoduna gəldikdə isə qeyd etmək lazımdır ki, hakimiyyət təsiri
(hakimiyyət və tabeçilik) bu hüquq sahəsində əsas metod sayılır. Bu metodun mahiyyəti idarə
olunan subyektlərin iradəsinə və davranışına hakimiyyət tərəfindən təsir göstərilməsindən
ibarətdir. Belə halda həmin subyektlər idarə edən subyektin sərəncamını şərtsiz yerinə
yetirirlər.
İnzibati hüquqda həm də məcburetmə metodundan istifadə olunur. Bu metodun
mahiyyəti inzibati hüquq pozuntusuna (inzibati xətaya) görə inzibati məsuliyyət tədbirinin
tətbiq edilməsindən ibarətdir.
İnzibati hüququn mənbəyi və sistemi. İcra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti
prosesində yaranan içtimai münasibətlər hüquq normaları ilə tənzimlənir və qaydaya salınır.
Həmin normalar inzibati hüquq normaları adlanır. Bu normalar zahirən rəsmi dövlət
sənədlərində (məsələn, prezident fərmanlarında, ayrı-ayrı qanunlarda və s.) ifadə olunur.
Göstərilən sənədlərə inzibati hüququn mənbəyi deyilir.
İnzibati hüququn əsas mənbəyi Azərbaycan Respublikasının Konstitusiyası hesab edilir.
Konstitusiya icra hakimiyyətinin səlahiyyət və funksiyalarını müəyyən edir.
Azərbaycan Respublikasının qanunları inzibati hüququn mühüm mənbə növlərindən
biridir. Söhbət dövlət idareçiliyinin (idarəetməsinin) əsas sahələri barədə (təhsil haqqında,
əhalinin sağlamlığı barədə, idman barədə, polis barədə, daxili qoşunlar barədə, müdafiə
barədə və s.) qəbul edilən qanunlardan gedir. Bu qanunlar dövlət idarəçiliyinin müxtəlif
sahələrində əmələ gələn münasibətləri tənzimləyir, dövlət mexanizmində icra hakimiyyət
orqanlarının yerini müəyyənləşdirir.
Dostları ilə paylaş: |