Prezident fərmanları inzibati hüququn mənbəyi sayılır. Prezident fərmanları ilə köhnə
dövlət orqanları ləğv edilir və onların yerinə yeni dövlət orqanları yaradılır, bu orqanların
funksiyaları müəyyənləşdirilir. Prezident mərkəzi icra hakimiyyət orqanlarının rəhbərlərini –
nazirləri, habelə yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarını vəzifəyə təyin edir. Prezident
nazirliklərin (məsələn, Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və s.) əsasnamələrini təsdiq
edir.
Nazirlər Kabinetinin qərarları ayrı-ayrı dövlət orqanlarının fəaaliyyətini tənzimləyir,
onların səlahiyyətlərini müəyyən edir. Məsələn, Nazirlər Kabinetinin müvafiq qərarları ilə
Azərbaycan Dövlət Dəmir Yolunun, Bakı Beynəlxalq Ticarət Limanının, Xəzər Gəmicilik
İdarəsinin, «Azal» Dövlət Konserninin və s. əsasnamələri təsdiq edilmişdir.
Mərkəzi icra hakimiyyət orqanlarının (nazirliklərin və dövlət komitələrinin) normativ
aktları (təlimat, əmr və s.) inzibati hüququn mənbəyidir. Bu aktlar qanunların, prezident
fərmanlarının və Nazirlər Kabinetinin qərarlarının icrası qaydasını müəyyənləşdirir.
Bələdiyyələrin (yerli özünüidarəetmə orqanlarının) normativ xarakterli aktları inzibati
hüququn mənbəyi hesab edilir. Bu aktlar yerli əhəmiyyətli məsələlərin (yerli əhəmiyyətli
iqtisadi, sosial, ekoloji və digər məsələlərin) həll olunması üçün qəbul edilir.
Yerli icra hakimiyyət orqanlarının normativ xarakterli aktları inzibati hüququn
mənbəyi hesab edilir. Söhbət rayon (şəhər) icra hakimiyyəti başçılarının vərdikləri
sərəncamdan gedir. Bu sərəncamlar iqtisadiyyatın, sosial və mədəni sahələrın inkişafının
təmin edilməsinə yönəlir.
İnzibati hüququn mənbələri arasında məcəllələşdirilmiş aktlar mühüm yer tutur. Söhbət
her şeydən əvvəl, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən gedir. Bu mə-
cəllə 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Məcəllələşdirilmiş aktlar içərisində
Azərbaycan Respublikası Vergi Məcəlləsi vacib rola malikdir. Bu məcəllə 2001-ci il
yanvarın 1-dən qüvvəyə minmişdir.
İnzibati hüququn sistemi iki hissədən ibarətdir: ümumi hissədən; xüsusi hissədən.
Umumi hissə odur ki, bu hissəyə daxil olan inzibati hüquq normaları dövlət idarəetməsinin
(idareçiliyinin) bütün sahələrini nizamlayır. Umumi hissənin normaları inzibati hüququn
subyektlərini, dövlət idarəetmə prinsiplərini, icra hakimiyyəti orqan!arının sistemini va bu
orqanların fəaliyyətinin forma və metodlarını və umumi xarakterli digər məsələləri muəyyən
edir.
Xüsusi hissə odur ki, bu hissəyə daxil olan inzibati hüquq normaları ayrı-ayrı idarəetma
sahələrindəki ictimai münasibətləri tənzimləyir. Bu münasibatlərə daxildir: maliyyə
idarəetmasi sahəsində münasibətlər; gömrük idarəetməsi sahəsində münasibatlər; vergi
idarəetməsi sahəsındə münasibətlər; səhiyyə idarəetmesi sahəsində münasibətlər; təhsil
idarəetməsi sahəsində münasibətlər; madaniyyet idareetmesi sahesinda münasibatler;
müdafie va milli tehlükesizlik idarəetməsi sahəsində münasibətlər və s.
İnzibati hüquq münasibətləri və onların subyektləri. İcra hakimiyyət orqanlarının
fəaliyyəti prosesində, ayrı-ayrı dövlət idarəetmə sahələrində müxtəlif ictimai münasibətlər
əmələ gəlir. Bu münasibətlər yuxarı dövlət idarəetmə (icra) orqanları ilə aşağı dövlət
idarəetmə orqanları arasında, habelə həmin orqanlarla təşkilat və vətəndaşlar arasında
yarana bilər. Həmin münasibatlər hüquq normaları ilə tənzimlənərək inzibati hüquq
münasibətləri formasını alır.
İnzibati hüquq münasibatləri dedikdə, icra hakimiyyati orqanlarının fəaliyyəti
prosesində, dövlət idarəetma sahələrində yaranan və hüquq normaları ilə
tənzimlənən ictimai münasibətlər başa düşülür.
İnzibati hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Buna görə də o, öz daxili
quruluşuna (strukturuna) görə üç elementdən (tərkib hissesindən) ibarətdir.
Məzmun inzibati hüquq münasibətinin elementlərindən biridir, inzibati hüquq
münasibətinin məzmunu dedikdə, subyektlərin hüquq və vəzifələri başa düşülür. Subyektlər
qarşılıqlı olaraq hüquqlara malik olub, vəzifələr daşıyırlar. Məhz qarşılıqlı hüquq və
vəzifələrin olması dövlət idarəetmə prosesinin qurulmasına imkan verir.
Obyekt inzibati hüquq münasibətinin elementlərindən biridir, inzibati hüquq
münasibətinin obyekti rolunda icra hakimiyyət orqanlarının fəaliyyəti və onların davranışı
çıxış edir. Məhz həmin fəaliyyət və davranışla bağlı olaraq inzibati hüquq münasibəti əmələ
gəlir.
Subyektlər inzibati hüquq münasibətinin elementləri sırasına daxildir. İnzibati
hüquq münasibətinin subyektləri dedikdə, həmin ınünasibətdə çıxış edən iştirakçılar başa
düşülür. Onlar hüquqlara malik olub, vəzifələr daşıyırlar.
İcra hakimiyyəti (dövlət idarəetmə) orqanı inzibati hüquq münasibətinin məcburi və
labüd subyektidir. Bu, o deməkdir ki, inzibati hüquq münasibtinin tərəflərindən biri hökmən
və mütləq icra hakimiyyət orqanı olmalıdır. Vətəndaş və təşkilatlar bu və ya digər məsələni
həll etmək üçün məhz həmin orqana müraciət edirlər. Məsələn, müvafiq qurumu dövlət
qeydiyyatına götürmək üçün təsisçi (vətəndaş) dövlət orqanına (Ədliyyə Nazirliyinə) müraciət
edir. Bu zaman inzibati hüquq münasibətinin bir tərəfində icra hakimiyyət orqanı çıxış edir.
Vətəndaşın nikaha daxil olması qeydiyyata alınan hallarda da yaranan inzibati hüquq
münasibətinin bir tərəfində icra hakimiyyati orqanı iştirak edir. Vətəndaş pensiya almaq üçün
müraciət edandə də belə vəziyyət yaranır.
İnzibati hüquq münasibəti subyektlərinin dairəsi kifayət qədər genişdir. Onlara aiddir.
• icra hakimiyyət orqanlan;
• fiziki şəxslər;
• müəssisə, təşkilat, idarə və içtimai birliklər.
İcra hakimiyyəti orqanları inzibati hüquq münasibətlərinin əsas və başlıca subyekti hesab
olunur. İcra hakimiyyəti orqanları dedikdə, dövlət idarəetmə orqanları başa düşülür. Bu
orqanlar dövlət idarəetmesi sahəsində fəaliyyət göstərir.
Dövlət idarəetməsi dedikdə, dövlət orqanlarının icra və sərəncam fəaliyyəti başa düşülür.
Onun əsas təyinatı qanunları və digər qanunvericilik aktlarını icra etməkdən, yeni həyata
keçirməkdən ibarətdir. Dövlət idarəetməsi dövlət işlərinin idarə edilməsinin başlıca sahəsidir.
Onu dövlət idarəetmə orqanları həyata keçirir.
Dövlət idarəetme orqanları zahirən icra hakimiyyətini təmsil edir. İcra hakimiyyəti
məhz bu orqanların vasitə və köməyi ilə həyata keçirilir. Buna görə dövlət idarəetme
orqanlarını həm də icra hakimiyyət orqanları adlandırırlar. Onlar eynimənalı (sinonim)
anlayışlardır. Digər tərəfdən dövlət idarəetmə orqanlarının əsas və başlıca funksiyası
qanunları və digər qanunvericilik aktlarını (məsələnn, prezident fərmanlarını, Nazirlər
Kabinetinin qərarlarını və s.) icra etməkdan ibarətdir.
Dövlət idarəetmə orqanları (icra hakimiyyəti orqanları) müəyyən sistem halında
birləşməsidir. Həmin sistemə aiddir:
• prezident;
• Nazirlər Kabineti;
• mərkəzi icra hakimiyyəti orqanları;
• yerli icra hakimiyyəti orqanları.
Prezident dövlət idarəetme (icra hakimiyyəti) orqanlarına rəhbərlik edir. O, icra
Dostları ilə paylaş: |