məsuliyyətin yaranmasının zəruri şərtidir.
Motiv - subyektin cinayət törətdiyi zaman rəhbər tutduğu, dərk olunmuş daxili arzusunun
şərtləndirilmiş tələbatı və maraqlarıdır.
Məqsəd - şəxsin cinayət törətdiyi zaman gələcək nəticənin əldə edilməsi üçün göstərdiyi
cəhdin təfəkkür modelidir.
Təqsir əqli və iradi elementləri özündə əks etdirən psixoloji məzmuna malikdir. Təqsirin əqli
elementi iki amillə xarakterizə olunur: əməlin ictimai - təhlükəli xarakterinin dərk edilməsi və onun
ictimai-təhlükəli nəticələrinin qabaqcadan görülməsi. İradi element cinayətin subyektinin
psixikasında baş verən iradəvi proseslərlə xarakterizə olunur: şəxs ictimai-təhlükəli nəticələrin baş
verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud da ictimai-təhlükəli nəticələrin
qarşısının alınmasına yüngül fıkirliliklə ümid bağlayır.
Subyektin psixikasında baş verən əqli və iradi proseslərin intensivliyi və məzmunundakı fərq,
təqsirin forma və növlərə bölgüsünə əsaslanır. Təqsirin forması dedikdə, şəxsin psixikasında baş
verən və onun, cinayətin obyektiv xüsusiyyətlərinə münasibətini aşkara çıxaran əqli və iradi
proseslərin qanunvericilik tərəfindən əlaqələndirilmiş anlayışı başa düşülür. Cinayət qanunvericiliyi
təqsirin iki formasını - qəsd və ehtiyatsızlıq formalarını fərqləndirir. Öz növbəsində, nəzəriyyə və
praktikada qəsdin birbaşa və dolayı, ehtiyatsızlığın isə, cinayətkarcasına özünə güvənmə və
cinayətkarcasına etinasızlıq növlərinə rast gəlinir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinin 2-ci hissəsinə əsasən, şəxs
öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli olduğunu dərk etmiş, onun ictimai
təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir-başa
qəsdlə törədilmiş hesab olunur. Məsələn, qəsdən adam öldürmə, oğurluq, soyğunluq və s.
Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddəsinin 3-cü hissəsinə əsasən, şəxs öz əməlinin
(hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli olduğunu dərk etmiş, onun ictimai-təhlükəli
nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu
surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məsələn, içkili şəxs
(xuliqan) çox adamlı küçədə atəş açır və nəticədə bir neçə adam ölür.
Cinayət Məcəlləsinin 26-cı maddəsində təqsirin ehtiyatsızlıq formasının iki növü:
cinayətkarcasına özünə güvənmə və cinayətkarcasına etinasızlıq növlərindən bəhs olunur.
Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli nəticələr verə biləcəyi
imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman
etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində
törədilmiş cinayət hesab olunur. Məsələn, sürücü öz sürücülük məharətinə güvənərək maşını
qadağan edilmiş sürətlə sürərkən qəfildən yoldan keçən piyada ilə qarşılaşır və ehtiyatsızlığı
üzündən ona ağır bədən xəsarəti yetirir.
Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli nəticələr verə biləcəyi
imkanmı lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda,
onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində
törədilmiş cinayət hesab olunur. Məsələn, əgər tibb bacısı diqqətsizliyi ucbatından dərman əvəzinə
öldürücü zəhəri inyeksiya edirsə, yəni iynə ilə dəri altında yeridirsə, dərmanın müəyyən edilməsinin
mümkün olması sübut olunduğu təqdirdə ehtiyatsızlığa görə cinayət məsuliyyətinə cəlb edilir.
Cinayətkarcasına etinasızlığı hadisədən (kazusdan) fərqləndirmək lazımdır. Hadisə onunla
xarakterizə olunur ki, şəxs öz hərəkətlərinin ictimai-təhlükəli nəticələr törətdiyini şəraitdən asılı
olaraq qabaqcadan görmür və ya görməməlidir, yaxud da qabaqcadan görə də bilməz. Burada
cinayət məsuliyyəti tamamilə istisna olunur. Belə ki, küçədəki səkidə sürüşüb yıxılarkən digər,
insanları da, ağır bədən xəsarəti yetirməklə yıxan şəxsin hərəkətində cinayət məsuliyyəti yoxdur.
Cinayət subyekti yalnız fiziki şəxslər ola bilər. Hüquqi şəxslər cinayət məsuliyyəti daşımırlar.
Ancaq fiziki şəxslərin də hamısı deyil, yalnız fiziki, psixoloji və sosial inkişafın müəyyən
səviyyəsinə çatan, öz hərəkətlərinin ictimai əhəmiyyətini kifayət qədər dəqiq dərk edən, ətraf
mühitin hadisə və təzahürlərində düzgün istiqamət alan şəxslər cinayət məsuliyyətinin yaranması
üçün zəruri olan bu keyfiyyət şəxsin anlaqlı olması və onun qanunla müəyyən edilən yaş həddinə
çatması ilə müəyyən olunur.
Anlaqlılıq - şəxsin öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək qabiliyyətinin
olmamasında, yəni ictimai-təhlükəli əməli törətdiyi zaman xəstəlik vəziyyətində olmasında ifadə
olunur.
Cinayət Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət
və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi
fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin
(hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya
onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Əslində belə şəxslərə cəzanın
tətbiq edilməsi ədalətsizlik olardı, çünki öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik
etmək qabiliyyətinin olmaması nəticəsində bu şəxslər, tətbiq edilən cəzanın da mahiyyətinin dərk
etmək imkanına malik deyillər. Onlara məhkəmənin təyinatına əsasən tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilə bilər: psixoloji xəstəxanalarda yerləşdirmə, məcburi həkim nəzarəti altında
qohumların və ya qəyyumların himayəsinə vermə.
Qüvvədə olan cinayət qanunvericiliyi patoloji sərxoşluq istisna olmaqla, fizioloji (adi)
sərxoşluq vəziyyətində cinayət törətmiş şəxsləri anlıqlı hesab edir.
Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, səbəbindən asılı olmayaraq (alkoqollu
içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində)
sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Demək, adi sərxoşluq
vəziyyətində cinayət törətmiş şəxs (dərəcəsindən asılı olmayaraq) anlaqlı hesab olunduğuna görə,
cinayət məsuliyyəti daşıyır.
Cinayət subyekti, qeyd edildiyi kimi, cinayət törətdiyi zaman qanunla müəyyən edilən yaş
həddinə çatan şəxs hesab olunur. Azərbaycan cinayət qanunvericiliyi tarixində cinayət
məsuliyyətinə cəlb etməyə imkan verən minimal yaş həddinin dəfələrlə dəyişməsinə rast gəlinir.
Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaşana çatmayanların cinayət məsuliyyətinə cəlb
edilməsi üçün bu yaş həddini artırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci
maddəsinin 1-ci hissəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət
məsuliyyətinə cəlb edilir. Lakin yetkinlik yaşına çatmayanların törətdikləri əməllərin ictimai -
təhlükəliliyini, onun xarakter və mahiyyətini dərk etmələrini nəzərə alaraq qanun, bu şəxslər üçün
məhdud qaydada daha erkən yaş həddi müəyyən etməklə bu qaydalardan istisnalara yol verir.
Qanunvericilikdə 14 yaşından 16 yaşına qədər şəxslərin törədə biləcəkləri cinayətlərin konkret
siyahısı müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 20.2.- ci maddəsində göstərilir ki, on
dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır
zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa,
soyğunçuluğa, quldurluğa, hədə - qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq
avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv
etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda
xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə -
qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə - qorxu ilə
tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət
məsuliyyətinə cəlb edilir.
Bu maddənin məzmunundan belə nəticə çıxır ki, 14 yaşından 16 yaşına qədər yetkinlik
yaşına çatmayanlar qəsdən törədilən cinayətlərə görə məsuliyyət daşıyırlar. Bununla belə, bir sıra
cinayətlərə görə cinayət məsuliyyəti şəxsin yalnız 18 yaşına çatması ilə əmələ gəlir. Məsələn, hərbi
xidmət keçməkdən boyun qaçırma (Cinayət Məcəlləsinin mad. 321) və s.
4. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti.
Qüvvədə olan cinayət qanunvericiliyi (CM. Maddələr 84-92) yetkinlik yaşına çatmayanların
Dostları ilə paylaş: |