qaldırmaq üçün qanunla qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin
vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son
zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.
Yuxarıda qeyd olunan maddənin təhlili göstərir ki, son zərurət vəziyyətində edilmiş bu və ya
digər hərəkət hüquqa uyğun olmalı, yəni əməlin ictimai təhlükəliliyini və qeyri-hüquqiliyini aradan
qaldıran və özündə cinayətin əlamətlərini istisna edən müəyyən şərtlərin məcmusunu əks
etdirməlidir. Məsələn, müəssisələrin birində baş verən yanğının söndürülməsi zamanı yıxılan tir
yanğın söndürənin qolunu basmışdır. Bu zaman tavanın uçularaq yanğının ərazisində olan bütün
şəxslərin həyatı üçün təhlükəni törətməsi ilə əlaqədar bölmə komandiri zərərçəkənin qolunun
kəsilməsi barədə əmr verir. Əmr yerinə yetirilir və digərlərinin həyatı xilas olur. Komandirin
hərəkəti isə, son zərurət vəziyyətində edilmiş hərəkət kimi qiymətləndirilir və o, cinayət
məsuliyyətindən azad olunur.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi ilk dəfə olaraq əməlin cinayət
olmasını aradan qaldıran hallara əsaslı riski de aid etmişdir. Bu halın Cinayət Məcəlləsinə daxil
edilməsi onunla izah olunur ki, elmin və texnikanın surətlə inkişaf etdiyi müasir şəraitdə əvvəllərdə
olduğundan daha tez-tez insanın həyatına və sağlamlığına, yaxud əsasən maddi zərər vurmaq riskinə
getmək zərurəti yaranır. Cinayət qanunu bu barədə elə olmalıdır ki, bir tərəfdən tərəqqi yolunda
əngələ çevrilməsin, digər tərəfdən isə eksperiment aparan şəxs cinayət məsuliyyətinin ümumi
əsasları çərçivəsində təqsirli olduqda onun şəxsi məsuliyyətini istisna etməsin. Cinayət Məcəlləsinin
əsaslı risk haqqındakı maddəsi məhz bu məqsədə xidmət edir.
Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən ictimai faydalı məqsədə nail olmaq üçün əsaslı
risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün
deyildirsə və risk edən şəxs Cinayət qanunu ilə qorunan obyektlərə zərər dəyməsini aradan
qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.
Hüquq ədəbiyyatında əsaslı riskin bir çox növü fərqləndirilir. Bunların bəzilərini qeyd edək:
- istehsal riski-hüquqla qorunan mənafeyi təhlükədə qoymaqla ictimai faydalı məqsədə nail
olmağa, yaxud da istehsalat fəaliyyətinin zərərli nəticələrinin qarşısını almağa səy edilir;
- təsərrüfat riski-hüquqla qorunan mənafeyi təhlükədə qoymaq yolu ilə iqtisadi fayda əldə
etməyə səy edilir;
- kommersiya riski-qanunla qorunan mənafeləri təhlükədə qoymaqla bank, birja, kapital
qoyuluşu və başqa sahibkarlıq fəaliyyətində bazarın vəziyyətini nəzərə almaqla fayda
götürməyə səy edilir;
- elmi-texniki risk - qanunla qorunan mənafeləri təhlükədə qoymaqla tədqiqatlara,
praktikaya yeni metodlar gətirilir (məsələn, bu və ya başqa xəstəliyin müalicəsi üçün
effekt verəcəyinə ümid edilən metodun tətbiqi).
Elmi ədəbiyyatda qeyd edilir ki, əsaslı risk peşəkar fəaliyyətin bütün sahələrində mümkün
olan peşə riski ilə bağlıdır.
Əsaslı riskin, yəni hüquqa uyğun riskin başlıca əlamətləri aşağıdakılardır:
1) hərəkətin (hərəkətsizliyin) ictimai-faydalı məqsədlərə nail olunmasına istiqamətlənməsi;
2) ictimai faydalı məqsədə risklə əlaqədar olmayan hərəkətlə nail olmağın mümkün
olmaması;
3) risk edən şəxsin hüquqla qorunan mənafelərə yetirilə biləcək zərərin qarşısını almaq üçün
kifayət edən tədbirlər görməsi;
4) qəsd edən şəxs bilə-bilə ekoloji qəza ilə, yaxud da ictimai fəlakətlə bağlı olan bir çox
insanın həyatını təhlükədə qoymamalıdır.
Azərbaycan Respublikasının yeni Cinayət qanunvericiliyində ilk dəfə olaraq elə hallar
müəyyən olunmuşdur ki, bunlar əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi əməlin cinayət
olmasını, yəni onun ictimai təhlükəliliyini və qeyri-hüquqiliyini aradan qaldırır. Cinayət
Məcəlləsinin 40-cı maddəsinə müvafiq olaraq, müəyyən edilmiş qayda-da verilmiş və icrası şəxs
üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən qanunla qorunan
obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş
şəxs cinayət məsuliyyəti daşıyır. Əgər şəxs əmrin və ya sərəncamın qanunsuz olduğunu bilərək onu
yerinə yetirirsə, onda qəsdən cinayət törətmiş şəxs kimi məsuliyyətə cəlb olunur. Qanunsuz əmr və
ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.
6. Cinayətdə iştirakçılıq
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici quruluşu
elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Lakin cinayət iki və ya daha artıq
şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə
iştirakçılıq yaranmış olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz
aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla
və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir. Cinayət Məcəlləsinin
31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı
iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi
üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət
törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin
və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.
İştirakçılıq – cinayətin törədilməsində iki və ya daha çox şəxsin birgə iştirakıdır. Cinayətdə
birgə iştirakçılıq ümumi nəticənin əldə edilməsi üçün iştirakçıların hərəkətlərinin qarşılıqlı olaraq
şərtləşdirilməsində özünü göstərir. Ancaq hərəkətlərin birgəliyi təkcə obyektiv deyil, həm de
iştirakçılığın subyektiv əlamətlərini əks etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid
psixoloji birliyə malik olan iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə şərtləşir.
İştirakçılıq yalnız qəsdən edilən cinayətlərdə mümkündür. Ehtiyatsızlıq üzündən törədilən
cinayətlərdə isə iştirakçılıq istisna olunur. Buna görə də subyektiv cəhətdən o təkcə iştirakçılar
arasında subyektiv əlaqənin olması ilə deyil, həm də şəxsin törətdiyi əmələ və onun nəticələrinə
psixoloji münasibəti ilə müəyyən olunur. Yalnız, qəsdən cinayət törətməkdə qəsdən birgə iştirak,
iştirakçılıq yaradır.
Azərbaycan
Respublikasının
qüvvədə
olan
Cinayət
Məcəlləsində
cinayətdə
iştirakçılığın
bir
qrup
şəxs,
qabaqcadan
əlbir
olan
bir
qrup
şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik (cinayətkar təşkilat) formaları göstərilir.
Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir
qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Bu, iştirakçılığın az yayılan və daha az
təhlükəli olan formasıdır. İştirakçılığın bu forması razılaşmanın minimum dərəcəsi, yəni cinayət
törədilməsi anına qədər iştirakçılar arasında əlbirliyin qeyri - mümkünlüyü ilə şərlənir. Burada
cinayətin bütün iştirakçıları cinayətin birlikdə icraçısı kimi çıxış edirlər və onların birləşməsi yalnız
cinayətin törədilməsi zamanı mümkün olur. Bir qrup şəxs tərəfindən qabaqcadan razılaşmadan
törədilən cinayətlərə zorlama və s. cinayətlər misal ola bilər.
Qabacadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qabaqcadan
razılaşmaqla yaranan iştirakçılıq, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin, daha dəqiq
desək, Cinayət Məcəlləsinin xüsusi hissəsinin maddələrində nəzərdə tutulan əməllərin icrasına qədər
iştirakçılar arasında razılaşmanın mövcud olmasını nəzərdə tutur.
Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox
şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən
törədilmiş cinayət hesab olunur.
Mütəşəkkil dəstə iştirakçılar arasında mütəşəkkilliyin yüksək dərəcəsi ilə xarakterizə olunur:
rəhbərliyin mövcudluğu, cinayətin törədilməsi planının işlənib hazırlanması, hazırlanmış planın
Dostları ilə paylaş: |