Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən, mövcud
sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır.
Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının 1991-ci il
18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
haqqında” Konstitusiya Aktına əsaslanması haqqında müddəa əks olunmuşdur. Məhz bu
aktda da ilk dəfə olaraq Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü təsbit
olunmuşdur.
Yeni Konstitusiyaya əsasən dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi
əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis həyat keçirir, icra hakimiyyəti
Azərbaycan Respublikası Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə ədalət
mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir.
Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət
bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra hakimiyyəti bütövlükdə icra
hakimiyyəti sisteminə daxil olan bütün orqanlar tərəfindən həyata keçirilir. Məhkəmə
hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməsi yolu ilə həyata
keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur.
İcra hakimiyyəti çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif
orqanlara malikdir. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü (hər bir məhkəmə) geniş
muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər
məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin
daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində hər üç hakimiyyət budağı arasında
tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm
də prezident, həm də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə
təsir edir. Hakimiyyət budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu
orqanlardan sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və
ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada söhbət
mərkəzi icra hakimiyyəti orqanlarından gedir.
Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən biri də burada plüralizmin
mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır.
Siyasi müxtəliflik özünü aşağıdakılarda göstərir: birincisi, çoxpartiyalılıq; ikincisi,
ictimai birliklərin qanun qarşısında bərabərliyi; üçüncüsü, ictimai birliklərin sərbəst
fəaliyyəti; dördüncüsü, məqsəd və fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya
quruluşunun məcburi dəyişdirilməsi və onun bütövlüyünün pozulmasından, dövlətin
təhlükəsizliyinin sarsıdılması, silahlı birləşmələr yaradılması, sosial, irqi, milli və dini
düşmənçiliyin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və
fəaliyyətinin qadağan olunması
Hüquqi dövlət. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi
demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib
hazırlanmasıdır.
Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan
əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi
dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq.
Bu prinsiplər əsasən, aşağıdakılardır:
1. Hüququn aliliyi prinsipi;
2. Hakimiyyətin bölgüsü prinsipi;
3. Hamının qanun qarşısında bərabərliyi;
4. Hüquq və azadlıqların üstünlüyü prinsipi;
5. İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi.
6. Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti;
7. Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan - «Azərbaycan hüquqi
dövlətdir» formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi və istiqaməti
kimi baxmaq lazımdır.
Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz
təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün
sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil, yalnız qanunla
nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan
qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin
əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi
qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində
Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir.
«I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək
hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan
Respublikasının
Konstitusiyası
Azərbaycan
Respublikasının
qanunvericilik sisteminin əsasıdır».
Hüquqi dövlətin növbəti prinsipləri - hər kəsin qanun qarşısında bərabərliyi və insan
və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü konstitusion quruluşun humanist əsası
kimi qəbul edilir.
Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının
Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi
təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır.
Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri də onun
sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının sosial dövlət kimi
siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi
şərtləri təşkil edir. bu da Konstitusiyanın I və II bölmələrində təsbit edilmişdir.
Konstitusiyaya əsasən insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı
minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı
vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin,
yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s. hüquqi
dövlətin əsas prinsiplərini təşkil edir.
Dünyəvi dövlət. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki,
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət
göstərir, bir-birilərinin işlərinə qarışmırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan
dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı
amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması - heç bir din
məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini
etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası
Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycan
Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir,
insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və
təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Bununla belə, respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları müəyyən
edir:
-
dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir;
Dostları ilə paylaş: |