Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi funksiyadır.
O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya hüquq normaları
sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, qoruma funksiyalarını yerinə
yetirir. O həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin
müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq
normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını
yerinə yetirir.
Konstitusiyanın ikinci funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki
sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca
ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları
təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir
göstərərək, bütün sosial sistemdə mövcud münasibətlərə təsir edir və yeni dəyərlərin
formalaşması üçün zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun
inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına
birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli
maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.
Üçüncü funksiya ölkənin siyasi sistemi ilə bağlı olan siyasi funksiyadır.
Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır.
Konstitusiya fərdlərin siyasi sistemdə, siyasi durumda davranış qaydalarını müəyyən edir,
siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir və nəhayət,
siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Siyasi sistemə giriş-
çıxış birbaşa konstitusiyadan asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun
qaydaları» burada müəyyənləşdirilir. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün
ümumi imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına
nəzarət edir (siyasi partiyaların fəaliyyətinin Konstitusiya Məhkəməsi tərəfindən
qiymətləndirilməsi buna misal ola bilər).
Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya, hər şeydən əvvəl, hər bir
insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə
hörmət ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə edir.
Tərbiyəvi funksiya həm də insan - cəmiyyət - dövlət münasibətlərinin qarşılıqlı
əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır.
Konstitusiyanın hüquqi qüvvəsi məsələsi son illər konstitusiya hüquq elmində aktiv
müzakirə olunan məsələlərdən biridir. Bu ondan irəli gəlir ki, konstitusiyanın hüquqi qüvvəsi
onun xüsusiyyətlərinə görə digər aktların hüquqi qüvvəsindən fərqlənir. Hüquqi aktların
qüvvəsi onların nəyə və necə, hansı dairədə tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir
sistem olduğuna görə onların tətbiqi və hüquqi qüvvəsi də bir-birindən asılıdır. Elə buna görə
də hüquqda birbaşa hüquqi qüvvə və dolayı hüquqi qüvvə anlayışları vardır. Bir qayda
olaraq, aktlar birbaşa hüquqi qüvvəyə malikdir. Birbaşa hüquqi qüvvə onu ifadə edir ki, aktın
nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü konkret hala təsir
edə bilər. Başqa sözlə, birbaşa hüquqi qüvvədə hüquqi nizamasalma, sadəcə, aktın öz gücü,
öz imkanları hesabına həyata keçirilir. Dolayı hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki,
aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt
olmadan onun tətbiqi qeyri-mümkündür. Burada aktın realizə olunması bir başqa aktla
şərtləndiyinə görə ona dolayı hüquqi qüvvə deyilir. Dolayı hüquqi qüvvəsi olan akt ortaya
çıxmış konkret halı tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin burada aktın
dolayı hüquqi qüvvəsi ilə fərdi hüquqi tənzimləmənı qarışdırmaq olmaz. Ümumiyyətlə,
bütün hüquq sistemi reallığa iki cür təsir edir: 1) normativ nizamasalma; 2) fərdi hüquqi
nizamasalma. Fərdi hüquqi nizamasalma hüququn tətbiqi prosesinə aid olub, aktın hüquqi
qüvvəsindən asılı deyil və bir çox hallarda tətbiq olunur. Fərdi hüquqi nizamasalma
mərkəzləşdirilmiş qaydada, yalnız dövlət orqanları tərəfindən həyata keçirilə və ya fərdlərin
özləri tərəfindən realizə oluna bilər. Məsələn, əmək müqaviləsi, mülki müqavilə fərdlərin
özləri tərəfindən həyata keçirilən fərdi hüquqi nizamasalma vasitəsidir. Fərdi hüquqi
nizamasalma vasitəsi qanunun tələblərini reallığa çevirmək üçün baş vermiş faktı
incəliklərinə qədər tənzim edən hüququn tətbiqi mərhələsidir. İstənilən məhkəmə qərarı,
hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir. Dolayı hüquqi qüvvəyə malik olan aktın realizə
olunmaq üçün fərdi hüquqi nizamasalmaya deyil, normativ hüquqi nizamasalmaya ehtiyacı
olur. Başqa sözlə, dolayı hüquqi qüvvəyə malik aktın - qanunun tətbiq olunması üçün
sərəncam, əmr verilməmişdən əvvəl (fərdi hüquqi nizamasalma vasitəsi) mütləq başqa bir
normativ hüquqi akt verilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə, konstitusiya
Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir
ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və konstitusion müddəalar birbaşa praktikada
tətbiq edilir. Yəni hər hansı qanunun olub-olmamasından asılı olmayaraq, vətəndaş
konstitusion normaların realizə edilməsini tələb edə bilər.
Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq imkanına malikdir. Burada isə
əsas problemlərdən biri norma-prinsiplərin birbaşa təsbit olunmasıdır.
Konstitusiyanın birbaşa tətbiqində məhkəmə hakimiyyətinin rolu xüsusilə yüksəkdir.
Məhz məhkəmə pozulmuş hüquq və azadlıqları müdafiə edir və hüququn tətbiqi ilə də ən çox
elə o məşğuldur.
Hər bir Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi özünün
hüquqi mahiyyəti ilə bərabər, sosial-siyasi mahiyyətə də malikdir. Bu da ondan ibarətdir ki,
Konstitusiya qəbul olunduğu zaman özündə mövcud olan siyasi qüvvələrin nisbətini
təcəssüm etdirir.
Azərbaycan Respublikası Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət
hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya quruluşuna
sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, Konstitusiya
quruluşunun sabitliyini təmin edir.
Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də
qeyri-dövlət sahələrini - sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını,
insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün
dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası onun
Konstitusiya quruluşunun əsaslarmı, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş
cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında
qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini,
yerli özünüidarəetmənin əsaslarım təsbit edir.
§5. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri
Azərbaycan
Respublikasının
ilk
Konstitusiyası
1921-ci
il
29
mayda
I
Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın
sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ
konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf
etdirmişdir.
1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən
ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni
konstitusiyaların qəbulunu zəruri etmişdir.
1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və
dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli
şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan
Dostları ilə paylaş: |