-
dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir;
-
dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir;
-
siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər
yardım göstərmir.
Respublika idarəetmə forması. Dövlət və hüquq nəzəriyyəsi kursundan məlum
olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi birləşdirir: idarəetmə
forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim).
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin başlıca
əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika kimi təsbit
etmişdir. Respublikanın başlıca əlamətləri - dövlət başçısının seçkilər vasitəsilə bu vəzifəni
əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini həyata
keçirməsidir. Bu xüsusiyyətlər, respublikanı dövlət başçısı vəzifəsini tutmağın irsi xarakter
daşıdığı monarxiyadan fərqləndirir.
Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı bir
növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit etmir. Dövlət
başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl
parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli respublikanın mövcudluğu haqqında
nəticə çıxarmağa imkan verir.
Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra
hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa seçkilər nəticəsində xalq
tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, prezident tərəfindən təşkil olunur,
prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil,
prezident qarşısında istefa verir; prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur;
parlamentin prezidentə impiçment tətbiq etmək səlahiyyəti var.
Unitar dövlət quruluş forması. Hər bir dövlətdə onun dövlət quruluşunun forması
əhəmiyyətli rol oynayır. Bu həmin dövlətin mahiyyəti, habelə dövlətlə onun tərkib hissələri
(inzibati - ərazi vahidləri, muxtar təsisatlar, federasiya subyektləri) arasındakı münasibətlər
ilə müəyyən edilir. Öz növbəsində dövlət quruluşunun forması dövlət hakimiyyətini və onun
həyata keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir.
Dövlət quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və onun əsasında qəbul
edilmiş digər normativ hüquqi akflarda təsbit olunur.
Azərbaycan Respublikası Konstitusiyası (7-ci maddə) dövlət quruluşuna görə
respublikamızı unitar dövlət kimi xarakterizə edir.
Dövlət rejimi. Dövlət rejimi - dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarını
səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət rejimi avtoritar və
demokratik olmaqla iki qrupa bölünür.
Azərbaycan Respublikasının Konstitusiyası bizim ölkəmizdə dövlət rejiminin konkret
növünü müəyyən etməklə dövlətimizin dünyanın demokratik dövlətlərindən biri olduğunu
sübut etdi. Konstitusiyanın 7-ci maddəsində birbaşa olaraq Azərbaycan dövlətinin
demokratikliyi təsbit edilir. Hakimiyyətlərin bölünməsi prinsipi; dövlət hakimiyyət
orqanlarının və yerli özünüidarəetmə orqanlarının seçilməsi və vaxtaşırı olaraq dəyişilməsi;
insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması, onlara riayət edilməsi və
təminatının dövlətin vəzifəsi hesab olunması; siyasi plüralizm; qanunvericiliyin əsası kimi
Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin müəyyən edilməsi dövlətimizin
demokratikliyini sübut edən əsas amillərdən hesab olunur.
§7. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri. İnsan və
vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi və hüquqlar.
Vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən
dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır. Belə ki, Azərbaycan
Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları «insanın» və «vətəndaşın» hüquq və
azadlıqlarına bölməklə fərqləndirir.
Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin mənası
nədir? Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini,
özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən muxtariyyətini və müstəqilliyini
təmin etməkdən ibarətdir.
Vətəndaş hüquqları fərdin dövlətlə münasibətlər sferasını əhatə edir. Burada o, yəni
fərd, təkcə öz hüquqlarının qanunsuz müdaxilədən müdafiə olunmasına deyil, həmçinin də
dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir. Vətəndaşın
statusu onun dövlətlə xüsusi hüquqi əlaqəsindən - vətəndaşlıq institutundan irəli gəlir
(Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi)
Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya kimi
çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir.
İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir:
1. Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf edir;
2. Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil;
3. İnsana doğulduğu andan məxsusdur;
4. Toxunulmazlıq, pozulmazlıq xarakterinə malikdir, təbii kimi qəbul edilir (hava,
torpaq və su kimi);
5. Birbaşa qüvvəyə malikdir;
6. Ali nemət kimi tanınır;
7. Hüququn zəruri hissəsi kimi çıxış edir;
8. İnsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və normalarını özündə
əks etdirir;
9. Onların tanınması, riayət edilməsi və müdafiəsi dövlətin başlıca vəzifəsi hesab
olunur.
Azərbaycan Respublikasının Konstitusiyasının «Əsas insan və vətəndaş hüquqları və
azadlıqları» adlanan III fəslinin bütün maddələri ardıcıl şəkildə yuxarıda göstərilən prinsiplər
üzrə hüquq və azadlıqları fərqləndirir. Bu öz əksini ayrı-ayrı maddələrdə müxtəlif ifadələrin
təsbitində tapır. İnsan hüquqları haqda söhbət gedən yerlərdə Konstitusiya «hər kəsin...
hüququ vardır», «hər kəsə... təminat verilir», «hər kəs... bilər» və s. ifadələrdən istifadə edir.
Bu cür ifadələrdən istifadə onu göstərir ki, göstərilən hüquq və azadlıqlar Azərbaycan
Respublikası ərazisində olan, Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs olmasından asılı olmayaraq hər kəs üçün tanınır. Burada belə bir formula
diqqət yetirmək yerinə düşərdi: «hər bir vətəndaş insandır, hər bir insan hələ vətəndaş deyil».
Odur ki, vətəndaşlar insan hüquqlarından tam həcmdə istifadə etdikləri halda, dövlətin
vətəndaşı olmayan, lakin dövlət ərazisində müvəqqəti olan və ya daimi yaşayan şəxslər, yəni
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş
hüquqlarından istifadə edə bilərlər.
Bununla yanaşı, 52-57-ci maddələrdə göstərilmiş hüquqlar yalnız Azərbaycan
Respublikası vətəndaşlarına məxsusdur. Bunlar, əsasən siyasi hüquqlardır - vətəndaşlıq
hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında
iştirak etmək hüququ, müraciət etmək hüququ və sairədir.
Konstitusiyada yalnız Azərbaycan Respublikası vətəndaşlarının daşıdığı vəzifələr də
göstərilib - Vətənə sədaqət (maddə 74), Vətəni müdafiə (maddə 76), Dövlət rəmzlərinə
Dostları ilə paylaş: |