Hakimiyyətin xalqa məxsus olması onun demokratik metodlarla həyata keçirilməsini,
dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini qabaqcadan müəyyənləşdirir.
Dövlət hakimiyyətinin başlıca vəzifəsi - insanın hüquq və azadlıqlarının, şərəf və
ləyaqətinin tanınması, onlara riayət olunması və müdafiəsidir. Belə ki, demokratik dövlətdə
insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir.
§4. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi mahiyyəti.
Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası
«quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya
terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının
adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan
imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür
adlandırılmışdır.
İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci
ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını
çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları
olmuşdur.
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir:
1. Konstitusiyanın xüsusi subyekt - xalq tərəfindən qəbul edilməsi. Qeyd etmək
lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq tərəfindən qəbul
olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ bağışlanılır. Lakin bu istisnadır
və demokratik konstitusiyalar üçün xarakterik deyildir.
2. Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa qanunlardan fərqli
olaraq təsisedici, birbaşa xarakter daşıyır. O, ictimai münasibətlərin geniş dairəsini,
bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü maraqlarmı əhatə edən daha
vaciblilərini tənzimləyir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşın
başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi
quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir, hüquq
qaydasının və qanunçuluğun əsaslarmı müəyyən edir. Ona görə də konstitusiya normaları
dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların
fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları bütün başqa hüquq normalarına münasibətdə
daha yüksək hüquqi qüvvəyə malikdir.
3. Konstitusion nizamasalmanın hərtərəfliliyi. Göstərildiyi kimi, Konstitusiya çox
geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını müəyyənləşdirir. Aydındır ki, bir
sahəni əhatə etməklə konstitusiya bütün sistemi müəyyən edə bilməz. Onun bir norması
bəzən bir neçə sahə üçün çıxış nöqtəsi rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün
iqtisadi sistem üçün müstəsna əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir.
Seçki sistemi siyasi sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna
görə də konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən
əsas tərəflərini müəyyən edir.
4. Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı kimi,
hüququn əsas mənbəyidir. O, cari qanunvericilik üçün hüquqi bazadır və onun xarakterini
müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını inkişaf etdirir. Bəzi hallarda
Konstitusiyada bu və ya digər qanunun qəbul edilməsi haqqında göstəriş olur (məsələn,
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsində göstərilir ki, bələdiyyələrə
seçkilərin qaydaları qanunla müəyyən olunur). Qanunvericiliyin hüquqi bazası kimi
Konstitusiya bütün hüquq məkanında əsas mərkəzdir. O, bütünlükdə hüququn inkişafında
uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir.
5. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Əsas Qanun kimi
Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər
aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq riayət
etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün vətəndaşlar üçün ən ali davranış
normasıdır.
6. Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca hüquqi
xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri aiddir.
Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı
tərəfindən qəbul edilməsi.
2. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi (Azərbaycan
Respublikasının Konstitusiyası).
3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi.
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:
1. Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin xarakterinə
uyğun gəlməsi.
2. Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi xüsusiyyətlərin nəzərə
alınması.
3.
Konstitusiya
müddəalarının
sosial
nəticələrini
əvvəlcədən
görmək (məqsəd və nəticə).
4. Konstitusiyanın real təminat verməsi.
Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun stabilliyidir.
Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi sənəd olduğuna görə o,
konstitusion tənzimləmənin obyekti olan ictimai münasibətlərə məqsədyönlü təsir etməlidir.
Bunun üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir:
1. Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.
2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.
3. Konstitusiyanın
səmərəli
müdafiə
mexanizmi
olmalıdır.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir tərəfdən
insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin
əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə
normativ hüquqi aktda - əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çoxsaylı normativ
hüquqi aktlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət
ola bilər.
Konstitusiya maddi mənada özündə yazılı aktı, aktlar məcmusunu və yaxud
Konstitusiya adətlərini təcəssüm etdirir. Bu da ilk növbədə insan və vətəndaş hüquq və
azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də konstitusiya quruluşunun əsaslarını,
idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili
əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və ölkənin
paytaxtmı müəyyən edir.
Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik
iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur. Konstitusiya insanın və
vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın
özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının
hüquqi əsası kimi çıxış edir.
Dostları ilə paylaş: |