respublika, artıq adı çəkilən İtaliyadan başqa, Türkiyə, Almaniya, Avstriya və s. bu kimi
ölkələr hesab olunur.
Prezidentli respublika ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət başçısı və
hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət başçısı xalq tərəfindən
birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi parlamentin mandatının hüquqi
qüvvəsinə bərabər olur. Belə respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur
və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət
daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq tərəfindən seçilən
prezidentin, bununla bərabər parlamenti buraxmaq hüququ yoxdur. Prezidentli respublika
kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar.
Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması mövcuddur, yəni
prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı əhali tərəfindən seçilir, icra
hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.) parlamentli respublikanın (hökumət
parlament qarşısında cavabdehlik daşıyır, prezident tərəfindən parlamentin vaxtından əvvəl
buraxılması mümkündür və s.) əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə
forması olan ölkələrə Fransanı, Rusiya Federasiyasını aid etmək olar.
Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin başqa
forması - super prezidentli respublika xarakterikdir. Onun əsas əlaməti həddən artıq
böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən prezident hakimiyyətidir (prezident
əhali tərəfindən seçilir, parlamenti buraxmaq, referendum keçirmək və s. hüququ var).
2. Dövlət quruluşunun forması dedikdə, dövlətin ərazi və ya milli-ərazi təşkili başa
düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən ibarətdir və onların hüquqi
vəziyyəti necədir.
Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə
forması, onların arasında ittifaq konfederasiya hesab olunur.
Unitar dövlət (latın dilində «unus» - «vahid», «tək» deməkdir) – sadə, bəsit, vahid
dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən (vilayət, mahal,
rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya,
Efiopiya misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya,
dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı,
vahid maliyyə - kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda
unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və
ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə
dövlətlərin unitarizminə heç bir xələl gətirmir.
Federativ dövlət (latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb ittifaq dövləti
olub, bir sıra dövlətlərin və dövlət qurumlarının - federasiya
subyektlərinin
birliyinin
nəticəsidir.
Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə
malikdirlər.
Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə -
federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi
aktlara - federasiya və federasiya subyektlərinin hüquqi aktlarına, həmçinin federasiyanın
subyektlərinin vətəndaşlığına malikdir. Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ,
Almaniya və s. aiddir.
Konfederasiya (latın dilində «konfederasio» - «birlik» deməkdir) - federasiya ilə
müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə müvəqqəti olaraq birləşdiyi, çox da
möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam şəkildə müstəqilliklərini saxlayırlar.
Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu
milli qanunvericiliklə müəyyən olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda
olaraq beynəlxalq hüquqla müəyyən olunur, lakin burada milli qanunvericiliyin, xüsusilə
konstitusiya hüquqi müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil
olan
dövlətlər
beynəlxalq
hüququn
müstəqil
subyekti
olaraq
qalır
və
öz
dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid ərazi
yoxdur, onun ərazisi konfederasiya üzvlərinin - ayrı-ayrı dövlətlərin ərazilərindən ibarətdir.
Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil olan hər bir ayrıca dövlətin öz
vətəndaşlığı var. Konfederasiya subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq
hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var.
Odur
ki,
konfederasiyanın
dövlət
quruluş
forması
hesab edilməsi məqsədə müvafiq deyil.
Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun həll etdiyi
işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət, müharibə və sülh
məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi məkanın yaradılması və s.).
Konfederasiyanın büdcəsi üçün məcburi surətdə üzvlük haqlarının yığılması imkanı kimi,
konfederasiyanın bilavasitə vergi qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya
subyektlərinin könüllü ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada
vahid pul dövriyyəsi mövcud deyil.
Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq) birləşməsi
bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır. Konfederasiyada dövlətlər,
adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu zaman onlar öz fəaliyyətlərini
əlaqələndirmək üçün xüsusi birgə orqanlar yaradırlar. Bir qayda olaraq onların qərarları
konfederasiyaya daxil olan ayrı-ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları
tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə
konfederasiya olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və Seneqal birləşmiş,
bununla da Seneqambiya konfederasiyası meydana gəlmişdi ki, o da bir neçə ildən sonra
süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın
bir sıra əlamətləri məxsusdur.
Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və ya
antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək olar. Belə dövlət
formasının mahiyyəti «siyasi rejim» adlanır.
Siyasi rejim cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi vəziyyəti,
dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla (demokratik,
antidemokratik) xarakterizə olunur.
Demokratik rejim vətəndaşlara məxsus geniş hüquq və azadlıqların tanınmasını,
müxalifət partiyalarının leqal fəaliyyətini, hökumətin müvafiq seçkilərdə qələbə çalmış
partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur.
Antidemokratik rejim şəraitində insanların hüquq və azadlıqlarının boğulması,
dövlətin vətəndaş cəmiyyətinin bütün sferalarına müdaxilə etməsi, hakimiyyətin ali
nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun oyuncaq idarəyə çevrilməsi,
hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən təşkil olunması və s. istisna edilmir.
Dövlət formasını, onun siyasi rejimini xarakterizə etmək üçün «demokratiya» (xalq
hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu anlayışla dövlət quruluşu məlum olur,
buna görə idarəetmə əksəriyyətin iradəsi ilə həyata keçirilir, hakimiyyətin yeganə mənbəyi
Dostları ilə paylaş: |