səs çoxluğu tələb olunur. Milli Məclisin iclaslarında Respublika Prezidenti, kütləvi informasiya vasitələrinin
nümayəndələri və sədrin dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və
stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları dərc olunur. Amma qapalı
iclas stenoqramı dərc oluna bilməz. Stenoqram dərc olunanadək deputat öz çıxışının mətni ilə tanış ola bilər.
Bununla əlaqədar mübahisə yaranarsa, məsələni intizam komissiyası həll edir. Milli Məclisin iclaslarında
çıxışların vaxtı və ardıcıllığı onun daxili nizamnaməsi ilə müəyyən olunur. İclaslarda deputatların iştirakı
məcburidir. Əgər deputat üzrlü səbəbdən iclasda iştirak etmirsə, əvvəlcədən Milli Məclisin katibliyinə
məlumat verməlidir. Daxili nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır.
Daxili Nizamnamədə Milli Məclisin orqanları kimi Milli Məclisin daimi komissiyalarının, hesablama
palatası, hesablayıcı komissiya və intizam komissiyasını adı çəkilir.
Hesablama palatası - Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti
orqanıdır. Bu orqan sədr, sədr müavini və 7 auditordan ibarətdir. Onlar Milli Məclis tərəfindən təyin
olunurlar.
Hesablayıcı komissiya - elektron sistemindən istifadə etmədən açıq və gizli səsvermələri keçirmək
və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Bu
orqan bir il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü
iştirak etdikdə səlahiyyətli hesab olunur. Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs
çoxluğu ilə qəbul edilir.
İntizam komissiyası - deputatların parlamentdaxili məsuliyyətə cəlbetmə işlərinə, deputat
toxunulmazlığına xitam verilməsi və səlahiyyətlərinin itirilməsi işlərinə baxır və həll edir. Bu komissiya 7
üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir.
Parlament Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi əsasında
fəaliyyət göstərir. Milli Məclisin Daxili Nizamnaməsi 17 may 1996-cı il tarixli Azərbaycan Respublikası
qanunu ilə təsdiq edilib. Bu nizamnamə 4 fəsil və 53 maddədən ibarətdir:
I
fəsil - Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi qaydaları.
II
fəsil - Milli Məclisin orqanları.
III fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti.
IV fəsil - Keçid və yekun müddəaları.
Nizamnamənin 50-ci maddəsində göstərilir:
Milli Məclisin Daxili Nizamnaməsi Milli Məclis tərəfindən qanunla təsdiq edildikdən və Prezident
tərəfindən imzalandıqdan sonra dərc olunduğu gündən qüvvəyə minir. Nizamnamədə dəyişikliklər
Azərbaycan Respublikası qanunları üçün nəzərdə tutulmuş qaydada edilir. Milli Məclisin deputatları Daxili
Nizamnaməyə riayət etməlidir. Bu işə Milli Məclisin rəhbərliyi nəzarət edir.
Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını yaradır.
Milli Məclisin hər cağırışının I sessiyasında daimi komissiyaları yaradılır. Daimi komissiyalar «Daimi
komissiyalar haqqında» Qanun əsasında fəaliyyət göstərirlər.
Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:
-
siyasi plüralizm;
-
fikir plüralizmi;
-
aşkarlıq;
-
məsələlərin sərbəst müzakirəsi.
Daimi Komissiyaların say tərkibi Milli Məclis tərəfindən müəyyən olunur, azı 5, çoxu 20
deputatdan ibarət olmalıdır. 15 üzvdən çox tərkibə malik daimi komissiya köməkçi komissiya yarada bilər.
Hər bir deputat daimi komissiyalardan birinin üzvü olmalıdır. Daimi komissiyanın sədri, müavini və üzvləri
azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Daxili Nizamnaməyə görə deputat heç bir daimi komissiyanın
üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı daimi komissiyaların birinə daxil
edir.
Daimi komissiyalar iclaslar keçirir. Əgər komissiyanın üzvlərinin yarısı iştirak edirsə, iclas
səlahiyyətli hesab olunur. İclası daimi komissiyanın sədri, o, olmadıqda və ya onun tapşırığı ilə müavin
aparır. Milli Məclisin sədrinin tələbi ilə Milli Məclisin daimi komissiyasının növbədənkənar iclası çağırılır.
İclas haqqında komissiya üzvü, iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir. Komissiya üzvlərinin
daimi komissiyanın iclasında iştirakı məcburidir. Amma üzrlü səbəbdən icazə almaq şərtilə iştirak etməmək
olar.
Nizamnaməyə görə 2 və ya daha çox komissiya birgə iclas keçirə bilər. Daimi komissiyaların
fəaliyyət forması qərar və rəydir. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı daimi komissiyaları
yaradır:
1)
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası;
2)
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası;
3)
İqtisadi siyasət daimi komissiyası;
4)
Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası;
5)
Aqrar siyasəti daimi komissiyası;
6)
Sosial siyasət daimi komissiyası;
7)
Regional məsələlər daimi komissiyası;
8)
Elm və təhsil məsələləri daimi komissiyası;
9)
Mədəniyyət məsələləri daimi komissiyası;
10)
İnsan hüquqları daimi komissiyası;
11)
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası.
Daxili nizamnaməyə görə Milli Məclisin deputatlarından müvəqqəti komissiyalar yaradıla bilər.
Müvəqqəti komissiyaların fəaliyyəti Milli Məclisin qəbul etdiyi qərarlarla müəyyənləşdirilir.
2. Milli Məclis deputatının hüquqi statusu
Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində
cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Azərbaycanda isə parlamenti
Dostları ilə paylaş: |