təqaüd alır. Qanuna əsasən deputatın dövlət icbari sığortası nəzərdə tutulur.
3. Qanunvericilik prosesi
Qanunvericilik, hüquqyaratma fəaliyyətinin əsas, ən mühüm formasıdır. Qanunvericilik fəaliyyəti
dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.
Qanunvericilik fəaliyyəti qanunvericilik prosesi vasitəsilə reallaşır. Parlament qanunvericilik
fəaliyyətini yerinə yetirərkən qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin
pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur.
Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir:
1) Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü);
2) Qanun layihəsinə parlament palataları və komitələrində (komissiyalarında) baxılması;
3) Qanunun qəbul edilməsi;
4)
Qanunun
sanksiyalaşdırılması,
promulqasiya
və
dərc
edilməsi.
Bəzən sonuncu mərhələni iki yerə bölürlər:
1) Qanunun sanksiyalaşdırılması və dövlət başçısı tərəfindən imza edilməsi;
2) Rəsmi dərc etmə ilə promulqasiya (elanetmə).
Qanunvericilik prosesinin ilkin mərhələsi qanunvericilik təşəbbüsüdür.
Qanunvericilik təşəbbüsü - səlahiyyətli subyektin qanun layihəsi və ya qanuna dair təkliflərin
parlamentin səlahiyyətli orqanına rəsmi surətdə təqdim edilməsidir. Qanun layihəsi və qanuna dair təkliflər
arasında fərq hərfi mənada özünü göstərir. Belə ki, qanun layihəsi gələcək qanun olduğu üçün qanunun bütün
atributlarına - preambulaya, maddələrə, bəndlərə, normaların dəqiq formulalarına və s. malikdir. Qanuna dair
təklif isə - gələcək qanun barəsində ideya, bəzən nəzəri konsepsiya şəklində olur.
Subyektin qanunvericilik təşəbbüsü hüququna malik olması o deməkdir ki, parlament həmin subyekt
tərəfindən təklif olunmuş qanun layihəsinə mütləq baxmalıdır. Onun qəbul edilməsi isə zəruridir. Parlament
müvafiq olan qanun layihəsini olduğu kimi qəbul etməyə borclu deyildir və ola bilər ki, onu bütünlüklə və
digər formada qəbul etsin. Konstitusiyanın 96-cı maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik
təşəbbüsü hüququ (qanun layihələrinin və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası
Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur və onlar tərəfindən
qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun
və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur.
Qanunvericilik təşəbbüsü hüququna malik olanlar sistemində Azərbaycan Respublikasının Milli
Məclisinin deputatları xüsusi yer tutur. Belə ki, deputat mandatını qazanmış hər bir şəxs xalqın adından
danışır və səs verir, xalqın hakimiyyətini ifadə edir. Lakin bir şeyi də nəzərdən qaçırmaq olmaz ki,
hakimiyyətin digər budaqları - icra və məhkəmə hakimiyyəti də xalqın içərisindən, xalqın iradəsi əsasında
təşkil edilir. Prezident istər seçki vasitəsilə, istər sadə parlament tərəfindən seçilsin, fərqi yoxdur. Çünki o, hər
iki halda xalqın nümayəndəsidir. Lakin subyektiv olaraq parlamentarilərin qanunvericilik təşəbbüsü
hüququnu digərlərindən daha önəmli hesab edirik. Çünki digər hakimiyyət orqanları parlamentin qəbul
etdiyi qanun və qərarlar əsasında fəaliyyət göstərir. Lakin bu icra hakimiyyətinin qanunvericilik prosesində
rolunu azaltmır.
Digər dövlətlərdə isə qanunvericilik təşəbbüsü hüququna əsasən hökumət və parlament malikdir.
Amerika Birləşmiş Ştatlarında qanunvericilik təşəbbüsü hüququna yalnız parlamentin üzvləri malikdir; təkcə
büdcənin layihəsini prezident təqdim edir. Bir çox dövlətlərdə bu hüquqa - ali dövlət orqanları, mərkəzi
dövlət təsisatları, parlamentdaxili orqanlar, parlamentin orqan və təsisatları, seçki qrupları malikdir.
Qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı, «Azərbaycan Respublikasının
Milli Məclisi deputatlarının statusu haqqında» qanunun 4-cü və 9-cu maddələrinə əsasən deputatın
qanunvericilik təşəbbüsü hüququ vardır. «Azərbaycan Respublikası Milli Məclisi deputatlarının statusu
haqqında» qanunun 9-cu maddəsinə əsasən deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı
formalarda həyata keçirir:
-
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
-
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə
bilər;
-
qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər.
Qanunvericilik prosesinin digər mərhələsi qanunların müzakirəsi mərhələsidir. Qanunların
müzakirəsi mərhələsi qanunvericilik prosesinin sistemində çox mühüm yer tutur. Qanunvericilik təşəbbüsü
hüququ ilə daxil olmuş qanun layihəsi parlament tərəfindən müzakirəyə çıxarılır. Onu da qeyd etmək
lazımdır ki, qanunların müzakirəsi mərhələsi qanunvericilik prosesinin ən geniş mərhələsidir. Bu prosesdə
parlament iclaslarında və komissiyalarında qanun layihəsi üzərində işlənilir. Palataların plenar iclasları və
komitələri (komissiyalar) müxtəlif qanun layihəsini müzakirə etməyə borcludur. Palataların plenar
iclaslarında qanun layihəsinin müzakirəsi, çox vaxt layihənin oxunması adlanır. Qanunun oxunması termini
bir çox parlamentlərdə saxlanılır. Bu zaman layihə üç oxunuşdan keçir. Hər bir ölkədə bu mərhələnin öz
xüsusiyyətləri vardır, ümumiyyətlə, o, aşağıdakı mərhələlərdən ibarətdir.
İlk oxunuşda məqsəd, ümumiyyətlə, belə qanunun qəbul edilməsinə ehtiyacın olub-olmaması
məsələsi həll edilir. Parlament, adətən qanun layihəsini təqdim edənin məruzəsini dinləyir, layihəyə
konseptuallıq baxımından qiymət verilir: qanun layihəsinin predmetinin varlığına qanunvericilikdə ehtiyac
varmı? Bu mənada qanun layihəsinin əsas ideyasına qiymət verilir; mövcud problemləri müvəffəqiyyətlə
həll edib-etməməsi məsələsinə baxılır. Əgər parlament üzvlərinin böyük əksəriyyəti, ikisindən biri müəyyən
suallara rədd cavabı verirsə, qanun layihəsi növbəti oxunuşa verilmir. Əgər suallara qənaətbəxş cavab
verilirsə, qanun layihəsi birinci oxunuşda qəbul olunur və növbəti mərhələyə hazırlanır. Layihənin ikinci
oxunuşa hazırlanması üçün parlamentin və ya palatanın sədri onu müvafiq komissiyaya göndərir və ya bununla
bağlı xüsusi komissiya yaradır.
Qanun layihəsi ilk oxunuşda qəbul olunana qədər layihənin təşəbbüskarı tərəfindən layihə geri
Dostları ilə paylaş: |