2) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik
nümayəndələrini təyin edir; Azərbaycan Respublikasının xarici ölkələrdə diplomatik
nümayəndəliklərinin açılması haqqında Milli Məclisə təqdimat verir;
3) Xarici ölkələrin diplomatik nümayəndəliklərinin etimadnamə və övdətnamələrini qəbul edir;
4) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır;
5) dövlətlərarası beynəlxalq müqavilələrin ratifikasiyası və denansasiyası üçün Milli Məclisə
təqdim edir;
6) silahlı qüvvələrin ali baş komandanıdır; silahlı qüvvələrin ali komanda heyətini (Müdafiə Naziri,
onun müavinləri və baş qərargah rəisini) vəzifəyə təyin və azad edir;
7) Milli Məclisin razılığı ilə fövqəladə və hərbi vəziyyət elan edir;
8) Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
9) ölkənin hərbi doktrinasını təsdiq edir;
10) Təhlükəsizlik Şurasını yaradır.
IV. Müvafiq hakimiyyət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi və sair məsələlərlə bağlı
səlahiyyətlər. Bura aiddir:
1) Prezident icra hakimiyyəti orqanlarının Konstitusiyaya, qanunlara və onun fərmanlarına zidd olan
qərarlarını ləğv edir;
2) Prezident icra hakimiyyəti orqanları arasında baş verən münaqişələrin nizama salınması üçün
razılaşdırıcı proseduradan istifadə edir;
3) insan və vətəndaşların hüquq və azadlıqlarını və dövlətin suverenliyini, ərazi bütövlüyünün
qorunması ilə əlaqədar tədbirlər görür;
4) referendum təyin edir;
5) icra başçılarını vəzifəyə təyin və azad edir;
6) vətəndaşlıq məsələlərini həll edir;
7) fəxri fərmanlarla təltif edir, fəxri adlar verir.
Azərbaycan Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları.
Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan,
Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna
malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan,
ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər.
Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan
Respublikasının Prezidenti seçilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may tarixli «Azərbaycan
Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə görə Prezident seçkilərinin keçirilməsi günü
Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin
səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur. Əgər
növbədən kənar seçkilər keçirilərsə, bu zaman Milli Məclis və Konstitusiya Məhkəməsinin müvafiq qərarı
qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə Mərkəzi Seçki Komissiyası seçki
gününü çərşənbə gününə təyin edir və seçkilər 3 ay ərzində keçirilir. Seçkilər təyin olunduqdan sonra seçki
komissiyaları yaradılır. Onlara aşağıdakılar aiddir:
1)
Mərkəzi Seçki Komissiyası;
2) dairə seçki komissiyaları;
3) məntəqə seçki komissiyaları.
Seçki Məcəlləsinə görə prezident seçkiləri Azərbaycan Respublikasının ərazisini əhatə edən vahid
seçki dairəsi üzrə keçirilir. Seçicilərin səs verməsinin keçirilməsi və səslərin hesablanmasını təşkil etmək
üçün seçki məntəqələri yaradılır. Bu zaman aşağıdakı tələblər nəzərə alınmalıdır:
- hər bir seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan sayda seçicini əhatə etməlidir;
- sanatoriyalarda, istirahət evlərində, xəstəxanalarda, seçicilərin digər müvəqqəti məskunlaşma
yerlərində, gediş-gəliş çətin olan yerlərdə, dövlət bayrağı altında üzən gəmilərdə seçki məntəqələri seçki
gününə 50 gün qalmış, müstəsna hallarda isə 5 gün qalmış təşkil edilməlidir.
Məntəqələrin təşkilindən sonra seçici siyahıları tərtib olunur və namizədlər irəli sürülür. Seçki
Məcəlləsinə görə prezidentliyə namizəd siyasi partiyalar, siyasi partiya blokları və bilavasitə seçicilər
tərəfindən irəli sürülə bilər. Siyasi partiya bloku azı iki siyasi partiya tərəfindən yaradıla bilər. Prezidentliyə
namizədin müdafiəsi üçün 45.000 imza toplanmalıdır.
Bütün bunlardan sonra səsvermə keçirilir və seçki məntəqələrində səslər hesablanır. Mərkəzi Seçki
Komissiyası səsvermə günündən başlayaraq 14 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun
vurur və nəticələri təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir,
seçkilərin nəticələrini müəyyən edir. Seçkilərdə iştirak etmiş seçicilərin 50%+1-nin səsini toplamış namizəd
prezident seçilir. Əgər bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən
sonra, ikinci bazar günü səsvermənin ikinci turu keçirilir. İkinci turda, ancaq birinci turda ən çox səs
toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra
gələn iki namizəd iştirak edir. İkinci turda səs çoxluğu toplayan namizəd prezident seçilmiş hesab olunur.
Konstitusiyaya görə, Prezident seçkilərinin yekunları haqqında məlumatı, səsvermə günündən sonra 14 gün
ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir. Bundan sonra 3 gün ərzində
prezident and içir və rəsmi olaraq vəzifəyə qəbul olunur. And içdiyi gündən prezident, səlahiyyətlərinin
icrasına başlayır.
Azərbaycan Respublikası qanunvericiliyində müddətinə görə prezidentin səlahiyyətlərinin xitamının
iki üsulu fərqləndirilir: prezidentin səlahiyyətlərinin qanunla müəyyən edilmiş vaxtın bitməsi ilə xitamı və
vaxtından əvvəl xitamı. Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5
ildir və bu müddət, onun and içdiyi gündən hesablanır. Eyni zamanda heç kəs iki dəfədən artıq təkrarən
Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri
Dostları ilə paylaş: |