yeni seçilmiş Prezidentin and içməsi ilə xitam olunur.
Azərbaycan Respublikasının Konstitusiyasında Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı
da nəzərdə tutulmuşdur.
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş verir:
a) Prezident istefa verdikdə;
b) səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;
c) Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda;
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam edilməsində üç subyekt iştirak edir: prezident,
Milli Məclis, Konstitusiya Məhkəməsi.
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II—III hissəsinə əsasən, Azərbaycan
Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini
Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası
Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan
Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
Azərbaycan Respublikası Konstitusiyasında respublika prezidentinin vəzifədən kənarlaşdırılmasının
impiçment (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament
məhkəməsi icraatı) qaydası təsbit edilmişdir. Konstitusiyanın 107-ci maddəsinə əsasən, Azərbaycan
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır
cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan
Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli
Məclisi qarşısında irəli sürülə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar
əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi
gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə,
Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində
növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan
Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini
Azərbaycan Respublikasının Baş naziri icra edir.
Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan
Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini,
tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının
Milli Məclisinin sədri icra edir.
Eyni səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini başqa vəzifəli şəxs tərəfindən icrası
haqqında qərar qəbul edir.
5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur
Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan «hakimiyyət
bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsinin 3-cü hissəsində bu prinsip əks olunmuşdur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti
hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə
mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir. Demokratik
cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə Konstitusiyada, qanunlarda,
qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir.
Beləliklə, məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq
qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi
çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur.
Dövlət hakimiyyətinin bir qolu olmaq etibarilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bütün
əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək olar: a) dövlət hakimiyyətinin universallığı,
yəni qərarların hamıya şamil olunması; b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi;
c) dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; ç) dövlət hakimiyyətinin
suverenliyi.
Bütün bunlarla yanaşı məhkəmə hakimiyyəti müəyyən spesifik əlamətlərlə digər hakimiyyət
qollarından fərqlənir:
a) məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş qaydada yaradılmış xüsusi orqan -
məhkəmələr tərəfindən həyata keçirilməsi;
b) məhkəmə hakimiyyətinin məhkəmə iclaslarında işlərə baxılıb həll edilməsi yolu ilə həyata
keçirilməsi;
c) məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilməsi;
ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması.
Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər: məhkəmə hakimiyyətinin
məqsədləri, demokratizm prinsipləri əsasında məhkəmələrin təşkili, məhkəmə hakimiyyətinin qanun
Dostları ilə paylaş: |